14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Anar Rzayev: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”
Tarix: 23-06-2022 17:25 | Bölmə: Mədəniyyət
Anar Rzayev: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçirilməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib.

Onun sözlərinə görə, buna səbəb Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasıdır: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”.

AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində A.Rzayev AYB-nin XIII qurultayının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təklifi ilə çıxış etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}