23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İki qurumun təşkilatçılığı ilə müsabiqə elan olunub
Tarix: 16-04-2020 23:58 | Bölmə: Mədəniyyət
İki qurumun təşkilatçılığı ilə müsabiqə elan olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Parlaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası (COVID-19) ilə mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunub.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının səbəb olduğu bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin qrafik dizayn mövzusuna çevirməklə ictimaiyyətə qalıcı formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən qrafik dizayn işlərini ərsəyə gətirməklə əhalini maarifləndirmək, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni işlərin hazırlanmasına stimul verməkdir.

Qrafik dizayn işlərinin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir. Hər bir dizayner müsabiqəyə yalnız bir qrafik dizayn işi təqdim etməlidir.

Müsabiqədə yalnız 18-35 yaşlarında Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və pul mükafatları təqdim olunacaq.

Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar da təqdim oluna bilər.

Müsabiqə mayın 30-dək davam edəcək. İştirakçılar ad, soyad və ata adını, əlaqə vasitəsini qeyd edərək təqdim ediləcək işləri bakuartmusabiqe@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilmiş dizayn işləri daha əvvəl heç bir kütləvi informasiya vasitəsi və elektron mediada nümayiş olunmamalı və yayımlanmamalıdır.

Qaliblərin mükafatlandırılması haqqında məlumat Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi www.az.baku-art.com saytında yerləşdiriləcək.

İki qurumun təşkilatçılığı ilə müsabiqə elan olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}