21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Memar Şahdağlinskinin etirafları və poetik müraciəti
Tarix: 04-08-2020 12:48 | Bölmə: Akif CABBARLI

Səhər-səhər vanna otağında üzünü qırxanda az qala özünü tanımadı. Gözlərinin altından rəngi göyə çalan torbacıqlar sallanırdı. Sifəti də elə bil xeyli aşağı meyillənmişdi. Gözlərinin dərinliyində çəhrayıya çalan rəng qatı kişini lap vahimələndirdi. İndi gəl bu əlamətləri yoz görək hara gedib çıxacaq. Bəlkə dünən axşam dostlarından biri ilə “Türyançay” kafesində qədəhlərinin sayını itirdiyindən, yaxud da sonradan gecənin yarısınadək küləkli havada həyətdəki talvarın altında birnəfəsə on iki tas nərd oynadığından belə hala düşmüşdü. Son vaxtlar böyrəkləri incidir, ürəyi də sadəcə kamanda ifa edilən “Segah”ın son notları kimi astadan, ahəstə sızıldayırdı. Buna ağrı da demək olmazdı, elə bil təzə-tər gicitkən yarpağını qoluna, əlinə sürtürsən ha, bax o cür ürəyindən izaholunmaz bir ağrı keçib gedirdi. Həmişə zarafatla bu ağrını əsgər addımlarına deyil, podiumdan kəpənək kimi keçib gedən gözəlçələrin yerişinə bənzədirdi.
***
Elbrus Şahdağlinski ixtisasca memar olsa da, ilhamlı adam idi. Ara-sıra hekayələr yazır, bədahətən şeir də deyirdi. Təbii ki, əvvəlcə Məmməd Arazdan, Zəlimxandan, Əli Kərimdən, sonra da özündən. Çox güman, ürəyinin ağrısı ilə bağlı düşüncələri də şair qəlbli olduğundan qaynaqlanır.
Bir dəfə uşaqlıq dövründən danışanda orta məktəbdə oxuduğu vaxt yazdığı misraları yada saldı və bununla da onunla məzələnmək üçün bizə əməlli-başlı fürsət də verdi. Səhv eləmirəmsə, Elbrus o vaxt bu misraları ilə məktəb direktorunun da diqqətini cəlb eləyibmiş. İl dəyişikliyində dostumuz bu misraları bədahətən söyləmiş və “məktəb şairi” titulu qazanmışdı.
Motorunu kaçatda,
Hələ yoxsan uçotda,
Sən də gəl dur açotda,
Ay təzə il, təzə il.
Qafiyələr rusca olsa da, şagirdlərə, hətta müəllimlərə o qədər ləzzət eləmişdi ki, məsləhət bilib məktəbin divar qəzetində də vermişdilər. İllər keçdi, Elbrus şair ola bilmədi, amma bütün ölkədə tanınan bir inşaatçı, adlı-sanlı memar oldu. İnstitutu qurtarandan sonra yolu lap uzaqlara düşdü, BAM-ın tikintisində çalışdı, hörmət-izzət yiyəsi oldu. Sonra anasının təkidli çağırışlarını eşidib vətənə döndü. Bir çox sənaye müəssisələrinin tikintisində öz bacarığını, xüsusi istedadını sərgilədi, dissertasiya müdafiə elədi, alim kimi töhfələrini verdi. Sağından, solundan hansısa arqumetnlərə əsasən əslində “piyada” hesab olunan iş yoldaşları, dostları irəli çəkildilər, vəzifələrə yiyələndilər, cürbəcür yüksək mükafatlara sahibləndilər. Elbrus Şahdağlinski isə özü demiş, yalnız öz yağında qovruldu, irəli gedə bilmədi. Heç kimə hansısa titula, vəzifəyə görə ağız açmadı, daxıl düşmədi. Halal qazancı ilə uşaqlarını böyütdü, ev-eşik sahibi elədi. Dövlət tərəfindən hədiyyə verilən mənzilini İlahinin bəxşişi sanıb Allahına şükür elədi. Amma bədxahları Elbrus müəllimin qazandığı nüfuza, ad-sana, istedadına görə paxıllıqlarını gizlətmir, bəzən də açıq-aşkar üzünəcə eyham da vururdular. Ürəyiaçıq, dünya malında qətiyyən gözü olmayan qəhrəmanımız isə belələrinin nə vaxtsa ağıllanacağına, düzlüyə, ədalətə tapınacağına möhkəm inanırdı. Elə imkanlı vaxtlarında böyür-başından əl çəkməyən, ona qarışqa kimi daraşan qohum-əqrəbasına da həmişə uca Yaradandan bir misqal insaf arzulayır.
***
Elbrus müəllim üzünü təraş etdiyi vaxt bütün bunları ürəyində dolandırmaqla Allaha şükranlıq hissini də bülöv daşına çəkir, katarsisdən keçirirdi; “Şükür sənə, Xudaya, bu yaşa çatmışam, işlədiyim yerlərdə, ictimaiyyət arasında, dostlarımın, qohum-əqrəbamın yanında həmişə üzüm ağ olub. Əlimdən gələn yaxşılıqları heç kimdən əsirgəməmişəm, bunu bacarmayanda isə sadəcə kənara çəkilmişəm. Heç kimin pis gününü arzulamamışam, nə qazanmışamsa, öz gücümə, ağlıma, istedadıma güvənmişəm. Mənə olunan yaxşılıqlara görə də nəcib, vicdanlı insanlara, ağıllı, insaflı adamlara minnətdaram. Allah hər kəsin ürəyinə görə versin, heç kimi də darda qoymasın”.
Elbrus müəllim bu şükranlıq duyğularının qoynunda vanna otağından çıxdı. Həyat yoldaşı Məlahət xanım səhər yeməyinə ərinin xoşladığı pomidor çığırtması hazırlamış, stolun üstünə yenicə bişirdiyi ərik mürəbbəsi də qoymuşdu. Oturdular, nuşcanlıqla yeyə-yeyə gün ərzində görəcəkləri işləri də götür-qoy elədilər.
- A kişi, pensiyanı alan kimi bəlkə sənə təzə kostyum alaq, hə? – deyə Məlahət xanım dilləndi.
- Elə bu görkəmimə yaraşır mənim təzə kostyum.
- Niyə, maşallah, lap cavan oğlan kimisən, bəy oturanlardan nə təhərsən?
Arvadının son sözləri ürəyinə sarı yağ kimi yayıldı. Yataq otağına keçib pal-paltarını geyinmək istədi. Bədənnüma güzgüyə baxanda özünü tanımadı. Güzgüdən ona sarı şumal boylu, saçlarına təzə-təzə dən düşən qıvraq, yaraşıqlı bir kişi boylanırdı. Bu dəm ürəyindən bircə cümlə keçdi – hələ yaşamağa dəyər, Elbrus Şahdağlinski, motoru saz saxla!
Yenə motor... Görəsən, Elbrus müəllim orta məktəbdə yazdığı məlum şeirinin misralarını xatırladı, yoxsa...
Qapıdan çıxhaçıxda Məlahətə yaxınlaşıb onu bərk-bərk qucaqladı. Xanımının isti, hərarətli bədənini köksünə sıxıb bədahətən bu misraları söylədi:
Məlahət, canımsan, iki gözümsən,
Qoşa yaşamışıq illər uzunu.
Bilmirəm ki, vallah, niyə dözmüsən?
Bezmisənsə məndən, söylə düzünü.
Bu misraları Elbrus müəllim lapdan, hansısa nəticələr verəcəyini düşünmədən özü söylədi. Birdən elə bilərsiniz mən kömək elədim, yox-yox, durub ailə işinə qarışası deyildim ki...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır