00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“...Yalnız el yükünə vətəndir könlüm” - Akif Cabbarlı yazır
Tarix: 04-11-2020 12:40 | Bölmə: Akif CABBARLI

Yaxşı yadımdadır, 1967-ci ilin bir payız günü təhsil aldığım Qəbələ rayonunun Hacallı kənd orta məktəbinə səs yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir. Həyəcanla gözlədik. Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz fasilə vaxtını bir saata qədər uzatdı. Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə, kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin Böyük Vətən Müharibəsində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızıl gülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...
Gəray müəllim çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında “Azərbaycan gəncləri” qəzetində “Uğurlu yol” yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.
Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir - nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi.
Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalsitikaya meylimlə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Onun tövsiyə və məsləhətləri günü bu gün də karıma gəlir - istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost-yoldaş arasındakı münasibətlərdə.
Gəray müəllim 1925-ci ilin noyabrında Dağıstanın Rutul rayonunda dünyaya gəlib. 1995-ci ilin soyuq noyabr günlərinin birində isə Bakıda əzizlərindən və dostlarından əbədi olaraq ayrıldı. 70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürüb. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanıb, ağır döyüş yolu keçib, yaralanıb hospitallarda müalicə alıb. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutda təhsil alıb. 1953-1957-ci illərdə Qax rayonunda müəllimlik edib. 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışıb. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam” və s. kitabları ilə oxucuların görüşünə gəlib. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci ildə “Hikmət”, 1992-ci ildə “Axtarış”, 1993-cü ildə isə “Kəndin səsi” qəzetlərinə redaktorluq edib. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildiriblər. Onun şair və yazıçı dostları arasında Qabilin, Əliağa Kürçaylının, İmamverdi Əbilovun, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli dostunun xatirinə öz oğluna Qabil adı verib. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə “İtirilmiş səs” poemasını yazıb.

G. Fəzli
Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxuyublar. Azərbaycan Televiziyası və Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir. Təbii ki, bu qədirbilənliyə görə kollektivin rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.
Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehnində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər ki, vaxtilə bu torpağın üstündə addımlayan, çörəyindən, suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.
Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları bu gün də aktualdır, cəlbedicidir:
Özüm də sirrini bilmirəm nədir -
Bir dərya etibar, bir ümman səbr -
Elə bil tək mənim ürəyimdədir,
Səmadır, səhradır, çəməndir könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm.
Ona Füzulidən ariflik qalıb,
Leylinin eşqindən zəriflik qalıb,
Hələ çəkilməyən neçə yük qalıb...
Demirəm hər yükü çəkəndir könlüm,
Yalnız el yükünə vətəndir könlüm.
Yadlar məclisində görünən deyil,
Özgə qapısında sürünən deyil,
Naxələf kürkünə bürünən deyil,
Alçalsa, özünə kəfəndir könlüm,
Əzmə, dəyanətə vətəndir könlüm.
Gəray müəllim geniş qəlbli, səxavətli, saf düşüncəli insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış Fikrət Qoca, Adil Babayev, Ənvər və Şahin Əlibəylilər, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev, Emin Mahmudov, Tofiq Rüstəmov, Həbibə Məmmədxanlı, Aqşin Babayev, Sadıq Elcanlı, Nailə Muradxanlı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Ələkbər Abbasov, Hafiz Baxış, Nadir Diridağlı və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində, müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək olası nəcib keyfiyyətlərindən, mərd xüsusiyyətlərindən bəhs ediblər. 2020-ci ilin noyabrı Gəray Fəzlinin taleyindən son nöqtə, əbədiyyətə qovuşma anı kimi keçsə də, gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 95 illik yubileyinin göstəricisi kimi tarixiləşir, əbədiləşir. Əminik ki, Azərbaycan Yazıçılar Birliyi, televiziya və radiolar, ədəbi nəşrlər onun hələ də yaşayıb-yaradan dostlarının təəssüratını tamaşaçılara və oxuculara çatdıracaq, ədəbi-bədii irsini araşdıracaqlar. Təbii ki, onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də şairin ruhunu şad edərdi.
Yazının sonunda Gəray müəllimin vaxtilə yazdığı və bu gün də aktual və gərəkli sayılan sətirləri diqqətinizə çatdırmaq istərdim:
“Ürək insanlığın çox mühüm, bəşəri problemlərindən biridir. Ürək ömrü uğrunda gedən mübarizə hamıya eyni dərəcədə aid olan mübarizədir. Bu dünyada heç kəs insanların qiymətli könül səltənətini qorumaqdan, könül azadlığı və səadəti uğrunda gedən mübarizədən kənarda qalmamalıdır, heç kəs!
Məni yazmağa sövq edən səbəblərdən biri, bəlkə də birincisi elə budur. Qoy, heç kəsin ürək asimanında qara buludlar görünməsin!”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər