18:55 / 16-12-2025
Yasamalın başçısı vətəndaş qəbulunu necə təşkil edir?
18:34 / 16-12-2025
“Süni intellekt haqqında” qanun tətbiq olunacaq
18:26 / 16-12-2025
Dünya bazarında qızıl ucuzlaşır
18:02 / 16-12-2025
Bu şəxslər dövlət rüsumundan azad olunacaq
17:49 / 16-12-2025
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
17:43 / 16-12-2025
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
17:24 / 16-12-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:06 / 16-12-2025
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verilib
16:41 / 16-12-2025
Baş nazir: Bondidəki hücum İŞİD ideologiyasından ilhamlanıb
16:25 / 16-12-2025
Ərdoğan: "Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır"
16:18 / 16-12-2025
TRIPP dəhlizi rəsmi Tbilisini niyə qıcıqlandırır?
15:59 / 16-12-2025
Məşhur kinorejissor milyarderlərin sırasına qoşulub
15:43 / 16-12-2025
"Qarabağ" cərimələnib
15:34 / 16-12-2025
Deputat: “Acınacaqlıdır ki, qadınlarımız da siqaretdən istifadə edir”
15:34 / 16-12-2025
Bəşər Əsəd sirləri açmaq istəyir
15:12 / 16-12-2025
Naməlum obyekt sürətlə Yerə yaxınlaşır
15:10 / 16-12-2025
General-mayor vəzifəsindən azad edilib
14:55 / 16-12-2025
Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
14:37 / 16-12-2025
Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
14:33 / 16-12-2025
Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb
14:32 / 16-12-2025
Erməni vitse-spiker: Rusiyanın “Tramp marşrutu”nda iştirakı müzakirə mövzusu deyil
14:19 / 16-12-2025
Xocalının daha iki kəndinə köç olub - (Yenilənib) - Fotolar
14:15 / 16-12-2025
Azərbaycanın neft ixrac etdiyi ölkələr - Siyahı
14:02 / 16-12-2025
Avropada həyəcan təbili çalınır
13:15 / 16-12-2025
Əjdər Olun müraciəti rədd olunub
13:08 / 16-12-2025
ABŞ ordusu Venesuelaya hücuma hazırlaşır
13:06 / 16-12-2025
Qənimət Zahidə ittiham aktı elan olunub
12:45 / 16-12-2025
Vergi Məcəlləsinə dəyişiklik olunub
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
08:17 / 15-12-2025
Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək - Yenilənib
10:36 / 13-12-2025
Lionel Messinin 21 metr hündürlüyündəki heykəli nümayiş olunub
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
Pistolet - Akif Cabbarlı yazır
Tarix: 11-10-2022 14:59 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
Kərim Kərimlinski son cümləni də bitirib dərindən nəfəs aldı. Sonra balkona çıxıb siqaret yandırdı. Ürəyində Allaha şükürlər edib yavaşca mızıldandı da:
“Nə yaxşı ki, vaxtında bitirdim bu həyat hekayəsini. Elbrus Şahdağlinski sıradan bir adam deyil axı.. Məhşur memardı, onun layihələri ilə şəhərdə nə qədər yaraşıqlı imarətlər tikiblər, obyektlər yaradıblar. Nə olsun ki, bu evlərdən ona əməlli-başlı pay düşməyib. Yeddi baş ailəsi ilə üç otaqlı mənzilə sığınıblar. Dostlarımın arasında belə gözütox, nəfisi üstündə olan adam tanımıram. Mənə həmişə inanıb, ərk eləyib, bu yazının konturlarını özü cızıb, inanıb ki, ortaya bir şey qoya bilərəm. Qələmimə bələddir, redaktorluğuma şübhəsi yoxdur. Olsun. İndi gərək kişinin ürəyindən keçənlərin yazılı variantını əvvəldən axıra bir də oxuyum, bəlkə unudulan, gözdən qaçan nə isə tapılar...”.
Sonra Kərim müəllim illərin dostu saydığı, sənətinə, özünə, ailəsinə böyük hörməti olan memar Elbrus Şahdağlinskinin xahişi ilə qələmə aldığı həyat hekayəsini əvvəldən axıradək oxumağa başladı.
“Məni böyüdüyüm, boya-başa çatdığım kəndə qədər aparmağa söz verən taksi sürücüsü lap heyvərənin yekəsiymiş. Yolboyu o qədər danışdı ki, onun əvəzindən mən yoruldum. Vaxtilə Rusiyanın hansısa şəhərində bazar əhvalatlarını elə bəzəyib-düzəyib nağıl edirdi ki, sanki qarşısındakı yetmiş yaşlı dünyagörmüş kişi deyildi, orta məktəbin şuluq, dəlisov şagirdlərindən biri idi. Çarəsizlikdən söylədiklərini təsdiqləyir, güman edirdim ki, söhbətinə ara verər, azacıq da olsa başım dincələr. Alınmadı, məni kəndin qurtaracağında, uşaqlıq dostumun həyət darvazasında düşürəndə Allaha min şükür elədim. Amma elə bil sürücü bir balaca narazı qalmışdı. Görünür uydurma əhvalatlardan birini də danışmaq istəyirmiş, vaxt da ki, imkan verməyib bu kəmfürsətə.
Kəndin bütün itləri ağız-ağıza verib qısa fasilələrlə elə hürüşürdülər ki, sanki dayansaydılar dünya qopacaqmış. Bu səs-küy mənə kənddə keçən uşaqlığımı xatırladır, xəyalən uzaq illərə aparırdı. Atamın ləzgi dostlarından olan Zeynəddin kişinin lap küçüklüyündən gətirib həyətimizə buraxdığı Toplan böyürüb lap Baskervillərin köpəyi boyda olmuşdu. İstədiyi vaxt atlını vurub yerə sərir, amma dəymirdi, qapmırdı. Sadəcə, ehmallıca öz gücünü göstərir, rahatca da aralanırdı. Sonralar qonşulardan biri nəyisə bahənə edib günahsız itin qarnını qırma ilə doldurmuşdu. Qardaşım Rafiqlə bağımızın ayağında bir dərin çala qazıb Toplanı torpağa tapşırmışdıq. O itin surəti hələ də gözümün qabağındadır...
Yerdən bir daş götürüb darvazanı xeyli taqqıldatdım. Axır ki, alaqapı aralandı, uşaqlıq dostum, orta məktəbdə bir sinifdə oxuduğum Zahid iri, alacalanmış gözləri ilə məni xeyli süzüb bağrına basdı, xoşgədin elədi.
- Nə yaxşı təsadüf, bəs niyə xəbər eləməmisən, rayon mərkəzində qarşılayardım səni, - Zahid qayğılı-qayğılı dilləndi.
- İstəmədim sənə əlavə əziyyət verim, – dedim. Onsuz da qalan ömrümü sənin evində başa vuracam.
- Necə yəni, qalan ömrümü. Azı sənin Bakıda evin, oğul-uşağın...
- Zahid, bildiyim qədər bu evdə tək-tənha yaşayırsan. Məni də qəbul elə, əl- ələ verək yaşayaq özümüz üçün. Pensiya alıram, qoyun-quzunu, mal-qaranı saxlamağa sənə kömək edərəm, vallah. Kənddə böyümüş adamam, az-çox hər şeydən başım çıxır.
Dediklərim Zahidə dərhal çatmadı. Ona görə də bir az ətraflı danışmağı lazım bildim.
- Bilirsən, Zahid, yaşımızın elə vaxtıdır ki, istər-istəməz sakitlik, hüzur arzulayırsan. Deyirsən ki, şəhərdə evin-eşiyin, ailən, dostun-tanışın, sənə nə güc düşüb ki, durub basa-basa ucqar dağ kəndinə gəlirsən. Başqa çıxış yolum qalmadı, Zahid. Evdə yeddi nəfərik. Nəvəm bugün-sabah ailə qurmalıdır. Oğlanın mənzili olmadığından o da bizə buyuracaq inşallah. Deməli, olacağıq səkkiş nəfər. Çox çətindir, üzülürəm, dözə bilmirəm. Səhərlər tualete növbə düzülür. Mən də ki, yaşlı adam, səbrimi birtəhər basıram. Çox vaxt, həyətə düşüb mühafizəçilərin növbəsinə girirəm. Yaş köpəyoğlu şey imiş, özümdən asılı olmayaraq bir də görürsən yeriyəndə ayaqlarımı sürütləyirəm. Arvad da bunu üzümə vurur, oğul-uşaq da. Hətta doqquz yaşlı nəvəm çəkələklərimi gizlədir, deyir ki, baba ayaqyalın gəz, elə gəz ki, səs çıxmasın. Bir nəvəm də hər dəfə deyir ki, yeyəndə dodaqlarını aralama, protezlərinin şaqqıltısı qulağımı deşir. Televizora baxmağa da həsrətəm. Uşaqlar cizgi filmini bir-birinə calayırlar. Telefonum da Nuh Nəbidən qalmadır, heç nəyə yaramır.
Sözümü tam qurtarmamış Zahid ayağa qalxıb məni möhkəm-möhkəm qucaqladı.
- Ay Elbrus, vallah papağı günə yandırmısan. Sənin taylarının şəhərdə dösd-beş yerdə evi, villası, bağı, amma əlli ilin memarı, sənətkarı olan sənin vəziyyətin lap ruscaymış ki, qardaş. Təmiz işləməyin, təmənnasızlığın axırı belə olur da. Deməli, başqa şıxış yolun qalmayıb da...
- Yox. Zahid, bir-iki dəfə baş idarəyə müraciət elədim, mümkün olmadı. Dedilər ki, qoca kişisən, get otur evində, evimiz olsa cavanlara verərik də.
Bir xanım var, neçə ildir ki, dostluq edirik. Şair Mahir Qabilzadə demişkən ara-sıra daxili energetik bazadan bir fazanı onun istifadəsinə yönləndirirdim, son vaxtlar bu limit tükəndiyindən həmin xanım da üzünü tam əks tərəfə döndərdi. Daha heç üzüm də gəlmədi ki, ona deyim ki, mənə sığınacaq versin. Nəyinə lazımam axı, evin küncünə söykəyəsi deyil ki, süpürgə kimi məni. Bax, vəziyyət bu cürdür.
Zahidin dəmlədiyi pürrəngi çaydan içib, allahın verdiyindən dadıb bir xeyli də söhbətləşəndən sonra yatağımıza girdik.
Ertəsi gündən zənglər başladı. Arvad məni dəli adlandırırdı, oğlum dedi ki, kişi, çaşmısan, qızım ağladı, nəvəm adəti üzrə rusca söydü...
Dedilər ki, hara itmisən, cəhənnəm olmusan, birdən Rusiyaya-zada keçərsən, tutub basarlar Ukrayna tərəfə, cəhənnəmə vasil olarsan. Guya ki, məni çox istəyirlər. Olsun, razıyam. Amma...
Hə, yadıma düşdü. Nəvəmə, kiçik Elbrusa söz vermişdim axı, söz vermişdim ki, ona təzə pistolet alacam. Keçən ay aldığımı həyətdə hansısa dələduz uşaq oynamaq adına götürüb aradan çıxıb. Növbəti zəng də nəvəmdən gədi; baba pensiyanı almısan? Alan kimi mənə qəşəng bir pistolet alarsan. Kişiyəm axı, qoy mənim də silahım olsun.
Olsun bala, qoy olsun. Mənim də pistoletim olub vaxtında, indi özü də yoxdur, güllələri də. Baban gələr, inşallah. Sənə yağlı-zağlı bir pistolet alar, düşərsən həyətə, tuşlayarsan o haramzadaya, sənin pistoletini götürüb qaçan gədəyə...
Hə bax, mən də belə qəribə adamam, durub basa-basa iki yüz kilometr yolu gəlmişdim ki, qalan ömrümü kənddə, qəbristanlığın lap qonşuluğunda yaşayan dostum Zahidlə birgə başa vuracam, indi də bu pistolet məsələsi. Qayıdım görüm nə baş verir, qismət Allahdandır”.
Kərim Kərimlinski dostunun - məşhur memar Elbrus Şahdağlınskinin həyat hekayəsini axıracan oxuyub dərindən bir ah çəkdi; - mən bacardığımı elədim, onun dediklərini mətnləşdirdim, qalan məsələlər onluqdur. Nə bilim, vallah, dünyada belə qəribə, həssas, ağılsız və duyğusal adamlar da olur axı...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir