19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Ded Morozun Bakı turnesi... - Akif Cabbarlı yazır
Tarix: 28-12-2022 14:16 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
yaxud, hələ tamamlanmamış, müasir bir qış nağılı
Moskva-Bakı qatarı paytaxtımızın əsas giriş və çıxış qapısından keçib perrona yan aldı. Qonaqları qarşılayanların, yük daşıyanların səs-küyü qatarın sonuncu “çatmışam” motivli fitinə qarışdı. Vaqonların qapıları şaqqıltı ilə açıldı, rəngbərəng çamadanlar, iri-iri Dubay zənbilləri, Rusiya sakvoyajları, idmançı çantaları perrona qalaqlandı. Yük daşıyanların, taksi sürücülərinin xırıltılı, yuxulu səsli təklifləri, xahişləri yaz yağışı kimi qonaqların üstünə yağmağa başladı.
Birdən-birə perronda ağsaçlı, topasaqqal Ded Moroz, bizim dillə desək, Şaxta baba peyda oldu. Əsasını yerə vura-vura vağzal binasına doğru addımladı. Bu yerləri yaxşı tanıyan müsafirlər kimi şəstlə sağa-sola baxmadan inamlı addımlarla irəlilədi. Adamlar əvvəlcə qocanı sakit, dinməzcəsinə seyr edirdilər. Sonra yerbəyerdən uy dad, Şaxta baba, ay can, ay can, Ded Moroz, - deyə qışqırdılar. Yeddi-səkkiz uşaq valideynlərindən ayrılıb Şaxta babanın yanına qaçdı. Görüşdülər, ətəyindən dartdılar. Sonra bir dəstə qadın, yanında da colma-cocuq cumdular qonağın üstünə. Dilənçi idilər, yoxsa qaraçı, ayırmaq olmurdu.
- Baba, sən başın, uşaqların payını əsirgəmə. Konfet-zad lazım deyil, nəğd olsun, lap urus pulu da olsa eybi yoxdur. Yəqin yevronu, dolları hələ xırdalamamısan.
Təbii ki, Ded Moroz bizim dili bilmirdi, canına daraşan dəstənin istəyini də başa düşmürdü. Fikri-zikri Sineqeruçkanın, bizim dillə desək, Qar qızın yanında idi. Bir müddət idi ki, Yeni il qabağı tədbirlərə görə ayrı düşmüşdülər. Bakıda görüşməli, yekun konsertində çıxış etməli, yenidən Şimala dönməli idilər. Əlini cibinə saldı ki, mobil telefonunu çıxarsın, nəvəsinə zəng vurub görüş təyin etin. Elə bil ağsaqqalı bir andaca ilan vurdu, telefon cibində yox idi. Şaxta baba şeytana lənət oxudu, özünü söydü, cin atına mindi də, düşdü də - nə xeyri, telefon yoxa çıxmışdı. Gümanı min yerə getdi, gözü yol çəkdi. Məsələ qəlizləşirdi. Bu boyda şəhərdə nəvəsini necə tapacaqdı. Qanı bərk qaraldı. Allahı çağırıb yoluna davam etdi. Pilləkənləri aşağı düşürdü ki, gözünə iri lövhədə yazılan “M” hərfi sataşdı. Bildi ki, metronun lap yanındadır. Fikirləşdi ki, düşsün aşağı, həm canı qızar, həm də rahatcana Qar qızın axtarışı üçün özünə bir plan da cızar. Heybəsini çiynində rahatlayıb polisdən icazə alaraq özünü atdı eskalatorun üstünə. Ürəyində qarayanız serjantın atasına bir rəhmət də oxudu. Zarafat deyil, yad, uzaq şəhərdə kartsız-filansız qocanın üzünə yeraltı şəhərin qapısını taybatay açmışdılar.

Eskalatordan düşüb ilk gələn qatara minmək istədi. Dünyanın bir çox şəhərlərini gəzmişdi, ancaq belə vəziyyətlə rastlaşmamışdı. Adicə norma, yaxud vərdişdi ki, əvvəlcə gərək düşsünlər ki, sonra minəsən. Burada isə tamam başqa cür idi. Perrondakılar heç cür imkan vermirdilər ki, vaqon boşalsın sonra minəsi adamlar yerbəyer olsun. Bir basabas düşmüşdü ki, gəl görəsən. Qoca nə qədər cəhd elədisə, vaqona minə bilmədi. İkinci reysi gözlədi, yenə görünməmiş basabas yarandı. Bu dəfə güc-bəla özünü içəri sala bildi. İnsafən tez yer verdilər, əyləşdi, nəfəsini dərdi. Telefonun itməyi qanını yaman qaraltmışdı. Ha fikirləşirdi, Qar qızın telefon nömrəsini yadına sala bilmirdi. Gümanı qalmışdı təsadüfi görüşə. Növbəti stansiyada Allahı çağırıb çıxdı yuxarı.
Şaxta baba gözlərinə inana bilmirdi. Dünyanın çox ölkəsində, saysız-hesabsız şəhərində olmuşdu. Bakını isə heç cür belə təsəvvür etmirdi. Uca binalar, xarici maşınlar, dəbdəbəli restoranlar, mağazalar, yaraşıqlı və yaxşı geyimli-kecimli oğlanlar və qızlar ona gah Nyu-Yorku xatırladırdı, gah da Varşavanı, özünü gah Praqada hiss edirdi, gah da Sankt-Peterburqda. Ürəyində fikirləşdi ki, bu cür gözəl şəhəri uca-uca göydələnlərlə niyə bu kökə salıblar. Moskvada, Piterdə, Riqada, lap elə qonşu Tiflisdə şəhərlərin qədimliyini, yaraşığını hündür binalarla korlamayıblar axı... Sonra deyirlər təmiz hava yoxa çıxıb, tıxac belə getdi, adamlar da bir-birinin ayağını tapdalamaqda. Bu cür tarixi şəhərlərlə belə davranmaq hec bir kitab-dəftərə sığan deyil. Sonra Şaxta baba küçələri, bağ-bağçanı əldən düşənədək gəzdi. Dənizkənarı parkda skamyaların birində əyləşdi. Uşaqlar dərhal Şaxta babanı dövrəyə aldılar. Tərslikdən heybəsində şirniyyat-zad yox idi. Qar qızla görüşüb nə isə məsləhətli bir şey alıb uşaqlara paylamalı idi. Bu arzusu da hələlik havadan asılı qalmışdı.
Ağsaqqal bir xeyli dincəlib yaxınlıqdakı avtobus dayanacağına tərəf addımladı. Ucaboy, qarayanız, şəvə bığlı bir oğlanın tum çırtlamağı diqqətini cəlb elədi. Oğlan tumun qabığını yalan olmasın, on-on iki metr uzağa tüpürürdü. O, eyni vaxtda həm də saqqız çeynəyirdi. Bu azmış kimi lopabığ cavan damağına bir siqaret də qoyub yandırdı. Ciyərlərinə çəkdiyi gömgöy tüstünü havaya buraxdı. Eyni vaxtda üç proseduru elə ustaqlıqla yerinə yetirirdi ki, az qala Şaxta babanın əli-ayağı yerdən üzüldü. Hələ bunlar azmış kimi oğlan cibindən çıxardığı kəhrəba təsbehin dənələrini elə şaqqıldatmağa başladı ki, qocanın təəccübdən gözləri bərəldi. Ağsaqqal bu oğlanı ürəyində “fenomen” adlandırıb avtobusa minmək istədi. Elə bu vaxt maşından kim düşsə yaxşıdır - Snequruçka.
Baba ilə nəvə bu təsadüfün gətirdiyi xoşbəxtlikdən nə qədər sevindilərsə, bir Allah bilir. Tez mağazaya girib konfet, bir də ağsaqqala mobil telefon aldılar ki, işdi-şayət, ayrı düşsələr, bir-birini tapmaqda çətinlik çəkməsinlər. Sonra düşdülər şəhərin canına. Küçələrin birində arxadan çiyninə vurulan zərbə qocanı əməlli-başlı qorxuzdu. Qəfil şapalaqdan diksinən ağsaqqal geri qanrılanda dişini ağardan oğlan şit-şit hırıldadı:
- Ə, bu lap urus Ded Morozdu ki. Ə, bizim dili bileyrsənmi?
Qoca beş-on gün əvvəl Vilnüsdə, Tallındə keçirdiyi günləri yada saldı. Bircə dəfə də möhkəm danışan, qəfildən qoluna, çiyninə toxunan görməmişdi. Əgər kiminsə sözü, işi olanda da yanından ehmalca bir-iki addım qabağa keçir, sonra dönür, ehtiramla salamlaşır, sözünü çatdırırdı. Fikirləşdi ki, bu cür şapalaqla salamlaşma camaatın yarısını şəkər xəstəliyinə tutuzdurar ki.
Beş-on metr qabaqda onları daha bir sürpriz qarşıladı. Üç-dörd oğlan Sinequruçkanın qoluna girib ora-bura dartışdırırdı. Biri isə israrla qızın mobil telefonunun nömrəsini istəyirdi. Deyirdi ki, günün axırına zəngləşək, sizi Novxanıya, Akvaparka, papamın iş yerinə aparacam. Qar qız babasının üzünə məlul-məlul baxdı. Qoca cavanlardan xahiş etdi ki, onları tək buraxsınlar, çünki Yeni il qabağı işləri çoxdur, böyük bayram konsertinə hazırlaşmalıdırlar.
Bakı Şaxta baba ilə Qar qızın qarşısında küçə-küçə, meydan-meydan, məhəllə-məhəllə açılır, öz gözəlliyi, cazibədarlığı ilə təsəvvüredilməz dərəcədə sevinc hissi yaradırdı. İnsanların xoş siması, bayram ovqatı baba ilə nəvəni yorulmağa qoymurdu.
Dənizkənarı parkda, Elmlər Akademiyasının qənşərində ucalan Yeni il yolkaları şimallı qonaqların xüsusilə xoşuna gəlmişdi. Balacalardan elələri tapıldı ki, bütün gün Şaxta baba ilə Qar qızı tək qoymadılar. Gəzdilər, dolandılar, dedilər-güldülər. Axşama yaxın Ded Moroz özü boyda-biçimdə, yaraşıqda bir Şaxta baba ilə rastlaşdı. Elə bil çoxdanın dostları idilər. Xeyli söhbətdən sonra razılaşdılar ki, nəvələrini də götürüb birlikdə gözəlliklər diyarı Şüşaya da baş çəksinlər, Kirs dağına qalxsınlar, İsa bulağını ziyarət eləsinlər. Bilirdilər ki, indi o yerlərə bəm-bəyaz qar düşüb. Qarlı havada gəzməyin, tər-təmiz Qarabağ havasını udmağın ayrı ləzzəti var. Bu barədə telekanallardan çox şey öyrənmişdilər. Həm də Şaxta baba ürəyindən keçirirdi ki, hansısa üzdəniraq heyvanın soyadını daşıyan o daş ürəkli, əzazil və erməni sevdalı həmyerlisi ki, var, onu yaxşıca danlasın, məzəmmət eləsin və başa salsın ki, yaddan çıxarmasın, bu yerlərin qurd ürəkli, şir biləkli oğullarının qisası yaman olur ha... Olub keçənlərə yaxşı-yaxşı nəzər salsınlar, düzgün nəticə çıxarsınlar. Daha sonra isə baba və nəvə üzü Şimala, qısamüddətli səfərə çıxmalı idilər. Ded Moroz, Şaxta baba, Sinequruçka və Qar qız həmin gecəni səhərədək bir yerdə oldular. O gecə göydən üç yox, dörd alma düşdü.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək