Mədəniyyət Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb
Tarix: 23-03-2020 15:26 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ayırıblar.

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən xəbərə görə, Mərkəzi Aparatının əməkdaşları üçün 2020-ci ildə nəzərdə tutulan bir aylıq mükafat məbləği (100 000 manat həcmində) hər bir əməkdaşın razılığı ilə könüllü olaraq Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
27-03-2020, 12:46 Xalq artisti vəfat etdi

{sape_links}{sape_article}