Ən çox qazanan aktyorların adı açıqlanıb - Siyahı
Tarix: 03-03-2025 00:24 | Bölmə: Mədəniyyət / Xəbərlər
Ən çox qazanan aktyorların adı açıqlanıb
Dueyn Conson

"Forbes" jurnalı 2024-cü ildə Hollivudda ən çox qazanan kinoaktyorların siyahısını dərc edib. Dueyn Conson 88 milyon dollar qazanmaqla, yenidən bu siyahıya başçılıq edir.

Reyting.az
xatırladır ki, bu məşhur jurnalın üz qabığında və səhifələrində tez-tez öz cüssəli fotosu ilə görünən, barəsində məqalələr yazılan "Qaya" ləqəbli aktyor, ssenarist, prodüser Dueyn Conson 2020-ci ildə öz qazancı ilə bağlı rekorda imza atmaqla, 87,5 milyon dollarla birinci olmuşdu.

Aktrisalar arasında ən çox qazanan isə 31 milyon dolların sahibi Nikol Kidmandır. Ümumilikdə, Hollivudun 10 kino ulduzu bu siyahıda yer alıb.



Qeyd olunduğu kimi, "Forbes"-in siyahısına Conson 88 milyon dollarla başçılıq edir. Sonrakı yerlər isə belədir:

Rayan Reynolds - 85 milyon dollar

Kevin Hart - 81 milyon dollar

Cerri Seynfeld - 60 milyon dollar

Hyu Cekman - 50 milyon dollar

Bred Pitt - 32 milyon dollar

Corc Kluni - 31 milyon dollar

Nikol Kidman - 31 milyon dollar

Adam Sandler - 26 milyon dollar

Uill Smit - 26 milyon dollar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq