Aktrisanın süpürgəçini təhqir etməsi bələdiyyənin şikayəti ilə nəticələndi
Tarix: 22-04-2020 13:17 | Bölmə: Mədəniyyət
Aktrisanın süpürgəçini təhqir etməsi bələdiyyənin şikayəti ilə nəticələndi

İranlı kinoaktrisa Səhər Qüreyşinin sosial şəbəkədə yayımladığı video böyük təpki doğurub.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Tehrandakı parkda rəfiqələri ilə gəzintiyə çıxmış aktrisanın təmizlik işçisi ilə təhqiramiz rəftarı etirazlara səbəb olub.

Əynindəki libasın park işçisinin xidməti libası ilə eyni rəngdə olduğunu söyləyərək onunla məzələnən Səhər Qüreyşi Tehran bələdiyyəsinin də təpkisi ilə qarşılaşıb.

Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani “İnstaqram” səhifəsində şəhər rəhbərliyinin kinoteatr aktrisasından prokurorluğa şikayət edəcəyini açıqlayıb.

“Səhər Qüreyşinin bələdiyyənin yaşlı işçisi ilə rəftarı qəbuledilməzdir", - deyə Fərahani postunda qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}