19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
18:24 / 17-01-2026
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
18:18 / 17-01-2026
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
13:16 / 17-01-2026
Sabah Bakıya sulu qar, dağlıq rayonlara qar yağacaq - Proqnoz
12:24 / 17-01-2026
Bakı metrosunun platformasında sərnişin ölüb
12:10 / 17-01-2026
Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib
11:46 / 17-01-2026
Bakıda Qlobal Forum keçiriləcək
11:20 / 17-01-2026
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
00:13 / 17-01-2026
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
22:54 / 16-01-2026
Ramzan Kadırovun oğlu qəzaya düşüb
22:28 / 16-01-2026
Tramp İran rəhbərliyinə təşəkkür edib - Yenilənib
19:26 / 16-01-2026
Çin zavodlarına 16 gəmi sifariş veriblər
18:01 / 16-01-2026
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
17:49 / 16-01-2026
Onlayn qumar oyunları: iki nəfər saxlanılıb
17:38 / 16-01-2026
Vilayət Eyvazov Belarusun Daxili işlər naziri ilə görüşüb
17:30 / 16-01-2026
Əmək Məcəlləsinə dəyişikliklər təsdiqlənib
17:23 / 16-01-2026
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:04 / 16-01-2026
Kosmik missiyanın üzvləri tibbi müayinəyə cəlb olunublar
16:50 / 16-01-2026
Magistraturalara sınaq imtahanı keçiriləcək
16:46 / 16-01-2026
Millimiz yoxlama oyununda qalib gəlib
16:27 / 16-01-2026
Daha bir kollecə direktor təyin olunub
16:16 / 16-01-2026
"Atena” qanunvericiliyi pozub
15:54 / 16-01-2026
Balıq ovu üçün kvota bölgüsü təqsdiqlənib
15:53 / 16-01-2026
Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq
15:24 / 16-01-2026
Sabiq icra başçısının oğlu tanışını güllələyib
15:20 / 16-01-2026
Səfir postuna namizəd olan şəxs islandiyalıları qəzəbləndirib
15:17 / 16-01-2026
Qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin artırılması təklif olunub
14:57 / 16-01-2026
Simonyan: "Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq"
14:24 / 14-01-2026
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
11:04 / 16-01-2026
SOCAR-a yeni müşavir təyin edilib
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:37 / 13-01-2026
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
11:04 / 15-01-2026
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
14:52 / 16-01-2026
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
11:36 / 14-01-2026
İrana hansı ssenari tətbiq olunacaq?
10:50 / 16-01-2026
ABŞ Mars yarışında Çinə uduza bilər
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
13:01 / 13-01-2026
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
12:02 / 13-01-2026
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
Əsl dostun kədərli monoloqu - Akif Cabbarlı yazır
Tarix: 23-12-2020 12:37 | Bölmə: Akif CABBARLI

Sazaqlı-çovğunlu günlərin birində N kəndinin ən “bərkgedən”, nüfuzlu sakinlərindən olan Niyaz kişi rəhmətə gedir. Bu hadisə ötən əsrin axırlarına təsadüf edir. Xatırlayırsınızsa, o vaxtlar yas məclislərini urvatlı keçirmək üçün nə qədər cöngə, erkək kəsilirdi. Üç gün dalbadal mərasim, sonra “yeddi”, daha sonra cümə axşamları və “qırx”. Təbii ki, Niyazın da hüzrü çox təntənəli keçirilirdi. Ətraf kəndlərdən, qonşu rayonlardan gələn qonaqlar da mərhumun adına-sanına layiq düzənlənən məclisdən razılıqla, nuşcanlıqla ayrılmalıydılar, axı. Belə də olur.
Ucu-bucağı görünməyən stolların üstünə yüz cür təam düzülübmüş. Yağlı bozbaş, dovğa, iki cür plov, cürbəcür xuruş, soyutmaq toyuq, dolma, daha nələr-nələr...
Adamlar yeməyə elə girişibləriş ki, top atılsa da, xəbər tutmazlarmış. Yemək-içməyin şirin yerində kəndin dəlisi-dolusu sayılan Qabil qəflətən ayağa qalxıb əlindəki qaşığı boşqaba nə cür çırpırsa, hamı diksinir, sonra da təəccüblə Qabilə baxırlar. Dostumuz iri, qara əli ilə yağa bulaşmış uzun bığını sığallayıb əsl Koroğlu nərəsi çəkir:
- Ay kişilər, ay camaat, nə olub, təzə gəlin ərinə sırmanan kimi nə cummusunuz yağlı plova? Elə bil ömründə aş-zad yeməmisiniz. Amma mənim boğazımdan heç nə keçmir axı... Qurban olum Allaha, onun peyğəmbərlərinə də quzu kəsim. Nə olmuşdu, Əzrayılı nə tez göndərdi qurbanolduğum. Axı, Niyazın gedən vaxtı deyildi. İndi bax, mənim əziz dostum, kəndimizin igid oğlu, fəxri, qüruru burada, yanımızda olsaydı, o da bu yağlı bozbaşdan, plovdan, dolmadan nuş edərdi də özü üçün. Onsuz heç nə keçmir boğazımdan, neujeli başa düşmürsünüz?!
Qabilin çıxışı məclisə elə bir izaholunmaz ahəng qatıb ki, sözlə ifadə etmək olduqca çətindir. Bəziləri hətta darvazaya tərəf baxıb ki, birdən Niyaz şəxsən gəlib çıxar, xəbərləri olmaz.
***
Dəmə qoyulmuş hekayələr
Dostlarımızdan birini çox populyar qəzetlərdən birinə baş redaktor qoymuşdular. Günlərin birində yanına getdim ki, həm təbrik edim, həm də təzə yazdığım hekayəni verim ki, növbəti nömrələrin birində dərc olunsun.
Elə təzəcə söhbətə başlamışdıq ki, qapı açıldı, içəri yekəpər, dazbaş bir kişi girdi. Birbaşa dostumun üstünə şığıyıb o üzündən-bu üzündən marçıltı ilə öpüb sonra iri şapalağını mənə uzatdı. Qorxa-qorxa əlimi uzatdım, amma heç əmin deyildim ki, barmaqlarımdan heç olmasa biri qırılmayacaq.
Dostum görünür onu əvvəlcədən tanıyırmış, ona görə də heç layiq bilib oturmağını da istəmədi. Bu adam isə özünü təklifsiz-zadsız kresloya pərçimlədi. Uzun-uzadı qurdalandıqdan sonra qoltuq cibindən bir bükülü çıxardı:
- Bax, bir toyuq budu, iki dənə də yumurta. Rayondan sənə pay gətirmişəm. Bilirsən də, bizdən Bakıya beş-altı saatlıq yoldur. Dedim iylənər, sənin yanında biabır olaram. İndi katibə bişirər, nahar vaxtı nuş edərsən özün üçün. İnşallah, səni kəndə dəvət edəcəyəm, onda kabab da yeyərik özümüz üçün. Bu yanındakı kimdir, bilmirəm, hər kimdir, onu da götürərsən Allaha xatir.
Kişinin son sözləri dərhal xətrimə dəydi və ürəyimdə dedim ki, gəlsəm, köpəyoğluyam.
Kişi o biri cibindən göy rəngli bir dəftər çıxarıb dostumun qarşısına tolazladı:
- Burada üç-dörd hekayə var, istəsən tək-tək ver, istəsən də hamısını bir dəfəyə. Əla materialları var - kənd, çay, ferma, təndir, meşə, ağappaq gözəllər, canım sənə desin...
Dostum daha dözmədi, ayağa qalxıb mənə oğurluq bir göz vurub hiddətlə səsləndi:
- Xahiş edirəm, kabineti tərk edin, iclasım var, lazım olsanız, özüm zəng vurub çağıraram, - dedi.
Kişi döyükə-döyükə otağı tərk elədi.
...Aylar keçdi. Dostuma zəng edib o mənasız görüş barədə soruşdum. Dedi ki, pəzəvəng tanışı bir ay sonra gəlib hekayələri soruşub. Dostum da sadəcə bircə cümlə ilə cavab verib:
- Hekayələr qazandadı, dəmə qoyulub. Nə vaxt bişib hazır olar, həmən səhifəyə qoyulacaq, arxayın ol, heç nəyin fikrini eləmə.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır