00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Xatirələr yaddaşa dönəndə... - Akif Cabbarlı yazır
Tarix: 02-11-2020 13:47 | Bölmə: Akif CABBARLI

Noyabrın 6-sı ölkədə teleradio işçilərinin peşə bayramıdır. 1926-cı ilin həmin günü paytaxtın küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə “Danışır Bakı” çağırışı səslənib və otuz il sonra - 1956-cı ilin 14 fevralında evlərimizdəki “sehirli qutudan” “Göstərir Bakı” sözləri bütün Azərbaycan boyu qanad açıb, pərvazlanıb. Ömrünün yarıdan çoxunu radio və televiziya jurnalistikasına həsr etmiş bir insan və elektron medianın uğurlarına sevinən, çətinliklərinə dözən və inkişafına az-çox dəstək olan qələm adamlarından biri kimi Azərbaycan Televiziyası və Radiosunda çalışdığım dövrdə ustadlardan eşitdiyim, habelə şahidi və iştirakçısı olduğum saysız-hesabsız xoş, məzəli əhvalatlar var ki, bu gün də öz təravətini saxlayır və güman edirəm ki, müasirlərimiz tərəfindən maraqla qarşılanacaq.
Beləliklə...
“Əmək bulaq kimi qaynayır”
Ötən əsrin yetmişinci illərinin axırlarında - dəqiq tarixi yadımda deyil - Radionun “Xəbərlər” Baş redaksiyasının Baş redaktoru Valid Sənani üç gənc müxbirə - Heydər Zeynaoğluna, Tahir Abbaslıya və bu sətirlərin müəllifinə tapşırıq verdi ki, zəhmət çəkin, durun gedin hərəniz bir müəssisədən reportaj hazırlayıb gətirin, bekarçılıq fayda verməz. İsti yay günündə, kondisionerli otaqda pürrəngi çaydan içib iş gününün axırını gözləyən cavan reportyorların təbii ki, ağır səsyazan aparatla neçə avtobus dəyişə-dəyişə reportaj dalınca getməyə həvəsləri yox idi və baş redaktorun tapşırığını yerinə yetirməmək də mümkün deyildi.
Yaraqlanıb-yasaqlanıb düşdük yolun ağına. Amma elə komitənin həyətindəcə ayaqüstü məşvərət elədik və qərara gəldik ki, o dövr üçün dəbdə olan, məqbul sayılan və eyni zamanda zəhlətökən cümlələrdən gen-bol istifadə edək. Bilirdik ki, olduqca savadlı və novator insan olan Valid müəllimin bu cür stereotiplərdən, döyənək ifadələrdən zəndi-zəhləsi gedir. Beləliklə, hər üçümüz guya acıq çıxırmışıq kimi üç-beş dəqiqəlik reportajda azından dörd-beş dəfə “əmək bulaq kimi qaynayırdı” cümləsini işlətdik. Bu ifadəni öz mətnimizdə, həm də müsahibimizin çıxışında zorla da olsa yerləşdirdik. Reportajları efirqabağı dinlətmək və “viza” almaq üçün Valid müəllimin otağına gəldik. O, hər üç reportajı səbirlə dinlədi, efirə imzaladı və fikrini bu cür ifadə elədi: “Gedin montaj otağında o bulaqların suyunu bir balaca azaldın, yadınızdan çıxarmayın ki, bulaqlar kənddə olur, şəhərdə bulaq-zad nə gəzir”.
“Bəndənizin familiyası nədir?”
Günlərin birində Valid müəllim “Ədəbiyyat və incəsənət” qəzetinin efir xülasəsi üçün qonorar yazmağı redaksiyanın əməkdaşı Cəbrayıl İmanquliyevdən xahiş edir. Cəbrayıl soruşur ki, qonorar kimin adına yazılacaq. Valid müəlim də şirin Bakı ləhcəsi ilə qayıdıb deyir ki, alə, bilmirsən kimə yazılacaq? Əlbəttə ki, bəndənizə.
Beş-on dəqiqə keçir, Cəbrayıl müəllim qayıdıb əlindəki qonorar kağızını Valid Sənaninin stolunun üstünə qoyur və deyir ki, ay müdir, xahiş edirəm, Bəndəniz müəllimin familiyasını, bir də ünvanını verin, işimi tamamlayım.
...Açıqlamağa ehtiyac varmı?
“Bizə də süd ayırın”
Ötən əsrin 70-ci illərində Dövlət Teleradio Verilişləri Komitəsinin rəhbərliyi səviyyəsində keçirilən növbəti iclasların birində texniki və ekoloji cəhətdən zərərli hesab olunan sahələrdə çalışan əməkdaşların problemləri müzakirə olunur. Komitə rəhbəri o dövr üçün aktual hesab olunan bir çox məsələlərin, o cümlədən işçilərə hər gün yarım litr süd verilməsinin tezliklə həllini müvafiq şöbəyə tapşırır. Bu vaxt “Ermənicə verilişlər” redaksiyasının baş rejissoru, olduqca baməzə və zarafatcıl insan kimi tanınan Arif Mədətov icazə alıb ayağa qalxır:
- Yoldaş sədr, xahiş edirəm, göstəriş verin, mənə də gündəlik süd payı ayrılsın. Axı, mən ermənilərlə işləyirəm...
Təsəvvür edirsinizmi, bu sözləri o dövrdə işlətmək yalnız yumorun gücündə deyildi...
“3 necə 4 oldu”
Azərbaycan Radiosunun flaqmanlarından olan Hidayət Səfərli (nəğməkar şair İslam Səfərlinin kiçik qardaşı) Daşkəsəndən ezamiyyətdən qayıdır. O, dağlar şəhərindən hazırladığı reportajları efirə imzalatmaq üçün baş redaktor Hacı Hacıyevə təqdim edir. Reportajların biri son illər mədənlərdə aşkar edilən yeni mərmər növlərindən bəhs edirmiş. Hidayət müəllimin təzə məhsulların sayını bildirmək üçün işlətdiyi “üç cür mərmər” ifadəsi əməlli-başlı müzakirə mövzusuna çevrilir. Naxçıvanlılara xas olan şirin ləhcə özünü açıq-aşkar göstərir və Hacı müəllim bu ifadənin daha səlis, rəvan işlənməsi üçün müəllifi iki-üç dəfə səsyazma studiyasına göndərir. Axırda Hidayət müəllim bu işin çarəsini özünəməxsus tərzdə tapır - “üç cür”ü “dörd cür” oxuyur və canını tələbkar redaktorun əlindən birtəhər qurtarır. Hacı müəllim də qayıdıb deyir ki, Hidayət, düz elədin, sən gələndən bəri yəqin ki, dördüncü növ mərməri də tapıblar.
“Məni oradan itələyənin...”
Bakı bulvarındakı məşhur “Saat qülləsi” bir zamanlar paraşütdən tullananların yarışı üçün də istifadə olunurdu. Günlərin birində Radionun ən operativ müxbirlərindən sayılan Altay Zahidov bu yarışlardan reportaj hazırlamaq üçün qüllənin altında dayanır. İlk tullanan idmançıya yaxınlaşıb təəssüratını soruşur. İdmançı da rus olur, amma tövşüyə-tövşüyə əlilə mikrofonu qapadıb yağlı və qısaca bir intervyu verir - Müəllim, məni oradan itələyənin lap elə...
“Hədə bahasına başa gələn müsahibə”
“Günün ekranı” xəbərlər proqramının Baş redaktoru Ənvər Qafarlı bir gün gənc və istedadlı telejurnalist Tahir Aydınoğlunu yeni tikintilərdən reportaj hazırlamağa göndərir. Tahir obyektin iş icraçısı ilə sonuncu-doqquzuncu mərtəbədə çəkilişini tamamlayıb həmsöhbətindən xahiş edir ki, beş-altı cümləlik müsahibə də versin, süjet hazır olsun. İndiyə baxmayın, sovet dövrü təbii, səmimi intervyu almaq olduqca müşkül məsələ idi. Adamlar danışmaqda çətinlik çəkir, uzaqbaşı əvvəlcədən hazırlanan mətnləri güc-bəla əzbərləyib könülsüzcəsinə nə isə çox məzmunsuz, bəsit müsahibə ilə canlarını qurtarırdılar. Tahir də çalışır ki, qısa da olsa müsahibi təbii danışsın, fikrini lakonik çatdırsın. Amma onun istəyi heç cür alınmır. Belə olduqda Tahir arıq, uzundraz iş icraçısının yaxasından yapışır (bu işdə ona kino-operator da kömək edir) və qəti şəkildə bildirir ki, ya danışmalısan, ya da köməkləşib səni doqquzuncu mərtəbədən atırıq yerə. Bunu da texniki qəza kimi camaata özümüz çatdırarıq. Tahirin əslində zarafatla dediyi sözləri iş icraçısı gerçək kimi qəbul edir və gözlənildiyindən də artıq dərəcədə bülbül kimi ötür. Müsahibə elə alınmışdı ki, ertəsi gün səhər toplantısında onu Baş redaktor hamımıza nümunə kimi göstərdi və dedi ki, çalışın, siz də belə müsahibələr ala biləsiniz.
“Gəlsin yox, gəlsinlər ey...”
“Günün ekranı” xəbərlər proqramının çəkiliş qrupu pambıq yığımının qızğın çağında İmişliyə gedir. Rayon partiya komitəsinin məsul işçisi ilə bir neçə kolxozda çəkiliş aparandan sonra sərin kölgəliklərin birində televiziya əməkdaşlarına qonaqlıq verilir. Süfrəyə hər cür nemət düzülür, nədənsə araq qoyulmur. Heç demə, raykom işçisi Bakıdan gələn qonaqlardan abır edirmiş, utanırmış. Ona görə də spirtli içkinin qoyulmasını məsləhət bilməyibmiş.
Nə isə. Dadlı yeməklər soyuyub qalır, müxbir də, kino-operator da könülsüz salatdan-zaddan yeyib başlarını qatırlar. Xidmətçi ayıq adam olur, növbəti yanaşmada məsul işçidən parolla soruşur:
- Müəllim, bəlkə... gəlsin?
Elə bil himə bənd olan kino-operator çinar boylu Çinar dimdik ayağa qalxıb ucadan hayqırır:
- Alə, gəlsin yox ee, gəlsinlər...
Açması: - “Yəqin ki, bir butulka ilə kar aşmaz, əmioğlu!”.
P.S. Danışdıqlarım kimi əhvalatlar, bundan da maraqlıları çoxdur. İnşallah, ömür vəfa eləsə, yenə yazaram. Sözümün canı isə odur ki, bu əhvalatların iştirakçılarının, müşahidəçilərinin bəziləri dünyasını dəyişib, Haqq dərgahına qovuşublar. Ruhları şad olsun. Qalanlarımıza da Allah ömür versin, məsləhət bildikləri, şahidi olduqları məzəli əhvalatları yazsınlar, ortaya çıxarsınlar. Bütün bunlar bir könül xoşluğu, həm də gənclərə bir örnək olardı. İndiki cavanlar düz yoldadırlar, professional jurnalistikamızın sirlərinə dərindən yiyələnirlər. Azərbaycan Televiziyası və Radiosu, elə digər kanallarımız da yaddaqalan uğurlara imza atır, Vətənin şanlı salnaməsinə yeni-yeni səhifələr yazırlar. Ancaq unudulmamalıdır ki, şux zarafatlar, sağlam yumor insan ömrünü uzadan, yeni yaradıcılıq uğurlarına impuls verən amillərdəndir.
Bayramınız mübarək, əziz həmkarlarım, gənc və perspektivli teleradio əməkdaşları! İşləriniz uğurlu olsun!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər