14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
13:50 / 21-11-2024
NASA yüzlərlə mütəxəssisi işdən çıxarır
13:49 / 21-11-2024
Yaşayış minimumu 285 manat olacaq
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Atatürk - Akif Abbasov yazır
Tarix: 09-01-2024 22:59 | Bölmə: Akif ABBASOV
Akif ABBASOV
(İki pərdə, dörd şəkildə pyes)
İştirak edənlər:
Mustafa Kamal Atatürk – Böyük Millət Məclisinin və milli hökumətin sədri, Baş komandan, marşal
Mustafa İsmət İnönü – Qərb Cəbhəsinin Komandanı, albay (polkovnik), sonradan general
Mustafa Fevzi Çakmak paşa - 1922-ci ildən marşal
Rüfət paşa - Cənub Cəbhəsinin komandanı, albay
Nurəddin paşa – I ordunun komandanı
Yaqub Şövqi paşa – II ordunun komandanı
Fəxrəddin Altay paşa - süvari kolordu (korpus) komandiri
Aydan - gənc qız, Poladlı kəndindən vətənpərvər
Fərhad, Azər və Baycan – Azərbaycandan gələn könüllülər, Sakara Meydan müharibəsi və Böyük türk hücumunun iştirakçıları
Millət vəkilləri
Çərkəz Ədhəm – əvvəllər milli mübarizədə iştirak edən, sonradan özü dəstə düzəldərək milli hökumətə qarşı duran şəxs
General Papulas – yunan generalı
General Trikopis – general, I yunan ordusunun komandanı
General Diyenis – general, II yunan ordusunun komandanı
Türk zabit və əsgərləri
Yunan zabit və əsgərləri
Salih Bozok – Atatürkün baş yavəri
Dərviş paşa – minbaşı (mayor), XI tümənin (diviziyanın) komandiri, sonralar kolordu (korpus) komandiri
Xalidə Edib Adıvar - onbaşı, Atatürkün silahdaşı
Lətifə Uşaqlıgil – hüquq təhsilli, müasir qız, Atatürkün həyat yoldaşı
Yəhya Qalib Kargi – zabit
Samət və Erkan – Çərkəz Ədhəmin dəstəsində yaraqlılar
Yılmaz – Çərkəz Ədhəmin dəstəsinə qoşulmuş vətənpərvər
Metin, Özgün, Bəyazid, Uğur və Ozan – milli ordunun əsgərləri
Hərbi geyimli oğlan və qız – müəllif mətninin ifaçıları
Tofiq və Rəşid – Çərkəz Ədhəmin qardaşları
Yunan əsirləri
Sərkis və Levon – ermənilər, yunan ordusuna satılmışlar
Murat, Musa, yaşlı qadın və onun qızı, xəstə uşaq – kənd sakinləri
I Pərdə
Birinci şəkil
Kütahya. Çiyni tüfəngli iki nəfər səhnədə görünür. Bellərində patrondaş var. Onlar təpənin ətəyində əyləşib ələ keçirdikləri qəniməti yerə boşaldır, saf-çürük edir, öz hünərlərindən ağız dolusu danışırlar
Erkan. Ay Samət, bu insan deyilən məxluq hərdən niyə belə küt olur?! Görür əlimdə tüfəng, belimdə patrondaş var. Bir su içim saatda gülləbaran edəcəyəm, yenə tərsliyindən əl çəkmir. Adı nədir onun?! Hə, Fazli.
Samət. Yenə nə olub?
Erkan. Deyirəm, əlim-ayağım dəyməmiş gətir ev-eşiyindəki çəkidən yüngül, vəzndən ağır şeyləri. Sakitcə götürüb aparım. Nə cavab versə yaxşıdır? Deyir, onları birgə qazanmışıq ki, bölək. İrəli yeridim ki, evə girim, qabağıma keçdi. Gülləni verdim ayağa, doldurdum qarnına. Arvad-uşağın naləsi göyə qalxdı. Bunu istəyirdin?..
Samət. Sən düz deyirsən. Mənim də başıma belə iş gəlib. Əlimdəki kağızı aparıb Əli bəyə verirəm. Key-key üzümə baxır. Deyirəm, Çərkəz Ədhəmin göstərişidir, vəzifəni çolaq Çeliyə təhvil verməlisən. Bundan belə kəndin böyüyü odur. Nə cavab versə yaxşıdır: mənciyəzi bu yerə milli hökumət qoyub. Odur ki o hökumətin buyruqları ilə oturub-dururam. Başqasının sözü mənimçin qanun deyil.
Erkan (əlini saxlayıb maraq dolu gözlərini ona zilləyərək). Bəs sonra? Sonrası necə oldu?
Samət. Əli bəyin yan-yörəsində adam çox idi. Tərs-tərs üzünə baxıb düzəldim yola. Əhvalatı Ədhəmə danışdım. Sözümü bitirməmiş atlanıb kəndə sarı çapdı. Əli bəyin Allah üzünə baxdı, Çərkəz Ədhəmin birdən-birə ürəyinə elə bil rəhm dolmuşdu. Onu öldürmədi. Fəqət atdan yerə sıçrayıb Əli bəyi qamçısının altına saldı.
Erkan. Çərkəz Ədhəm aslan ürəklidir. Milli hökumət də, milli ordudakılar da ondan çəkinirlər.
Samət. Doğru buyurursan, qardaşım. Milli hökumət onunla bacarmır.
Erkan. Onun dəstəsinə qoşulandan bəri ağzımız dada gəlib. Həm yaxşı məvacib verir, həm də kənddə-kəsəkdə əlimizə keçəni çırpışdıra bilirik.
Yılmaz gəlir.
Yılmaz (yoldaşlarının qarşısındakı qəniməti görərək). Yenə fəqir-füqəranı çalıb-çapmısınız? Ayıbdır. Bu camaatı niyə incidirsiniz? Bir qarın ac, bir qarın tox dolanırlar. Çərkəz Əhməd gərək buna yol verməyə. Belə davam etsə, gedib milli orduya qoşulacağam.
Samət. Yılmaz, qudurma. Yediyin Ədhəmin çörəyidir. Acından uşaqlarının heyi kəsilmiş, boyunları armud saplağına dönmüşdü.
Yılmaz. Allah kəssin belə çörək qazanmağı! Mən Ədhəmin dəstəsinə qoşulanda o, Mustafa Kamalın silahdaşı idi. Qurtuluş savaşında iştirak edirdi.
Erkan. Ədhəm Mustafa Kamaldan geri qalan oğul deyil. Elə isə niyə milli hökumətə Çərkəz Ədhəm yox, Mustafa Kamal rəhbərlik edir?
Yılmaz. Ay qardaşlar, vallah başınıza hava gəlib. Gör kimi kimlə müqayisə edirsiniz?! Mustafa Kamal generaldır.
Samət. General idi. Padşah Vəhdəddin xan onun hərbi rütbəsini də, təltiflərini də əlindən alıb. İndi o da bizim kimi adi əsgərdir.
Yılmaz. Mustafa Kamal general rütbəsindən ona görə məhrum edilməyib ki, o buna layiq deyil. O, Ankarada milli hökumət yaradıb, milli ordunu formalaşdırır. Padşahı qəzəbləndirən budur. Mustafa Kamal onun başının üstündən iş görür. Bəs Mustafa nə etsin? Padşah əlini əlinin üstünə qoyub baxır. Düşmənlər də bir-bir torpaqlarımızı tuturlar.
Erkan (qəh-qəhə çəkir). Yenə deyirsən Mustafa Kamal o qədər dövlətlərlə kəllə-kəlləyə gələcək? Bir yanda ingilislər, o yanda ruslar, bir tərəfdə yunanlar, o biri tərəfdə italyanlar…
Samət. Hələ daxildən ermənilərlə rumlular da baş qaldırıblar.
Yılmaz. Mustafa Kamal adi adam deyil. Çanaqqala, Arıburnu, Anfartalar uğrundakı əfsanəvi döyüşlər də, qələbələr də onun adı ilə bağlıdır. Məgər bunu unutmusunuz?
Samət. A kişi, dünəndən yox, bu gündən danış. Onda türklərin arxasında Almaniya durmuşdu.
Yılmaz. Biz ağla gəlməliyik. Belə getsə, vətən əldən gedəcək. Padşah öz hayında, Çərkəz Ədhəm də özünə dəstə düzəldib dağlara çəkilib. Milli hökumət ortada qalıb, düşmənlə təkbaşına mübarizə aparır. Padşahla Ədhəm kömək etmir-etmir, heç olmasa Mustafa Kamalın əl-ayağına dolaşmasınlar.
Bu zaman Çərkəz Ədhəm, yanında qardaşları Tofiqlə Rəşid və bir neçə əsgər görünürlər.
Çərkəz Ədhəm (Yılmazın son sözlərini eşidərək). Nə dedin? Bir də təkrar elə.
Yılmaz. Dediyim odur ki, tərsliyi, qarəti bir kənara qoyaq, gedib milli orduya qoşulaq.
Çərkəz Ədhəm (sinirli). Bu əsgərin dili uzundur, deməli, başına bəladır. Nə danışdığını bilmir. Odur ki, aparıb dilini kəsin. Sonra buraxın, hansı cəhənnəmə gedir-getsin.
Yılmaz. Allahdan qorx, Ədhəm. Nahaq qan tökmə! Mən həqiqəti deyirəm. Həqiqətin ağzını yummazlar. Mən ölümdən qorxmuram, amma bir çətən külfətim var. Məni şikəst eləmə.
Çərkəz Ədhəm (kinayəli). Sən başqalarının da ağzına dil atırsan. Yaxşı, sənin günahından keçərəm, amma… Bayaqdan qələt elədiyini boynuna al, sonra gəl, mənim çəkmələrimi öp (o, uzunboğaz çəkmələrini qaldıraraq gözləyir).
Yılmaz. Mən olanı dedim. Dilimi kəsə bilərsən.
Çərkəz Ədhəmin işarəsilə Yılmazı aparırlar. Yaraqlılar milli ordu geyimində olan iki nəfəri gətirirlər.
Çərkəz Ədhəm. Bunlar nə istəyirlər? Onları buraya əcəl gətirib çıxarıb?!
I yaraqlı. Öz ayaqları ilə gəliblər. Bunlar elçilərdir.
Çərkəz Ədhəm (qəh-qəhə çəkir). Məgər bizim ərə getməli qızımız var ki, elçi düşüblər?
II yaraqlı. Onları İsmət paşa göndərib.
Çərkəz Ədhəm. İsmət paşanın buyurduğu nədir?
Ozan. İsmət paşa istəyir ki, haqq yoluna gələsiniz.
Yaraqlılardan biri tüfəngin qundağı ilə onun boynunun ardından vurur. Ozan dizi üstə yerə yıxılır. Tofiq ayağını onun belinə qoyur. Ozan çabalayır, lakin qalxa bilmir.
Çərkəz Ədhəm (qəzəbli, əlindəki şallağı uzunboğaz çəkmələrinə vuraraq). Demək istəyirsən ki, mən haqq yolunda deyiləm. Allah adamı sizin İsmət paşadır? (üzünü o biri elçiyə – Metinə tutaraq).Tez ol, sözünü de.
Metin (çəkinə-çəkinə). Bu tövr parçalanmağımız düşmənin xeyrinədir. Umu-küsünü bir kənara qoymaq lazımdır, əfəndim. İsmət paşa bizi göndərdi deyək ki, ya tərksilah olun, ya da Qərb Cəbhəsinin komandası altına keçin.
Çərkəz Ədhəm. Nə ağıllı oğlansan, lap ağaların kimi danışırsan.
Ozan (ayağa qalxa-qalxa). Ağa, qul İstanbulda – Ulduz sarayındadır. Padşah öz xalqına siz deyən kimi baxır… Milli hökumətdə bu münasibət yoxdur. Bir araya gəlmişik ki, düşmənləri ölkəmizdən qovaq. Qovarıq – inşallah!
Tofiq (irəli yeriyib onun üzünə tüpürərək). Bundakı cəsarətə bax. Hələ bilmir ki, kimin hüzurundadır. Sənin təki yoluqlarla tez qovarsınız yunanları inşallah.
Çərkəz Ədhəm (istehza ilə gülərək). Mən Qərb Cəbhəsi deyilən cəbhəni tanımıram. Onun komandanını da tanımaq istəmirəm. O kimdir ki, məni öz hüzuruna çağırsın. Sözü var, buyurub özü gəlsin, cavabını da alsın.
Tofiq (hiddətlə). Sizin milli hökumətiniz də, Böyük Millət Məclisiniz də bizim üçün mövcud deyil. Biz öz hökumətimizi quracağıq.
Rəşid. İndi gedə bilərsiniz.
Çərkəz Ədhəm (əlinin işarəsilə elçiləri saxlayır). Yox, belə olmaz. Qonaqları hörmət-izzətlə yola salmaq lazımdır.
Dərhal dörd nəfər elçilərin üstünə yüyürür. İkisi Ozanın, ikisi də Metinin qolundan yapışır. Daha iki nəfər onlara yaxınlaşıb xəncərlərini sıyırır.
Ozan (astaca Metinə). Yoxsa başımızı kəsmək istəyirlər?
Metin. Bunlardan nə desən çıxar. Görmürsən gözlərini qan tutub.
Çərkəz Ədhəm. Burada yox, kənara çəkin. Öldürməyin. Necə olsa, elçidirlər. Ancaq bunlara dərs olsun deyə, birinin sağ, o birinin sol qulağını kəsin. Atlarını da alın, canları çıxar piyada gedərlər.
Ozanla Metini aparırlar. Çərkəz Ədhəm qardaşları Tofiq və Rəşidlə gedirlər. Şəkil dəyişir. Atatürk yazı masasının arxasında əyləşib nə isə yazır. Sonra ayağa qalxıb gəzişir. Masanın arxasındakı divarda xəritə var. Atatürk dönüb xəritəyə baxır və əli ilə təhlükə gözlənilən əraziləri gəzir. Baş yavər Salih Bozok içəri girir.
Salih Bozok. Paşa həzrətləri, özünüzü yorursunuz. Həkim mənə tapşırıb ki, sizə göz qoyum. Səhər yeməyi də yemirsiniz.
Atatürk. Salih bəy, sən ki bilirsən mən səhərlər yemək yemirəm. Axırıncı dəfə nə zaman yediyim də yadıma gəlmir.
Salih Bozok. Amma günorta yeməyində gərək əvəzini çıxasınız. Nahara paxlalı plov hazırlayıblar.
Atatürk. Hə, bu mənim sevimli yeməyimdir.
Salih Bozok. Siz dincəlməlisiniz. Yaxşı olar ki, yatağa uzanasınız.
Atatürk. Eh, Salih Bozok, ölkədə vəziyyət yaxşı deyil. Yatmaqla, dincəlməklə bunların öhdəsindən gəlmək olmaz. Türkiyəni ayaq üstə qaldırmaq üçün çox əziyyətlər çəkməli, çox məhrumiyyətlərə dözməli, saysız-hesabsız itki verməli olacağıq. Gör nə qədər düşmənimiz var, ilahi! Biri ilə müharibəni qurtarmamış o biri gəlib çıxır…
Yavər. Böyrəkləriniz yenə ağrıyırmı?
Atatürk. Bir az ara verib. Sən narahat olma (Salih Bozokun dayanıb baxdığını görüb). Yaxşı, kresloda oturub gözümün acısını alaram. Yorğunluğum da keçər.
Salih Bozok çıxır. Atatürk kresloda əyləşib gözlərini yumur. Çərkəz Ədhəm sağ böyründə tapança daxil olur.
Atatürk (hənirti eşidib gözlərini açır, yerindən bir qədər dikəlir). Ədhəm, bilirdim ki, gələcəksən. Buyur, görüm hansı xəbərlə gəlmisən.
Çərkəz Ədhəm. Buraya Mustafa Kamalla haqq-hesabı çürütməyə gəlməmişəm. İsmət paşa dalımca adam göndərmişdi. Bu mənə ağır gəldi. Fikirləşdim sizinlə danışım. Əfəndim, İsmət paşa ilə münasibətimin sərin olmasından, yəqin ki, xəbəriniz var. O mənimlə düz dolanmır…
Atatürk. Bəlkə sən onunla düz dolanmırsan?
Çərkəz Ədhəm (özünü o yerə qoymayaraq). Sizdən bir təvəqqəm var. Əgər sizinlə dost münasibətində olmağımı istəyirsinizsə, İsmət paşanı komandanlıqdan kənarlaşdırıb onun yerinə məni təyin edəsiniz. Bacarığıma, qabiliyyətimə də, şükür Allaha, bələdsiniz. (Atatürkün fikrə getdiyini görərək). Döyüşməkdə, qoşunu idarə etməkdə də ondan geri qalmıram.
Atatürk (acı-acı). İsmət paşa sərkərdədir. Sən isə yolkəsən, dağlara çəkilib karvan soyan, fəqir-füqəranı incidən, adam öldürən… Bax fərqiniz budur. Sənin istəyin mümkün olan şey deyil.
Çərkəz Ədhəm. İsmət paşa adam öldürmür?
Atatürk. Öldürür, lap canını da alır. Baxır hansı adamı. O, öldürdüyü adam bu vətənin torpağını tutmaq istəyəndir, qız-gəlinlərimizə sataşan, onları ərsiz, oğul-qızlarımızı atasız qoymaq istəyəndir. Şərəf və ləyaqətimizi, qeyrətimizi tapdamaq istəyənlərin qanı halaldır.
Çərkəz Ədhəm. Deməli, bizim sövdəmiz baş tutmadı.
Çərkəz Ədhəm əlini tapançasına atır. Atatürk də cəld tapançasını çıxarır. Bir-birlərinə tuşlayırlar. Ədhəmin yaraqlılarından biri başılovlu özünü içəri atır.
Yaraqlı. Əfəndim, getmək lazımdır. Əsgərlər buraya gəlirlər. Az sonra aradan çıxmaq çətin olacaq.
Milli ordunun bir neçə əsgəri tələsik gəlir.
Çərkəz Ədhəm (tapançasını yerinə qoyur). Eşitdim paşa nasazdır, kefini soruşmağa gəldim.
Atatürk də tapançasını qabına qoyur. Əsgərlər Mustafa Kamala baxaraq onun əmrini gözləyirlər.
Atatürk. İşiniz olmasın, qoyun atlanıb getsinlər.
Ədhəm və yaraqlıları çıxırlar. At ayaqlarının səsi eşidilir.
Salih Bozok (həyəcanlı gəlir). Ədhəmin içəri girdiyini görüb qərargaha zəng etdim. Tez gəldilər. Paşa həzrətləri, sizin təhlükəsizliyinizi qorumalıyıq. Razı olsanız da, olmasanız da mühafizə dəstəsi yaradılacaq.
Atatürk (saatına baxaraq). Dəvət olunan şəxslər gecikmirlər ki?
Salih Bozok. Xeyr, əfəndim, harada olsalar, gəlib çıxarlar. Çöldən səs gəlir. Deyəsən yaxınlaşırlar.
Fevzi paşa Çakmak, İsmət paşa, Rüfət paşa daxil olurlar. Görüşürlər.
Atatürk (yer göstərir). Əfəndilər, buyurun, əyləşin. Yəqin sizi nə üçün çağırdığımı bilirsiniz. Osmanlı dövlətinin təməlləri çökmüş, ömrü sona çatmışdır. Ortada bir ovuc türkün dolandığı ata yurdu qalıb. Düşmənlərin son məqsədi onu da bölməkdən ibarətdir.
Fevzi Çakmak paşa. Doğru buyurursunuz, əfəndim.
Atatürk. Məni bu ciddi və məsuliyyətli məsələ çox narahat edir. Yadınızda varsa, yunanlar iyun ayında Qərb Cəbhəsində ümumi hücuma başlamışdılar. İşğalçılarla əlbəyaxa vuruşa türk könüllüləri qalxmışdılar. Onlar düşmənə zərbələr endirsələr də, yunanlar Bursa və Uşaq şəhərini tuta bildilər. Niyyətləri hücumu genişləndirmək idi. İstanbul hökuməti hələ ki mövcuddur. Sultan və Xəlifə VI Mehməd Vəhdəddin hələ də taxt-tacındadır. Zira bu taxtda müqəvva kimi oturur, hadisələri sadəcə seyr etməklə kifayətlənir. Öz mövqeyindən utanıb-qızarmaq əvəzinə sabun köpüyü kimi şişir, azacıq havaya qalxan kimi partlayır.
Fevzi Çakmak paşa. Özü də nə şişməyi, nə də partlamağı xalqa, yurda, torpağa xeyir gətirmir.
Rüfət paşa. Vəhdəddin padşah o qədər acizləşib ki, böyür-başında dolaşan, ona yaltaqlanan nökər-naiblərinin yanında da cılız görünür. Fəqət həmin şəxslər öz yağlı dərilərini qorumaq üçün Sultanın müdafiəsində durur, göstərişlərini yayırlar.
İsmət paşa. Sultan iş görmək əvəzinə, öz qınına çəkilib xırda hisslərlə yaşayır. O yanda da yunanlar Türkiyəni zəbt etmək planları tökürlər. Əslində Sultan və İstanbul hökuməti yunanlara qarşı durmaq iqtidarında da deyil. Bağlanmış müqavilənin şərtlərinə görə, Osmanlı ordusu rəsmi şəkildə ləğv və tərk-silah edilib.
Atatürk. Bütün bunları fikirləşdikcə adam sinirlənir, hirsindən boğulmaq dərəcəsinə gəlir, milli şərəfini, milli ləyaqətini alçaldılmış hesab edir. Əfəndilər, bu xəyanətdir! Milli xəyanət! Düşmən ölkənin içərilərinə soxulur, biz isə aramızda nəyisə ayırd edirik. İstanbul hökuməti köməyimizə yetmək əvəzinə bizə mane olur.
İsmət paşa. Sözlərinizdə haqlısınız, paşam.
Atatürk. Bildiyiniz kimi, İstanbul hökuməti Antanta dövlətləri ilə Sevr müqaviləsi bağlayıb. Padşah bizə qarşı qəzəblidir. Edam edəcəyi ilə hədələyir. İstəyir ki, biz də onun kimi əlimizi əlimizin üstünə qoyub oturaq. Düşmən də bizi qul, nökər etsin, gündə neçə kərə bizə hədyanlar yağdırsın. Əfəndilər, yunanlar ərazilərimizi işğal ediblər, bununla dayanmayacaq, işğalı davam etdirəcəklər…
Fevzi Çakmak paşa. Paşam, kim deyir ki, biz əlimizi əlimizin üstünə qoyub oturacağıq?!
Atatürk. Təklifin nədir, Fevzi Çakmak paşa?..
Fevzi Çakmak paşa. Sultan ordusu dağıldığı üçün yunanların qarşısına könüllülərdən ibarət dəstələr çıxır. Onlar bəziləri kimi kol dibində gizlənməyi qeyrətlərinə sığışdırmırlar. Ölümün gözünə dik baxaraq döyüşlərə atılırlar. Bu, vətənpərvərlik ruhudur ki, biz bunu alqışlayırıq. Fəqət dağınıq dəstələr şəklində düşmən qabağına çıxmaq bizi məhv edər…
İsmət paşa. Fevzi Çakmak paşa haqlıdır, əfəndim. Bizi nə üçün dəvət etdiyinizi, sözsüz, bilirik. Sizin kimi biz də bu qənaətdəyik ki, nizami ordu yaradılmalıdır. Özü də təcili…
Atatürk (ayağa qalxaraq). Təcili yox, günü bu gündən! Könüllü təşkilatları və milli qüvvələri birləşdirməli, milli ordumuzu formalaşdırmalıyıq (əyləşir). Bu, məsələnin bir tərəfi. Biz bütün qüvvələrimizi səfərbərliyə almaq istədiyimiz anlarda içərimizdən bəzi qüvvələr düşmən dəyirmanına su tökür. Çərkəz Ədhəm özbaşınalığını davam etdirməkdədir. Bu, mənim rahatlığını pozur. Ədhəmi başa salmaq, onu haqq yoluna qaytarmaq, millət, türk xalqı, Vətən qarşısında məsuliyyətini ona anlatmaq lazımdır. İsmət paşa mənim tapşırığımla onun yanına elçilər yola salıb ki, silahı yerə qoysun. O da cavab olaraq Metinlə Ozanın qulağını kəsib üstümüzə göndərib. Bir az əvvəl mən özüm də Çərkəz Ədhəmlə söhbət etdim. Fəqət faydası yoxdur.
Rüfət paşa. Doğru deyirlər ki, Allah birisini bədbəxt etmək istəyəndə, yəni başına daş salmaq istəyəndə əvvəlcə onun ağlını alır. Bu Ədhəmin də, deyəsən, ağlı çaşıb.
Atatürk. Ata-babalarımız belələrini nəzərdə tutaraq demişlər: «İnsanın zilləti də öz əlindədir, illəti də».
Fevzi Çakmak paşa. Kaş elə bir cihaz ixtira edəydilər ki, onunla insanın daxili görünəydi. Adam var ki, ikili həyat sürür, ikili xarakterə malikdir. Zahiri bir cür, daxili bir başqa cür. İnsanın daxilində iki qüvvə olur: xeyir və şər. Mələk və şeytan. Şərə, şeytana qalib gələndə insan əxlaqi cəhətdən saflaşır, mənəviyyatca kamil olur. Vay onda ki, şər xeyrə, şeytan mələyə qalib gələ – insan başlayır şər toxumu səpməyə, pislik etməyə. Görünür, Çərkəz Ədhəmin daxilindəki şeytan zahirinə çıxıb.
Atatürk. Mən də sizinlə razıyam ki, Ədhəm əvvəllər belə deyildi. Qardaşları ilə birlikdə milli qurtuluş savaşında irəlidə gedirdi. Elə ki Ədhəm bəzi uğurlar qazandı, ətrafına adamlar topladı, çevrilib oldu başqa bir insan.
Rüfət paşa. Onun özbaşınalığı günü-gündən artır. Kütahya dağlarına çəkilib burada yarımpadşahlıq edir.
Atatürk. Rüfət paşa, hələ bu nədir ki? Ən betəri odur ki, yunanların, rusların qabağında quyruq bulayır, onlara casusluq edir. Bəli, əfəndilər, sizinlə görüşümün əsas səbəblərindən biri də budur. Çərkəz Ədhəm milli mübarizəmizdə artıq qara bir ləkəyə çevrilib. Bu ləkəni yumaq, rədd eləmək lazımdır. Biz dedik məsələni xoşluqla yoluna qoyaq, qardaş qanı tökülməsin. Onun ətrafına toplaşanlar aldadılmış adamlardır. Ədhəm onları qorxutmaqla, yalan vədlər verməklə yanında saxlayır, öz çirkin niyyətlərini, bəd əməllərini aşırmaq üçün onlardan istifadə edir.
Fevzi Çakmak paşa. Son qərarı qəbul etməzdən əvvəl ona imkan verdik. Dedik bəlkə yola gəldi. Fəqət…
Atatürk. Fevzi paşa, qarşıda bizi düşmənlərimizlə amansız döyüşlər gözləyir. Yunanlar hücuma hazırlaşırlar. Ədhəmin qüvvələrini zərərsizləşdirməsək, iki cəbhədə vuruşmalı olacağıq.
İsmət paşa. Tamamilə haqlısınız, əfəndim. Günü sabah silahlı qüvvələrimizi Kütahya istiqamətinə yola salaram.
Atatürk (ayağa qalxaraq, dəvət olunanlara bir-bir əl uzadır). Əfəndilər, ölkədəki vəziyyəti anlatmaq üçün sizi narahat etdim. Ayıq olmalıyıq. Öz qüvvəmizə inanmalıyıq (yazı masasını sarı gedərək bir kitabı götürərək vərəqləyir). Əfəndilər, istəyirəm nikbin bir ruhla bir-birimizdən ayrılaq. Əlimdə tutduğum kitab bizim Tofiq Fikrətindir. Görün “Millət şərqisi”ndə nə deyir:
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Bəli, əfəndilər, hər gecənin gündüzü vardır. Mən türk üfüqlərindən bir gün bu günəşin doğacağına, onun hərarət və qüvvəsinin bizi isidəcəyinə varlığım qədər əminəm! O gün uzaqda deyil! İstər xarici düşmənlər olsun, istərsə də pərdələnib daxilimizdə bizə tor quranlar olsun, hamısını susduracağıq! Hər şey özümüzdən, öz iradəmizdən, doğma vətən qarşısındakı məsuliyyətimizdən asılıdır. Bu məmləkət tarixdə türk məmləkəti olub. İndi də türk məmləkətidir və əbədi olaraq türk məmləkəti kimi yaşayacaqdır! Qoy düşmənlərimiz bunu bilsinlər və səylərinin əbəs olduğunu anlasınlar. Hələlik, əfəndilər. Allah amanında.
Dəvət olunanlar xudahafizləşib çıxırlar. Atatürk onları yola salır və qayıdır.
Mühafizəçi (içəri girir). Əfəndim, təkidlə bir xanım Sizi görmək istəyir.
Atatürk. Canım, müharibənin, odun-alovun bu qızğın çağında nədən qadınlar buralarda dolaşır?! Anlamıram (sonra). Mən o xanımı qəbul etməyəcəyəm.
Mühafizəçi çıxır, bir xanım tələsik içəri daxil olur, onun ardınca da mühafizəçi. İri qara gözlü Lətifə xanım sadə, fəqət zövqlə geyinib, üzüaçıqdır, başına türk qadınları kimi yaylıq bağlayıb.
Atatürk (acıqlı). Xanım, qayda-qanunu nədən pozursunuz?
Lətifə. Əfəndim, bu davranış sizə yaraşmaz. Qadın qəlbi bir şüşə. Onu sındıran peşman olar.
Atatürkün icazəsi ilə mühafizəçi çıxır.
Atatürk (eyni açılır). Elə isə, gəlin bu qəlbi sındırmayaq. Qadın güləndə, dünya gülür. Qadın şən və xoşbəxtdirsə, demək, həyatda əmin-amanlıqdır. Buyurun, əyləşin.
Lətifə. Əfəndim, mən İzmirli Muammer bəyin qızıyam. Atam xarici ölkələrlə ticarət yapır. Adım Lətifə, soy adım Uşaqlıgildir. Avropada təhsil almışam. Hüquq fakültəsində. Mən açıqgözlü qızam. İstəyimi boğan, gözlərimdə donduran xanımlardan deyiləm. Mustafa Kamal adı dillərdən düşmür. Bu da düşmənin bağrını yarır, dostu isə sevindirir, Vətənin qan çillənmiş torpaqlarını, daşını çiçəkləndirir.
Atatürk. Xanım əfəndi, iş-gücün çox olduğu bir zamanda, hər dəqiqənin qızıl kimi qiymətli olduğu anlarda məni tərifləməyə gəldiniz?!
Lətifə. Mən sizə dayaq durmağa, həmişə yanınızda olmağa gəldim.
Atatürk (təəccüblənir). Sizi anlamadım. Bura hərb meydanıdır. Mənə sizin kimi incə bir qızın dayaq durmağı nə dərəcədə lazımdır, yaxud vacibdir?
Lətifə. Sizi özümə ideal qəhrəman seçmişəm.
Atatürk. Məni bağışlayın. Elə danışırsınız, sanki mənə vurulmusunuz.
Lətifə. Sizin şəklinizi çərçivəyə salıb boyunlarında gəzdirən çoxlu qadın görmüşəm. Onlar sizə pərəstiş edir. Sadəcə pərəstişkar olmaq mənimçin azdır. Mən sizin xanımınız olmaq istəyirəm. Həyatınızın mənası olmaq istəyirəm. Əlbəttə, izn versəniz.
Atatürk (tutulur). Lətifə xanım, siz çox cəsarətli qızsınız. Əslində tarixən türk qadınları cəsarətli olublar, at belində döyüşlərə atılıblar. İndi nədənsə çadraya bürünüb, yaşmaq tuturlar. Bu, türk qadınına yaraşmaz. Sizin modern qız olmağınız xoşuma gəlir.
Lətifə. Bu qədərmi? Mən istəyimdən dönən deyiləm. Cəsarət qələbənin açarıdır!
Atatürk. Sizin cəsarətiniz məni sevindirir.
Lətifə (boynundakı medalyonun qapağını açaraq). Medalyondakı sizin şəklinizdir. O şəkil gecə də, gündüz də, sevincli günlərimdə də, kədərli anlarımda da mənimlədir. O mənə güc və qüvvət verir.
Güllə səsləri gəlir
Atatürk. Hələlik bu qədər, Lətifə xanım. Görüşərik, danışarıq, dərdləşərik. İndi isə, rica edirəm, gedin. İzmirdə görüşənədək.
Lətifə. Bəli, əfəndim. İzmirin düşməndən azad ediləcəyinə inanıram. Həmin gün sizi döyüş yoldaşlarınızla evimizdə gözləyirəm. Bu, atamın da, mənim də arzumdur ki, sizə böyük ziyafət verək.
Lətifə Uşaqlıgil çıxır. Atatürk fikirli halda onun ardınca baxır.
Pərdə
İkinci şəkil
Yunan qərargahı. Divardan xəritə asılıb. Generallar Papulas və Diyenis qarşı-qarşıya əyləşiblər.
General Papulas. Xəbərin var ki, Qərb Cəbhəsi öz mövqeyində deyil?! Hansısa qiyamçını – Əhtəmdir, Əhməttir, yainki Əthəmdir, bilmirəm, onu təqib etdiyi üçün cəbhəni boş qoyub. Bundan əlverişli məqam ola bilməz.
General Diyenis (sevincək). Səni xoş xəbər olasan. Bilirsən bu nə deməkdir? Türklərin zəifləmiş mövqelərinə qəflətən hücum edərik. Yaxşı bilirsən ki, Əskişəhrlə Afyon strateji əhəmiyyətli şəhərlərdir. Onları tuta bilsək, Ankaranın yolu üzümüzə açıq olacaq.
General Papulas (onun planını bəyənərək). Çox ağıllı plandır! Uğur qazansaq, əsas dəmiryollarına nəzarət edəcəyik. İstanbul hökumətinin hayı gedib, vayı qalıb. Sultan VI Məhmət Vəhdəddin xan son günlərini yaşayır, əlindən heç nə gəlmir. İttifaq dövlətləri ona ağır şərtlər qəbul etdiriblər. Bizim yolumuzu kəsən Ankara hökumətidir. Cəmi 7-8 aydır yaranıb, amma ətrafına böyük qüvvə toplayıb. İttifaq dövlətlərinin irəli sürdüyü şərtlərin də heç birini qəbul etmir. Ankaranı götürsək, milli hökumətin də axırına çıxarıq. Onda…
General Diyenis (qəh-qəhə çəkir, general Papulas də ona qoşulur). Onda Türkiyə daha bir dövlət kimi mövcud olmayacaq. Bizə də yunanlar deyərlər! Gedək, gələcək qələbəmizi yaxşı-yaxşı qeyd edək (gedirlər).
Şəkil dəyişir. Atatürk və İsmət paşa gəlirlər.
İsmət paşa. Paşa həzrətləri, sizin göstərişinizlə Çərkəz Ədhəm təqib olunur. Təqibdən əvvəl onunla görüşüb söhbət etmək istədik. Boyun qaçırdı. İndi qüvvəmizin bir hissəsi Kütahyadadır. Dərviş paşa komandasındakı atlılarla Çərkəz Ədhəmin ardınca düşüb. Aldığım xəbərə görə, onlar gecələr də yorulmadan, dinclik bilmədən yol gedirlər. Dərviş paşa Afşarda, xüsusən Gedizdə Çərkəz Ədhəmin və onun qardaşlarının sərəncamında olan qüvvələrin birləşməsinə imkan verməyib.
Atatürk. İndi vəziyyət nə yerdədir?
İsmət paşa. Dərviş paşa doqquzuncu gündür onları qovur. Ədhəmin dəstəsi məcbur olub Simava çəkilib. O, düşdüyü vəziyyətin ağırlığından xəbərdardır. Xeyli itki verib. Bilir ki, Dərviş paşa onu mühasirəyə salıb axırına çıxacaq. Amma yekəbaşlığı, özündən bədgüman olması imkan vermir ki, Vətən və türk xalqı qarşısında etdiyi qəbahəti anlayıb, ağıla gəlsin, təslim olsun. Bunun əvəzində, Simava çatar-çatmaz oradakı əhalini qorxu altında saxlayır, talançılıq edir, gəncləri zorla öz dəstəsinə qatır.
Atatürk. İsmət paşa, indi mənə qulaq as və əmrimi yerinə yetir. Göstəriş ver ki, Çərkəz Ədhəmin təqibini dayandırıb geriyə dönsünlər. Ləngimədən Cənub Cəbhəsi ilə birləşmək üçün İnönüyə doğru hərəkət etmək lazımdır!
İsmət paşa (təəccüb içərisində). Paşam, əlimizə yaxşı fürsət düşüb. Dərviş paşanın atlıları bir həmlə ilə Ədhəmi susduracaqlar. Onun qurtulmaq imkanı sıfıra bərabərdir.
Atatürk. Xəbərdən xəbərin yoxdur. Yunanlar hücuma keçiblər. Onlar artıq Bursa və Uşak istiqamətində irəliləyirlər. Düşmənin qoşun birləşmələri Kütahya ətrafında birləşmək fikrindədir. Vaxt itirmədən Cənub cəbhəsinin komandanı Rüfət paşa ilə görüşüb qoşunları İnönü və Dumlupınar səmtinə çəkməlisiniz. Yunanların İnönüyə gəlib çıxmasına imkan vermək olmaz!. Əks hada, Əskişəhrə qədər olan ərazi düşmənin əlinə keçəcək. Ondan sonra gəl vuruş, görüm, necə vuruşursan. İtkilərin, itirilən hərbi texnikanın sayı hədsiz olar.
İsmət paşa (bir qədər fikirləşərək). Paşa həzrətləri, Cənub Cəbhəsi ilə müqayisədə bizim üçün çətin olacaq. Çərkəz Ədhəm təqib olunduğu üçün qüvvələrimizin xeyli hissəsi Kütahya və Qediz ətraflarındadır. Oradan İnönüyə ən azı 3 günə yetişmək olar. Fəqət göstərişiniz bizim üçün qanundur və hər vəchlə onu yerinə yetirməyə çalışacağıq.
Atatürk. İsmət paşa, mən sənə və sənin vətənə sədaqətinə inanıram! Sizə uğurlar diləyirəm!
Şəkil dəyişir. Döyüş meydanı.
I İnönü müharibəsi 9 yanvar 1921-ci ildə günortadan sonra yunanların Bozuyük tərəfindən güclü atəşi ilə başlanır. İsmət paşa durbinlə baxır. Əsgərlər çiyinlərində tüfəng gəlib səhnədən keçirlər. Bir yaralını xərəkdə aparırlar. Rüfət paşa və Fevzi Çakmak paşa gəlirlər.
Rüfət paşa (minnətdarlıq hissi ilə). İsmət paşa, Qərb Cəbhəsi nə yaxşı ki, özünü çatdırdı, yunanları qabaqlaya bilməsəydiniz, bizim cəbhənin vəziyyəti ağır olacaqdı.
İsmət paşa. Rüfət paşa, açığı, mən çox həyəcan keçirirdim. Qorxurdum ki, tapşırığı yerinə yetirməyək. Halal olsun döyüşçülərimizə. Çərkəz Ədhəmin təqibini dayandırandan sonra ara vermədən üç gün-üç gecə at belində, piyada yol gəliblər. Hava isti idi. Dayanıb uzun müddət istirahət etmək olmazdı. Bir yandan iliklərə işləyən şaxta, bir yandan yorğunluq, bir yandan da qarın dolusu yeməmək əsgərləri taqətdən salmışdı. Hələ bundan sonrası daha ağır gəlirdi: onlar dərhal döyüşməli olacaqdılar. On birinci tümən Dərviş paşanın başçılığı altında buyurulan gün səhər erkən yunanları qabaqladı. İnönüyə yetişib əlverişli mövqe tutdu.
Rüfət paşa. İnönü kiçik bir yaşayış məntəqəsidir. Fəqət strateji mövqedə yerləşir. Odur ki, həm biz, həm də yunanlar bu kəndi diqqət mərkəzində saxlayırıq.
Fevzi Çakmak paşa. Mustafa Kamal vəziyyətə nəzarət edir.
Rüfət paşa. Düşmən Çivrili, Pazarcıq, Əskişəhr və Bursa şəhərləri arasında yerləşən Biləcik və Bozyükü işğal edə bilib.
Fevzi Çakmak paşa. Rüfət paşa, yunan ordusu təpədən dırnağadək silahlanıb. Onlar hərbi texnika və sursat baxımından güclüdür. Canlı qüvvəsi bizdən ən azı üç dəfə çoxdur. Məqsədləri Türkiyəni diz çökdürməkdir. Fəqət istəkləri gözlərində qalacaq. (Güllə səsləri eşidilir. Ardınca mübahisə səsləri gəlir.) Gedək, görək bu nə hay-küydür.
Onlar gedirlər. İki əsgər xərəkdə bir nəfəri gətirir. Yanlarında şəfqət bacısı. Yaralı əsgər uzandığı xərəkdən dikəlməyə çalışır, var gücü ilə bağırır. Şəfqət bacısı onu sakitləşdirməyə çalışır, əsgər isə ipə-sapa yatmır.
Əsgər. Silahımı verin! Hanı silahım? Yoldaşlarım vuruşur. Mən onların arasında olmalıyam, arxa cəbhədə yox!
Şəfqət bacısı. Sənə döyüşmək olmaz, yaraların ağırdır. Hökmən hərbi xəstəxanaya getməlisən.
Fevzi Çakmak paşa gəlir. Əsgər onu görüb başını qaldırır, dikəlmək istəyəndə Fevzi Çakmak paşa ehmalca onun çiyinlərindən basır.
Fevzi Çakmak paşa. Burada nə baş verir?
Şəfqət bacısı. Cənab komandan, əsgər tərslik edir. İki güllə yarası alıb. Biri başından, biri qarın nahiyəsindən. Qanı birtəhər kəsmişik. Bu vəziyyətdə döyüşmək istəyir.
Əsgər. Sayın komandan, əsgərlərimizə kömək lazımdır. Yəni bir-iki güllə də ata bilmərəm?
Fevzi Çakmak paşa (cavan əsgərin saçlarına sığal çəkərək). Oğlum, get, müalicə olun. Hələ qabaqda bizi çox döyüşlər gözləyir. Bizə şir kimi vuruşan əsgərlər lazımdır. Bir-iki güllə ilə kar aşmaz…
Yaralı əsgəri aparırlar.
(Rüfət paşaya). Türkiyəni yenilməyə qoymayan belə qəhrəman, vətənsevər övladlarımızdır. Onlara halal olsun! Belələrini görəndə qələbəyə inam hissi artır. Biz hökmən qalib gələcəyik! (gedir)
Səhnə arxasından səs. İnönü uğrunda döyüşlər tarixə Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi kimi düşdü.
Telefon səslənir. İsmət paşa dəstəyi qaldırır.
İsmət paşa. Eşidirəm, paşa həzrətləri. Məlumat verirəm: düşmən işğal etdiyi Bozuyük istiqamətindən hücuma keçib. Fəqət narahatlığa əsas yoxdur. Qərb Cəbhəsinin tərkibindəki piyadalar və artilleriya qüvvələri irəliyə soxulmaq istəyən yunan ordusuna qarşı aslan kimi vuruşur. Hücumların qarşısı alınır. Düşmən elə fikirləşirdi ki, nizamsız, başıpozuq ordu ilə, döyüş təcrübəsi az olan əsgərlərlə vuruşacaq. Millətimizi arxayın edə bilərsiniz. Əsgərlərimiz sübut edirlər ki, müharibədə döyüşün taleyini əsgərlərin sayı, hərbi texnikanın çoxluğu yox, mübarizə meydanına atılanların əzmkarlığı, qeyrəti, canı-dildən vuruşması, bir də döyüş əməliyyatının düzgün planlaşdırılması və idarə olunması həll edir. Yunan ordusu belə müqavimət gözləmədiyindən çaşıb qalıb. Düşmənin gümanı belə idi ki, tez bir zamanda Ankaraya daxil olacaq, milli hökuməti devirəcək. Türklərin qanına, canına hopmuş vətənpərvərlik hissləri, işğalçılara sonsuz nifrət, yurd, torpaq qeyrəti onların mübarizə, döyüş ruhunu daha da artırıb. Millətimiz, xalqımız igid oğulları ilə fəxr edə bilər, paşam!
İsmət paşa Atatürklə söhbətini tamamlayıb, dəstəyi asır. Zabitlərdən biri yaxınlaşır.
Zabit. Paşam, düşmən fəallaşıb. Vəziyyət onların xeyrinə dəyişdi. Yunan alayı stansiyanın şimalına sarı istiqamət alaraq, oranı tutdu.
İsmət paşa. Qərargahı İnönü stansiyasından İnönü kəndinə köçürün. Əsgərlərə deyin ruhdan düşməsinlər. Cəbhəyə əlavə qüvvələr gətirilir. Ankarada yeni yaradılmış dördüncü tümən köməyimizə göndərilib.
Zabit və onun ardınca İsmət paşa gedir.
Səhnədən səs. Amansız döyüşlər iki gün davam etdi. Türk Ordusu üstünlüyü ələ aldı və düşmən qüvvələrini geri oturtdu. Yanvarın 11-də dan yeri söküləndə düşmən Bursa istiqamətində geriləməyə və qaçmağa başladı. I İnönü müharibəsi türk ordusunun qələbəsi ilə başa çatdı.
Səhnənin bir tərəfindən İsmət paşa, digər tərəfindən Atatürk gəlirlər. Səhnədə türk zabitləri və əsgərləri görünürlər. Atatürk İsmət paşanın əlini dostcasına sıxır.
Atatürk. Qərb cəbhəsinin uğurunu ürəkdən alqışlayıram. İsmət paşa, bu qələbəni türk torpaqlarını düşmən tapdağından qurtaracaq böyük qələbənin başlanğıcı hesab edirəm! Siz təkcə düşmənin deyil, millətin bədbəxtliyinin qarşısını aldınız! (üzünü əsgər və zabitlərə tutaraq). Qərb Cəbhəsinin bütün zabit və əsgərlərini zəfər münasibətilə təbrik edirəm!
Əsgər və zabitlər zəfərdən doğan nəşə ilə minnətdarlıqlarını bildirirlər. Şəkil dəyişir. Ankara. Böyük Millət Məclisinin iclası. Səhnədə bir neçə millət vəkili görünür. Səhnənin ortasında stol, sağ tərəfdə ortada Atatürk, yan-yörəsində bir neçə şəxs, kənardakı stullarda digər millət vəkilləri əyləşib.
Atatürk (ayağa qalxaraq). Hörmətli millət vəkilləri! Böyük Millət Məclisinin iclasını açıq elan edirəm. Əfəndilər, bildiyiniz kimi, yunan ordusu hələ iyul ayının 10-da Qərb Cəbhəsi boyunca hücuma keçib, Əskişəhr, Afyon, Kütahya və Biləciyi işğal etmişdi. Döyüşlər başlayandan bir həftə ötmüş mən Karahisara – Qərb Cəbhəsinin qərargahına getmişdim. Vəziyyət mənim düşündüyümdən də ağır idi. Tədbir görülməsəydi, yeni bir strategiya hazırlanmasaydı, yunan ordusu ilə müqayisədə zəif olan Türkiyə ordusu daha böyük itkilər verəcəkdi. Ölkənin taleyi, gələcəyi Ankara hökumətindən çox asılı idi.
I millət vəkili (həyəcanlı). Milli ordu yeni qüvvələr, müasir hərbi texnika hesabına güclənməlidir. Müharibələr əsgərləri əldən salıb. Onlar yorğun və taqətsizdirlər…
II millət vəkili. Əfəndilər, gəlin etiraf edək ki, ölkə fəlakət caynağındadır. Bunun çarəsini tapmalıyıq…
III millət vəkili. Qərb Cəbhəsi yunanlarla müharibədə zəfərlər qazanıb. Həm I İnönü, həm də II İnönü döyüşlərində milli ordumuz öz qüdrətini, yenilməzliyini nümayiş etdirib. Biz bunu səmimi qəlbdən etiraf edir və minnətdar oluruq. Düşmən I İnönü müharibəsində iki günün içərisində məğlub oldu. Bu ilin martında başlayan II İnönü döyüşlərində də əsas ağırlıq Qərb Cəbhəsinin üzərinə düşdü. Əsgərlərinin sayına və hərbi texnikasına güvənən düşmən ordusu vuruş meydanında minlərlə meyit qoyaraq qaçdı. Lakin… Əfəndilər, indi başlanacaq müharibə vəziyyəti düzgün qiymətləndirməyi tələb edir…
Yaşlı millət vəkili. Əfəndilər, düzgün strategiya və taktika yeritməsək, itkilərimiz daha çox olacaq. Son nəticəni isə dilə gətirmək istəmirəm. Allah axırını xeyir eləsin, bizi bu bəladan qurtarsın…Mənim təklifim nədir? Gərək biz baş komandan vəzifəsi təsis edək. Özü də bu vəzifəni nüfuzlu, qüdrətli, məğlubedilməz, ölümün gözlərinə dik baxan birisinə həvalə edək ki, ordu vahid komandanlıq tərəfindən idarə olunsun. Əcəba, bu şəxs kimdir? Gəlin fikirləşək…
İsmət paşa. Həmin şəxsin kim olduğunu hamı bilir. Ordunu öz ardınca qələbəyə yalnız Mustafa Kamal paşa apara bilər. O, böyük komandandır. Baş komandan şəxsində mən yalnız Mustafa Kamal paşanı görürəm. O indiyə kimi rəhbərlik və iştirak etdiyi bütün döyüşləri qələbə ilə başa vurub.
Yerdən. Doğrudur (əl çalırlar).
IV millət vəkili (üzünü Atatürkə tutaraq). Paşa həzrətləri, niyə dinmirsiniz? Siz qüdrətli komandan, mətin, fədakar və qorxmaz əsgərsiniz! Odun-alovun içərisindən həmişə sağ-salamat və zəfərlə çıxmısınız. Təkcə Çanaqqala, Conkbayır, Anafartalar, Bitlis və Muş döyüşlərini yada salmaq kifayətdir. Siz məğlubedilməzsiniz! Siz bu vəzifəni tutmaq üçün razılıq verməlisiniz…
Atatürk (ayağa qalxaraq, ağır-ağır xitabət kürsüsünə sarı gedir). Əfəndilər, sizin iradənizlə mənim üzərimə milli hökumətin, həm də Böyük Millət Məclisinin sədri vəzifələri qoyulub. Ölkənin müdafiəsinə və milli ordunun hücum əməliyyatlarının hazırlanmasına var qüvvəmlə çalışıram. Bu köməyi heç vaxt əsirgəməyəcəyəm. İndi siz mənə əlavə və ciddi bir vəzifə də tapşırırsınız. Etimadınıza və inamınıza görə hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Fəqət bizim çox təcrübəli və hazırlıqlı sərkərdələrimiz, komandirlərimiz var. Onların arasından başqa birisini seçib Baş komandan vəzifəsini ona həvalə edə bilərik.
Fevzi Çakmak paşa. Əfv edin, əfəndim. Bu məsələni həll olunmuş hesab edək. Siz Baş komandan vəzifəsini öz üzərinizə götürməlisiniz. Ordu ümidsiz vəziyyətdə, xalq narahatçılıq içərisindədir. Millətin, ordunun, əsgərlərin inamını özlərinə qaytarmaq lazımdır.
Atatürk (düşüncələrdən ayrılıb başını qaldıraraq). Məclisin hörmətli üzvlərinin arzu və istəklərinə cavab olaraq Baş komandanlığı qəbul edirəm!
Sürəkli alqışlar qopur.
(davam edir). Biz ölkəmizi əsarət altına almaq istəyən düşmənləri, Allahın köməyilə, məğlub edəcəyik! Əfəndilər! Sizi buna əmin edirəm. Bu dəqiqə bu qəti inamımı yüksək heyətinizə, bütün millətə və bütün aləmə bəyan edirəm! Günü sabah Poladlıda yerləşən cəbhə qərargahına yola düşürəm.
Şəkil dəyişir. Səhnədə əlində kitab əsgər geyimində gənc oğlan və qız görünür.
Qız. Yunan kralı Konstantin özünə və ordusuna çox güvənirdi. Bir vaxtlar dünyaya hakim kəsilmiş Osmanlı imperiyasının zəifləməsindən, ölkədə ziddiyyətlərin kəskinləşməsindən, milli hökumətin hələ ilk addımlarını atmasından və bu addımların inamlı, lakin hələ kövrək olmasından istifadə edən kral Türkiyəni öz əsarəti altına almaq, Asiyada öz imperatorluğunu yaratmaq istəyirdi.
Oğlan. Kral müharibənin tez bir zamanda qurtaracağına qəti inanırdı. Odur ki ordusuna döyüş əməliyyatlarına başlamaq əmrini vermişdi. Afinada Türkiyə üzərinə yeni həmləni Makedoniyalı İsgəndərin yürüşləri ilə müqayisə edir, onun səfərlərinə oxşadırdılar. Halbuki Konstantinin can atdığı bir işin – Qərbi Anadolunu öz krallığına qatmaq işinin öhdəsindən vaxtilə İsgəndər kimi sərkərdə və fateh də gələ bilməmişdi.
Şəkil dəyişir. Poladlı. Türk ordusunun Baş qərargahı. Qərargah dəmiryolunun üstündə – Alagöz təpəsində, kərpicdən tikilmiş alayarımçıq bir evdə yerləşib. Türk ordusunda yeni müharibəyə hazırlıq işləri gedir.
Rüfət paşa (gəlir, əsgərlərə). Topların lülələrini yaxşı-yaxşı təmizləyin, tüfənglərinizi, pulemyotları qaydaya salın. Bizi çətin sınaq gözləyir. Döyüş zamanı gülləyə, top mərmilərinə qənaət edin.
Atatürk (gəlir, Sultanın əmri ilə fərqlənmə nişanları əlindən alındığından hərbi rütbəsi yoxdur). Fəxrəddin Altay bəy gözümə dəymir.
Rüfət paşa. Süvari kolordusundadır. Onun tapşırığına əsasən əsgərlər atlara qulluq edir, atların yəhərini, yüyənini qaydaya salır, süvari kolordusundakı əyər-əskiyi düzəldir, yem tədarükü görürlər.
Atatürk. Yunanlar irəliləyir, əsas hədəf nöqtəsinə çatmağa tələsirlər. Onlar canlı qüvvə sarıdan bizdən iki dəfə çoxdurlar. Bu bizi qorxutmamalı, lakin ehtiyatı da əldən verməməliyik. Döyüş Sakarya ətrafında başlayacaq. Biz etibarlı mövqe seçmişik: arxada dəmiryoludur. Yunan ordusunun hücum planı belədir: bizim sol cinahımıza zərbələr endirib, cənubdan Ankaraya gedən yolu açmaq.
İsmət paşa (gəlir). Onların əllərində olan xəritə yetərli deyil. Bu, yunanların vəziyyətini çətinləşdirəcək.
Atatürk. Tümənlərin qərargahları ilə rabitə əlaqələrini yoxlamışam. Uğurlu döyüşün aparılması üçün vacib olan hər şey götür-qoy edilib… (saatına baxaraq) Yaxşı, əfəndilər, işinizdə olun. Qərargahda görüləsi bəzi işlərim var, gedib məşğul olum (gedir).
İsmət paşa və Rüfət paşa gedirlər. Səhnə bir qədər qaranlıqlaşır. Atatürk xəritənin önünə keçir. Çöldə səs-küy eşidib diqqət kəsilir.
Mühafizəçi. Ay bacım, ay anam, olmaz. Baş komandan məşğuldur. Həm də axşam düşüb. Bu vaxtı paşa həzrətlərini niyə narahat edirsiniz? Gedin, sabah gələrsiniz.
Aydan. Sizdən artıq dərəcədə xahiş edirəm. İcazə verin, paşa ilə görüşüb söhbət edim. O, mərhəmətli insandır, sizə acıqlanmaz.
Mühafizəçi. Sözünüzü komandirlərdən birinə deyin.
Aydan (yalvarıcı tərzdə). Axı mən Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk qapıya yaxınlaşır. Büründüyü çarşabından Aydanın yalnız gözləri görünür. Mühafizəçi onun qarşısını kəsib içəri keçməyə qoymur.
Atatürk. Qoyun gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayanır və Aydana işarə edir ki, gedə bilər. Atatürk yer göstərir. Aydan əyləşir və çarşabını sərbəst buraxıb üzündən götürür. (qızın solğun üzünə baxaraq acıyır və öz-özünə). Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzəranı yoxdur (qıza). Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın ki, düşmən əlinə keçərsən?
Aydan (cəsarətlə). Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
Atatürk. Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
Aydan. Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
Atatürk. Sən haqlısan, qızım. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salıb. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?
Aydan (qəhərli). Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Küthya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin, döyüşlərdə ölən oğulların qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
Atatürk. Qızım, adın nə oldu?
Aydan. Aydandır adım.
Atatürk. Neçə yaşın var?
Aydan. On altı.
Atatürk. Aydan, heç əlinə silah almısan?
Aydan (bu sualı gözləmədiyindən duruxur, sonra özünü ələ alaraq çarşabını göstərir). Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm.
Atatürk gülür.
(yalvararaq). Paşam, siz allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
Atatürk (qızı dilə tutur). Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Elə bilirsən bu gecə gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Ananı şad edərsən. Əsgərlər səni ötürərlər.
Aydan ağlamağa başlayır.
Atatürk (irəli yeriyib onu sakitləşdirməyə çalışır). Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə sənin başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Aydan fikirli ayağa qalxıb qapıya sarı gedir.
(əsgərlərə). Qızı aparıb evlərinə ötürün.
Şəkil dəyişir. Səhnədə Rüfət paşa, Fevzi Çakmak paşa və Atatürk. Top və pulemyot atəşləri ətrafın sakitliyini pozur.
Atatürk. Ordumuzu Əskişəhrin şimal və cənubunda cəmləşdirməliyik. Yunan ordusu ilə arada müəyyən məsafə saxlamalıyıq ki, qüvvələrimizi bir yerə toplaya bilək. Odur ki, Sakaryanın şərqinə geri çəkilməyimiz məsləhətdir.
Rüfət paşa (təəccüb içərisində). Paşa həzrətləri, belə niyə? Sakarya çayının həndəvəri kimi əlverişli mövqeyi buraxıb geriyə niyə çəkilək?
Fevzi Çakmak paşa (Rüfət paşanın fikrini bəyənərək). Çayın yaxınlığında sipərlər çəkərik.
Atatürk. Döyüşün qızğın çağında düşmən Sakarya çayının hər hansı bir yerindən adlaya bilər. Demək, bəri başdan bizi təhlükə gözləyir. Onların çayı keçərək qəfil görünməsi və əlverişli mövqe tutması döyüşçülərimizdə çaşqınlıq yaradar. Müharibəni də uduza bilərik. Odur ki, cəbhəni geri çəkməliyik. İşdi-şayət yunan ordusu bizi üstələsə, yenə geri çəkilib döyüşü davam etdirə bilərik. Yedək qüvvələrimizi isə mərkəz nöqtəsində yerləşdirərik. Çayın yaxınlığında mövqe tutsaq, bu imkanlarımız sıfra enir.
Telefon səslənir. Rüfət paşa dəstəyi qaldırır.
Rüfət paşa (üzünü Atatürkə tutaraq). Yusif İzzət paşadır. Deyir ki, Baş komandanın gizli əmrlərindən xəbər tutmaq istəyir. Həm də soruşur ki, geri çəkilmə ilə bağlı istiqamətimiz haradır?
Atatürk (sinirli, yaxınlaşıb telefonun dəstəyini Rüfət paşadan alır). Yusif İzzət paşa, bil və agah ol: gizli əmrim sizin kimiləri orada basdırmaqdır! (acıqla dəstəyi yerinə qoyur). Bu paşa hələ döyüşə girməmişdən qaçmaq barədə fikirləşir.
Nurəddin paşa (tələsik gəlir). Yunan tüməni sağ cinahdan həmlə edib.
Atatürk. Hədəf əslində Ankaradır. Düşmən nəyin bahasına olursa-olsun Ankaranı ələ keçirmək istəyir.
Fevzi Çakmak paşa. Qanlı-qadalı döyüş gedir. Müharibə meydanı od tutub yanır. Düşmən təyyarələrdən də istifadə edir.
Atatürk. Hücumun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Narahat olma, bizim təyyarələrimiz də öz gücünü göstərər. Mən komandirlərimizə inanıram. Gedək döyüş meydanını müşahidə edək. Bilin və agah olun: rabitə bir an belə kəsilməməlidir. Xətlər də tez-tez yoxlanmalıdır.
Atatürk və Fevzi Çakmak paşa gedirlər. Yunan zabiti formasında iki nəfər (onlardan biri Sərkisdir) gəlir.
Sərkis. Üstünlüyü ələ almışıq. Türk mövqeləri bəzi yerlərdə yarılıb. Amma türk əsgərləri ruhdan düşmür, inadla müqavimət göstərirlər.
Yunan zabiti. Xeyri yoxdur. Ordumuz yaxşı silahlanıb, canlı qüvvə sarıdan da türklərdən çoxuq. Hələ bizimkilər yorğundur. Buralara gəlib çıxmaq üçün ən azı on gün yol gəliblər. Yayın istisi ola, susuzluq ola…
Sərkis (təəccüblə). Yəni belə əziyyət çəkiblər.
Yunan zabiti. Xəbərin yoxdur? Bəs sən bizimlə gəlməmisən?
Sərkis (ətrafına ürkək-ürkək baxaraq).Yox, mən sizə yolda qoşulmuşam. Mən əslən Türkiyədənəm. Erməniyəm. Bu türklərin qanını içməyə hazıram. Sizin general Papulasla mənim şəxsi tanışlığım var. Onun tapşırığı ilə müharibəyə qatılmışam. Gəldiyinizi eşidib özümüzünkülərə – ermənilərə gözaydınlığı verdim, ütüləyib hazır qoyduğum bu zabit paltarını bir çamadana qoyub evdən çıxdım. Bığlarımı qırxdım ki, cəbhədə tanış türklər məni görsələr tanımasınlar. Bilmək olmaz… (o, nəsə fikirləşib sözlərini tamamlamadı).
Yunan zabiti. Bilmək olmaz deyəndə fikirləşirsən ki, birdən türklər qalib gələr, sən də işə düşərsən?
Sərkis (qorxaraq). Yox, yox, əsla, sizin qələbənizə şəkk-şübhəm yoxdur. Bu, mənim, biz ermənilərin hamısının arzusudur. Mən türklərə qarşı vuruşuram. Yunanlar Türkiyə torpaqlarını tutsalar, biz ermənilər də fərəzən günə çıxarıq.
Yunan zabiti. Onlar sizi incidirlər?
Sərkis. İncitməyə incitmirlər. Türkiyədə biz bəlkə türklərin özündən daha yaxşı yaşayırıq. Ancaq, bilirsən, onlarla aramız yoxdur, dədə-baba düşmənləriyik. Doğrudur, üzdə bunu büruzə vermirik, imkan düşəndə heyf çıxırıq. Bilirsən onlar on beşinci ildə soyqırım edib bizimkilərin hamısını qırıblar. Nə qocalara, nə qadınlara, nə də körpələrə rəhm ediblər.
Yunan zabiti. Ağ eləmə. Necə qırıblar ki, Türkiyənin yarısı ermənidir. Üstündən heç dörd il keçməyib.
Sərkis (ətrafına boylanaraq, səksəkəli). Ara, zilə çıxma. Əslində biz onları qırmışıq. Amma dünyaya səs salırıq ki, türklər bizim axırımıza çıxıblar. Böyüklərimiz bizi belə öyrədir.
Yunan zabiti. Burada deyiblər ki: «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı». Hə, aşna.
Sərkis. Sən bilən, yunanlar qalib gələcək, yoxsa türklər? Bu türklər döyüşən xalqdır ha…Onları heç vaxt ölüm evdə, isti yorğan-döşəkdə yaxalamayıb. “Türklər çadırda doğulur, at belində, döyüşlərdə canını tapşırır”,- deyirlər.
Yunan zabiti. Sən narahat olma. Artıq türkləri Manqal Dağından geri oturtmuşuq (narahat-narahat ətrafına göz gəzdirir). Burada çənəmiz söhbətə qızışıb. Komandir görsə, atamızı yandıracaq. Qızğın döyüş gedir, biz isə boş-bekar dayanmışıq. Gedək.
Sərkis. Ara, doğru deyirsən, gedək…
Yunan zabiti və Sərkis gedirlər. Atatürk yanında zabitlər gəlir.
Atatürk (dilxor). Heç cür başa düşə bilmirəm, vəziyyət birdən-birə düşmənin xeyrinə dəyişdi. Komandirlərə mənim əmrimi çatdırın! Biz yol verə bilmərik ki, Ankaraya – Türkiyənin ürəyinə xəbis niyyətli düşmən ayağı dəysin! Uğursuzluqdan sarsılmaq olmaz. Mübarizəni davam etdirməliyik! Qələbə bizimdir! Bu nikbin ruhu əvvəlcə özünüzə, sonra da hər bir döyüşçüyə təlqin edin. Zəfər naminə döyüşə atılın. Bir mövqeyi artıq itirmişik. Manqal Dağ ələ keçib… Ağıllı plan işləyib hazırlamalıyıq ki, həm başqa mövqelər itirilməsin, həm də düşmən geri oturdulsun. Gərək qələbə naminə son damla danımıza qədər vuruşaq.
Gedirlər. Səhnə dəyişir. Yunan qərargahı. General Papulas xəritənin üzərinə əyilib.
General Papulas (yanındakı zabitə). Mənə çatan məlumata görə, türk ordusu əsas qüvvələrini sol cinahda cəmləşdirir. Yeni taktika yeritməliyik. Ordu hissələrimizi həmin səmtə istiqamətləndirin.
Zabit. Cənab general, kəşfiyyatın qənaəti yanlış deyil ki? Türklər bizi aldada bilər.
General Papulas. Belə zənn edirsən? Buna əsasın var?
Zabit. Xeyr. Fəqət bir daha dəqiqləşdirsək yaxşı olar.
General Papulas. Ehtiyac yoxdur. Məlumatı etibarlı mənbədən almışıq. Təcili Sakarya çayı üzərində körpülər tikilsin.
Səhnə qaranlıqlaşır, işıqlananda Atatürk və Fevzi Çakmak paşa görünür.
Fevzi Çakmak paşa. Cənab baş komandan, zənn etməzdim. Biz General Papulası asanlıqla aldada bildik. Artıq gecdir. Geriyə dönə bilməz. General hərəkət nöqtəsindən xeyli uzaqlaşıb. Türk süvari kolordusu yunan ordusunun arxa hissəsinə keçə bilib. Fəxrəddin Altay paşa həmləyə hazırlaşır.
Atatürk. General Papulas tələyə düşsə də, ağılsız deyil. O da öz yeni planını həyata keçirməyə başlayıb. Lakin getdikcə işləri çətinə düşəcək. Mövqelərimiz təpələr üzərindədir. Mövqelərin yüksəklikdə olması isə müharibə zamanı əlavə üstünlük deməkdir. Həmin təpələri bir-bir ələ keçirmək lazım gəlir ki, bu heç də asan deyil.
Atəş səsləri eşidilir. Türk əsgərləri “Ya istiqlal, ya ölüm!” - deyə hücuma keçirlər.
Fevzi Çakmak paşa (telefona cavab verərək dəstəyi yerinə qoyur, Atatürkə). Paşa həzrətləri, düşmən itkilərə, çətinliklərə baxmayaraq, həmləyə keçir, bəzi təpələri ələ keçirib. Bizimkilər bir az əvvəl qoyub getdikləri yerləri almağa can atırlar. Onlar “Öldü var, döndü yox!” deyib, yan-yörələrində partlayan mərmilərə məhəl qoymadan irəli şığıyır, təpələri tuturlar. Fəqət təpələr əldən-ələ keçir. Türk ordusu müdafiə mövqeyində dayanıb. İtirilən döyüş xəttinin arxasında yeni müdafiə xətti yaradılır.
Atatürk (döyüş meydanını müşahidə edərək). Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanına boyanmadıqca tərk olunmaz. Onun üçün hərbi birləşmələrdən hər biri tutduğu mövqedən çıxarıla bilər. Fəqət kiçik və ya böyük hər bir hərbi birləşmə dayandığı ilk mövqedə düşmənə qarşı təkrar cəbhə qurub müharibəni davam etdirməlidir. Komandirlərə göstərişimi çatdırın.
Fevzi Çakmak paşa. Oldu, cənab Baş komandan! (gedir)
Rüfət paşa gəlir.
Rüfət paşa. Cənab Baş komandan, bizimkilər əllərindən gələni edirlər. Yunan ordusu dünənə qədər çətinliklə olsa da təpələri aşır, ordumuza itki verirdi. Odur ki, qələbəyə ümidləri çox idi. Həm də bu irəliləmə onlarda arxayınlıq yaradıb. İndi vəziyyət bizim xeyrimizə dəyişib. Əsgərlərimiz, sizin göstərişinizə əsasən, yarılan hər bir xətti ən yaxın məsafədə yenidən bərpa edirlər. Pulemyotçularımız düşmənə göz açmağa imkan vermir, həmlə edən piyadalarımızın yolunu təmizləyirlər. Düşmən irəliləyə bilmir.
Atatürk (müşahidə məntəqəsindən döyüşü seyr edərək). Rüfət paşa, mən görürəm ki, düşmən mərkəzə həmlə edir, sonra taktikasını dəyişib sol cinaha istiqamət alır. Komandirlərimizə çatdırın: yunanların say üstünlüklərini nəzərə alaraq, öz qüvvələrindən səmərəli istifadə etsinlər.
Rüfət paşa gedir, Yaqub Şövqü paşa gəlir.
Yaqub Şövqü paşa (ətrafı gözdən keçirərək). Döyüş meydanında saysız-hesabsız yunan cəsədi var. Fikir verin: yaralı yunan döyüşçüsü sürünə-sürünə atəş nöqtəsindən yayınmaq istəyir. Ancaq məqsədinə çata bilmədi. Aldığı atəşdən yerində qıvrılıb daş kimi torpağa düşdü.
Atatürk (döyüş meydanına müraciətlə). Komandirlər, əmrimə qulaq asın. Düşmən ordumuzun mövqeyini yan tərəfdən yarmaq istəyir. Məqsədləri Ankaraya istiqamət götürməkdir. Diqqətli və ehtiyatlı olun! (Fevzi paşaya). Yunan ordusu yenə irəlilədi. İndi türk cəbhəsi şimaldan qərbə doğru uzanır. Düşmən cəbhənin – Şərq, biz isə, Qərb hissəsində mövqe tutmuşuq. Yunanlar bizimlə müqayisədə Ankaraya daha yaxın məsafədədir.
Yaqub Şövqü paşa. Bu, yaxşı olmadı.
Atatürk. Çal Dağ strateji mövqe sayılır. Üç yüz metrlik yüksəklikdə yerləşən bu dağ bizim iki əsas mövqeyimiz arasında yerləşir. Çal Dağ Ankaraya doğru gedən dəmiryoluna və bütün hücum xəttinə hakimdir.
Yaqub Şövqü paşa. Girintili-çıxıntılı olduğundan müdafiə olunmaq və gizlənmək üçün çox yararlıdır.
Atatürk. Döyüşün taleyi və Ankaranın müqəddəratı bu dağdan, bu silsilədən, onun əldə saxlanmasından asılıdır. Nə qədər Çal Dağ bizdədir, qorxu yoxdur. İşdi-şayət birdən Çal Dağ işğal edilsə, vəziyyətimiz fəna olacaq. Yunanlar asanlıqla Haymananı tutub bizi tələyə salacaqlar.
Yaqub Şövqü paşa. Anlayıram, paşa həzrətləri. Çalışırıq ki, deyilənlər baş verməsin.
Atəş başlanır. Atatürk və Yaqub Şövqü paşa müşahidə məntəqəsindən baxırlar.
(durbinlə baxaraq, Atatürkə). Düşmənin Çal Dağa həmləsi başlandı. Top mərmiləri havadan dolu kimi yağır. Düşmən təyyarələrinin bombardmanı da ara vermir. Vay-vay, mərmilərdən biri bizim səngərə düşdü. Orada iki əsgər vardı. Mərmi hər ikisini divara çırpdı. Birinin silahı parçalanıb havaya uçdu.
Atatürk. Görürəm, Yaqub Şövqü paşa, pulemyotçuların köməyilə düşmən əsgərləri sürünə-sürünə, yerə yata-yata Çal Dağa dırmaşırlar.
Əsgərlərimizin atəşi onları ehtiyatlı olmağa məcbur edir. Yunan əsgərləri daldalanır, sonra yenə irəliyə can atırlar. Onlar cəbhə xətti üzərindəki gədikdən istifadə edib Çal Dağı qoruyan türk atlılarını geri oturtdular. Süvari kolordusu itkilər verir.
Yaqub Şövqü paşa. Aha, vəziyyət dəyişdi. Türk pulemyotçularının arasıkəsilməz atəşinə və həmləsinə tablaşmayan düşmən geri çəkilir. Yox, vəziyyət yenə dəyişdi.
Atatürk. Döyüş şiddətləndi. Bizimkilər ciddi müqavimət göstərsələr də, yunanların qarşısını almaq çətinləşir. Onlar getdikcə daha çox irəliləyir. Bizimkilər itki verir. Vəziyyətdən geri çəkilməklə, mövqeyi düşmənə təhvil verməklə çıxmaq olar. Yaqub paşa, gəl indi birlikdə müzakirə edək: müqaviməti davam etdirib itkilərin sayını artıraq, yoxsa mövqedən çəkilək? (çıxarıb siqar yandırır, var-gəl edir). Haydı, döyüş meydanına! (gedirlər)
PƏRDƏ
II PƏRDƏ
Üçüncü şəkil
Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini gətirirlər.
Onun saçları qarışıq, sir-sifəti qan içindədir. Hərbi geyimi bəzi yerlərdən cırılıb.
Levon. Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən asılıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağılsız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda gorbagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkinci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yunan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək verirlər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli yalın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bilməyəcəksiniz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?
Türk zabiti. Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son damla qanlarına qədər vuruşacaqlar.
Sərkis. Bəs sonra? Hamınız qırılandan sonra ağlınız başınıza gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Belə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qalanlar sizin orduya da, Baş komandanınıza da lənət yağdıracaqlar.
Türk zabiti. Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bizimlə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə alqış deyiblər!
Sərkis. Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıxdınız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.
Türk zabiti. Bizdə belə bir atalar sözü var: «Bir işin önünə baxma, sonuna bax». Geri çəkilmək hələ məğlubiyyət deyil.
Sərkis. Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əldən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çatmır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini yeyəsiniz. İndi yunanlar Haymana dağını da tutublar. Döyüşlərdə, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?
Levon (qəh-qəhə çəkərək). Sayı yox, hesabı yox. Min nəfərə yaxın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xəbərimiz yoxdur?
Türk zabiti. Təklifiniz nədir?
Sərkis. Bizə sizin baş komandanın ölüsü, ya da dirisi lazımdır (bir kisə çıxararaq göstərir). Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.
Türk zabiti. Sizin millətin qanında var bu satqınlıq, yaramazlıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Sizin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğrulub. Həmişə yediyiniz qaba tüpürmüsünüz.
Levon (əlini qaldırıb onu vurmaq istəyir, Sərkis qoymur. Mühafizəçiyə). Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorxma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.
Türk zabiti. Onda mən türk yox, erməni olardım. Məni öldürə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala müharibəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də udacağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıxmaq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, soxulmaq istəyən soxulcanların, ilanların biri də cəzasız qalmayacaq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!
Sərkis (sinirli). Gəl daşı tök ətəyindən, tərslik eləmə. (Levona) Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peşman olur.
Türk zabiti. Yanılırsan.
Sərkis. Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bıçağı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoşbəxti.
Türk zabiti. Xəyanətkar millətin verdiyi vəd də yalan olur.
Sərkis. Levon, eşitdin, o bizə inanmır. Elə isə mükafatını qabaqcadan veririk (ikinci kisəni də çıxarıb, hər iki kisəni onun ayaqları altına atır).
Türk zabiti (ayağı ilə kisələri vurub kənara atır). Hər dəfə ermənilərə rast gələndə onların nə qədər rəzil və murdar olduqlarına bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ keçirsələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bunlardan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çəkilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm (türk zabiti Levonun üstünə atılır, ayağı ilə də Sərkisi vurur).
Levonla Sərkis türk zabitini yerə yıxıb əzişdirirlər. Onun müqavimət göstərdiyini görüb bıçağı sinəsinə vururlar.
Türk zabiti (yerində qıvrılaraq). Məhv olsun düşmən! Yaşasın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq olsun! Yaşasın azad və müstəqil Türkiyə! (ölür).
Sərkis. Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəhbərlərinə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin dediklərində həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gəlib çıxan olar, atamızı yandırarlar (gedirlər).
Şəkil dəyişir. Təpə. Ətraf yaşıllığa qərq olub. Ağacların arxasından pulemyotların lülələri görünür. Bir neçə türk əsgəri əyləşib söhbət edir. Onların arasında Azərbaycandan gəlmiş könüllü Fərhad da var.
Uğur. Bu yunanlar yaman baş aparır ha! Qovuruq, fırlanıb yenə üstümüzə gəlirlər.
Özgün. Baş aparmaq üçün baş lazımdır. Başları olsaydı, gəlib buralara çıxmazdılar.
Fərhad. Sənin sözlərin yadıma bizim Molla Nəsrəddini saldı. Yaman baməzə kişi olub. Sizlərdə ona Xoca Nəsrəddin deyirlər. Bir dəfə Molla evinə gələndə görür ki, qonşular onun həyətinə yığışıblar. Birisi Mollaya deyir: «Arvadın yıxılıb ağlı başından çıxıb». Molla halını pozmur. Deyir: “Mən öz arvadımı hamıdan yaxşı tanıyıram. Onun ağlı heç əvvəldən yox idi. Görəsən başından çıxan nədir?!” İndi, ay uşaqlar, bu düşmənin başındakı ağıldır, yoxsa bizim Molla demişkən, nədir? Bilmirəm.
Əsgərlər gülürlər. Özgün siqaret çıxarıb yandırır.
Uğur. O gün Fevzi Çakmak paşa deyirdi ki, bu müharibə yunanlarla son müharibə olacaq. Onları Ağdənizə tökəcəyik!
Fərhad. Uğur, deyirsən yunanları yuyub sonra asacağıq ki, qurusunlar?! Necə fikirləşirsən, onları dənizə töksək, günahları yuyular?
Özgün. Fərhad, onların günahını heç nə yumaz. Nə su, nə güllə, nə də od!
Samət çiynində tüfəng gəlir.
Uğur. Gəl, Çərkəz Ədhəmin gül balası.
Samət. Uğur, yenə başladın? Allah Çərkəzin başına daş salsın. Başımızı piyləyib ağlımızı almışdı.
Özgün. Türk ozanları bilirsən sənin kimilər barəsində nə deyiblər? Qulaq as (tüfəngi götürüb saz kimi çalır):
Qaracaoğlan, gəz mərd ilə,
Ülfət qılma namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyar qaçar, demədimmi?
Uğur. Ay Samət, bəs bilmirdin ki, Çərkəz Ədhəm bərkə düşəndə, öz canının hayına qalacaq, sizi qoyub qaçacaq? Ay canım, adam qoşulanda da bir fərlisinə qoşular.
Samət. Xəcalətimdən az qalır yerə girim. Arvad-uşaq da üz döndərmişdi. Nə yaxşı ki, Mustafa Kamal paşa ilə İsmət paşa məni bağışladılar. Günahımı yumaq üçün fürsət verdilər. Daha ağlım başıma gəlib, narahat olmayın. Ancaq sizdən bir xahişim var: keçmişimi xatırladıb mənə əzab verməyin.
Özgün (Uğura). Eşitdin? Doğru deyir. Daha düşükləmə. Samət, əslində biz səni dolamaq üçün yox, döyüşqabağı kefimizi açmaq üçün zarafat edirik. Fərhad, başla. Molla nə deyir?
Fərhad. Mollanın evinə oğru gəlir.
Fevzi Çakmak paşa sakitcə gəlib qulaq asır.
Oğru otağın birindəki şeyləri yığışdırıb çölə çıxır. Molla da əyləşdiyi otaqdakı şeylərdən əlinə keçəni bir çamadana yığıb onun dalınca düşür. Gəlib çıxırlar oğrunun evinə. Oğru baxır ki, Molla onun yanında dayanıb. Ondan soruşur: «Sən mənim evimdə nə edirsən?» Molla cavabında deyir: «Bəs bura köçmürük?»
Əsgərlər gülürlər. Fevzi Çakmak paşanı da gülmək tutur. Fərhad onu görüb pərt olur.
Fevzi Çakmak paşa. Fərhad, oğlum, narahat olma. Hər şey qaydasındadır. Mən çox sevinirəm ki, döyüşqabağı deyib-gülürsünüz. Savaşa belə nikbin ruhla, üzügülər gedərlər. Onda qələbə də asan qazanılır. Molla Nəsrəddinin lətifəsi idi?
Fərhad. Bəli, paşam.
Fevzi Çakmak paşa. Ağız ədəbiyyatında türk xalqlarının ortaq nümunələri çoxdur. Atalar sözlərimiz, bayatılarımız, “Koroğlu”, “Dədə Qorqud” dastanlarımız…
Döyüş başlanır. Pulemyot, top səsləri. Əsgərlər silah başına keçirlər.
(əsgərlərə) İgidlər, uğurlar sizə!
Fərhad (atəş açır). Al gəldi… Düz sinəsindən vurdum. Aşdı.
Samət. Birini də mən vurdum.
Şəkil dəyişir. Fevzi Çakmak paşa qərargahda əyləşib. Yunan ordusundan əsir alınmış iki əsgər dayanıb gözləyir. Əli silahlı üç əsgər onlara nəzarət edir. Yorğunluqdan və bir də vaxtlı-vaxtında yemədiklərindən əsirlərin sifətlərinin əti çəkilib. Qorxudan gözlərinə qaranlıq və vahimə çöküb.
Fevzi Çakmak paşa (hündürboylu əsirə üzünü tutaraq). Buyur, görüm.
Əsir (çəkinə-çəkinə). Desəm, inanmayacaqsınız. Əslində biz əsgərlər bu müharibəyə öz xoşumuza qoşulmamışıq. Mən kəndli babayam. Başımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən külfətik… Yalvarıram, məni öldürüb anamı gözüyaşlı qoymayın.
Fevzi Çakmak paşa (sinirlənib ayağa qalxır, siqarını yandıraraq). Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yoxdur?
Əsir (başını aşağı salaraq gözlərinin yaşını axıdır). Mən əvvəldən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Müharibəyə gələnə qədər heç toyuq başı da kəsməmişəm. Adam öldürmək mənlik deyil. Gülləni də qorxa-qorxa atıram. İlk günlər atəş səsindən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yoxlayıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üstümüzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vuruşaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin arxasında Ankaradır. On altı gün ötdü. Ankara görünmədi… “Türklərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər”,- deyib bizi qorxudurdular…
Fevzi Çakmak paşa (o biri əsirə müraciətlə). Buyur, görüm, yəqin səni də zorla müharibəyə göndəriblər?! (əsirin dinmədiyini görüb). Sən könüllüyə oxşayırsan Yəqin öz xoşunla müharibəyə qatılmısan?!.
Əsir dillənmir. Bayırda canlanma. Mühafizəçinin səsi eşidilir: «Farağat!» Fevzi Çakmak paşa qalxıb çölə çıxır. Atatürk görünür.
Atatürk (komanda verir). «Azad!» (görüşürlər).
Fevzi Çakmak paşa. Paşa həzrətləri, xoş gördük!
Atatürk. Gün aydın! Nə var, nə yox?
Fevzi Çakmak paşa. Əsirləri dindirirdim.
Atatürk. Gedək, sorğu-sualı davam etdir.
Atatürk və Fevzi Çakmak paşa qərargaha daxil olurlar.
Fevzi Çakmak paşa (sualını təkrar edərək). Sən də məcburən müharibəyə gətirilibsən?
Atatürk (əsirin susduğunu görərək). Hara vətəndaşısan?
Əsir (başını qaldırmadan). Türkiyə.
Atatürk. Harada doğulmusan, müharibəyədək harada yaşamısan?
Əsir. İstanbulda.
Atatürk. Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı olmayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bilirsən səni necə bir aqibət gözləyir?! (xəyanətkara nifrətlə baxaraq). Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nankorluq edir, xəyanətkar mövqe tutursunuz? (əsirin susduğunu görərək). 1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaqların başlarını kəsirdilər. Siz rumlular da sevinc içərisində onların qabağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…
Fevzi Çakmak paşa. Yadına düşmür? Yəqin İzmirin işğalı zamanı rumluların yunan ordusunu sevinclə, coşqun hərarətlə qarşıladığının, döyüşçüləri qucaqlayıb öpdüklərinin sən də şahidi olmusan. Yəqin sən özün də o birilərə qoşulub işğalçılara gül-çiçək dəstəsi gətiribsən.
Atatürk. İzmir mitropoliti Xristostomas çağrılmamış qonaqlara, işğalçılara xeyir-dua verirdi.
Fevzi Çakmak paşa. Rumlular yunan taburunun qarşısına çıxaraq: Zito Venizelos! Zita yunan əsgərləri! – deyə qışqırırdılar.
Atatürk. Yunanlar türklərə divan tutmağa başlayanda yerli rumlular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, evlərini yandırır, talançılıq edirdilər. Bunların heç biri yadına düşmür? İnanmaq olmur.
Əsir. Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin deyil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin günahıdır.
Atatürk. Öz səhvini başa düşdüyün üçün, yoxsa canını qurtarmaq üçün belə deyirsən? Bunu bilmədik. Amma həqiqəti söylədin.
Fevzi Çakmak paşa. Əsirləri aparın.
Atatürk Fevzi Çakmak paşanın qulağına nə isə pıçıldayır. Fevzi Çakmak paşa əli ilə işarə verir. Türk əsgərləri dayanırlar.
(əsgərlərə). Rumlu əsiri aparın, o biri isə qalsın.
Atatürk (əsirə). Mən belə başa düşdüm ki, sən siyasi oyunların qurbanısan, istəmədiyin halda müharibəyə qatılmısan.
Əsir (sevincək). Doğru buyurursunuz, qurbanın olum.
Atatürk. De, görüm, yunan ordusunun durumu necədir?
Əsir. Onların gücü tükənməkdədir. Ciddi ərzaq qıtlığı ilə üzləşiblər. Bir tərəfdən bu, digər tərəfdən fasiləsiz döyüşlər əsgərləri yorub əldən salıb. Daha pisi, mərmi ehtiyatı azalıb. İtkiləri elə çoxdur ki, yüz əlli nəfər əsgərdən təşkil olunmuş bölüyün hər birində indi vur-tut 25-30 döyüşçü qalıb. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək barədə söz-söhbət gəzir.
Atatürk (ayağa qalxaraq). Bunu buraxın, çıxıb evinə-eşiyinə getsin.
Əsirin gözlərinə işıq gəlir. Atatürkün ayaqlarına düşüb çəkmələrini öpür. Əsiri aparırlar. Fevzi Çakmak paşa Atatürkü ötürür. Üz-gözlərindən yorğunluq tökülən sanitarlar yaralanmış əsgərləri güllə altından çıxarıb kimisini xərəkdə, kimisinin qoluna girərək dalda yerə aparırlar.
(Fevzi Çakmak paşaya). İndi müharibə bir dönüş nöqtəsinə gəlib çıxıb. Tərəflər geri çəkilmək üzrədirlər. Türklər daha qətiyyətli və dözümlü çıxdılar. Biz müdafiə xətlərində açılan gədikləri qapamaq üçün əlavə qüvvələrdən istifadə etdik. İndi əks-hücuma keçə bilərik. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdakı savaş heç də asan olmayacaq. Sol cinahda yunan qüvvələrinin qarşısı alınıb. Ankaranı gözləyən təhlükə sovuşub. Lakin hələlik bu azdır. Düşmən Orta Anadoludan da qovulmalıdır. Fevzi Çakmak paşa, bütün komandirlərə çatdırın: əks həmlə zamanı əsas diqqət sağ və orta cinahlara yönələcək!
Fevzi Çakmak paşa. Yunanlar geriləmək fikrində deyillər. Əksinə, Sakarya çayının qərbində səngər qazırlar.
Atatürk. Ona görə əmr edirəm: Solumuzdakı ən yüksək təpəyə – Dua Təpəyə hücum! (gedirlər).
Levon və Sərkis gəlirlər.
Levon. Ara, bu Türkiyənin padşahı lap keyquludur. Bütün torpağı əcnəbilərə pay-bölüş edib… İndi dəbdə Mustafa Kamaldır. İşlərimiz yalnız onda düzələcək ki, o, ortadan götürülsün. Türk zabitini dilə tuta bilmədik. Zalım oğlu ölümünə razı oldu, ancaq dediyindən dönmədi. Belə yerdə türklər özləri deyiblər: «Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda». Hə, aşna, əlac özümüzə qaldı. Mustafa Kamalı öldürsək, tarixə düşərik.
Sərkis. Nə danışdığını bilirsən. Mən də istərəm ki, o öldürülsün. Onun axırına öz əllərimlə çıxardım. Amma Mustafa Kamalı öldürmək mümkün olan şey deyil. Əvvəla, türk milləti, türk xalqı onu çox sevir, ona inanır, onun ardınca ölümə belə desən gedir. Həm də bu adam tilsimlidir. Padşah onun ölümünə fərman vermişdi, bacarmadı. Neçə dəfə sui-qəsd təşkil olundu, alınmadı. Vəziyyətdən çıxmağı bacarır. Zalım oğluna güllə də batmır. Lap möcüzədir. Yəqin xəbərin var.
Levon. Var.
Sərkis. 1915-ci il Conkbayır döyüşlərində ingilis snayperi onun ürəyinin başını nişan alıbmış. Əlləri titrəmədən tətiyi də çəkib. Atəş açılıb, ancaq Mustafa Kamal sağ qalıb. Musurmanlar belə qəribə hadisələr baş verəndə deyirlər: “Anası namaz üstündə imiş” Yəqin eşidibsən niyə ölməyib. Cib saatını döş cibinə qoyubmuş. Vallah möcüzədir. Elə bil əvvəldən ürəyinə damıbmış. Həmin saat onu ölümün pəncəsindən qurtarıb. Güllə saata dəyib yerə düşüb.
Levon. Bu müharibədə türklər məğlub olsa, bizim işlərimiz düzələcək, qalib gəlsələr – bütün ümidlərimiz puça çıxacaq. Bu Mustafa Kamal olmasaydı, Türkiyə çoxdan batmışdı.
Sərkiz. Bilməmiş olmazsan. Çoxdandır Türkiyə torpaqlarında ingilislərin də gözü var. Fəqət nə qədər müharibə aparsalar da, istəklərinə çata bilməyiblər. Çanaqqala, Arıburnu, Anfartalar, Conkbayır döyüşlərində Mustafa Kamal ingilislərə aman verməyib. Onlar İstanbulu tutmuşdular. Oradan da çıxarıldılar. Londonda parlament üzvləri bir yerə toplaşıb tələb ediblər ki, Böyük Britaniyanın baş naziri gəlib bizə anlatsın ki, bu nə məsələdir? Bu qədər xərc niyə havaya sovrulub, heç bir qələbə qazanılmayıb? Baş nazir, bilirsən, nə deyib?
Levon. Sən də özünü çox bilən göstərmə. Mən bilirəm nə deyib. Deyib: Cənablar, burada mənim təqsirim yoxdur. Dünyada tarixi şəxsiyyətlər yüz ildə bir dəfə doğulur. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Mustafa Kamal paşa meydana çıxıb. Günah məndə yox, onda, onun qabiliyyətində, gücündədir.
Sərkiz. Mustafa Kamalı məhv etmək üçün onun ətrafındakı adamları, ona sadiq şəxsləri bir-bir dənləmək lazımdır.
Levon. Birincisi Fevzi Çakmak paşadan, sonra İsmət paşadan başlamaq lazımdır. Yunanları İnönüdə darmadağın etdilər. Mustafa Kamal bu döyüşü uğurla başa çatdırdığına görə İsmət paşaya İnönü ləqəbi verib.
Sərkiz. Mustafa Kamal at belində döyüşün ən təhlükəli yerlərini gəzir. İmkan olsa onu, olmasa ya Fevzi paşanı, ya da İsmət paşanı aradan götürməli, bu xalqa dağ çəkməliyik. Gəlsənə paltarımızı dəyişib türklərin içərilərinə girək. Müharibədir, it yiyəsini tanımır.
Levon. Paltarlarımızı dəyişdik, bəs burnumuzla nə edək? Əyri badımcan kimi adamın gözünə girir. O saat biləcəklər ki, erməniyik.
Sərkiz. Düz deyirsən. Onların arasında olsaq, sui-qəsd həyata keçən kimi bizi parça-parça edərlər. Yaxşısı budur, daşın, ağacın arxasında gizlənib məqam gözləyək.
Gedirlər. İsmət paşa və onbaşı Xalidə Edib Adıvar gəlirlər.
İsmət paşa. Neçə gündür Mustafa Kamal paşa dinclik nədir bilmir. Yenə döyüş meydanındadır. Atla təhlükəli yerləri gəzir. Rəsmi fəaliyyətimdə olduğu kimi, şəxsi həyatımda da Mustafa Kamal paşa mənim vəlinemətimdir. Bütün hadisələrdə uğurlara yiyələnməyimdə onun çox böyük zəhməti olub. O özündən daha çox mənim uğur qazanmağıma çalışıb… Biz hamılıqla onu qorumalı, sağlamlığı qayğısına qalmalıyıq.
Levon və Sərkiz xəlvəti gəlib gizlənirlər.
Xalidə Edib Adıvar. Paşa həzrətləri mənim xətrimi istəyir. Odur ki, sözlərimdən incimir. Hərdən onunla ərklə danışıram. Hər dəfə ona deyirəm ki, özünə fikir versin. Qulaq asmır. Yorğunluqdan və yuxusuzluqdan gözlərinin ətrafını tünd mavi dairələr bürüyüb. Gözünün acısını çox vaxt əyləşdiyi kresloda alır. Bu da olur onun yuxusu, istirahəti. Müharibələr də bitib-tükənmək bilmir. Deyəsən paşa həzrətləri gəldi. Mən gedim (çıxır).
Türk zabiti İsmət paşaya yaxınlaşır.
Zabit. Baş komandan sizi soruşurdu.
İsmət paşa. Qərargahdan bəzi sənədləri götürüm, gedək.
İsmət paşa qərargaha daxil olur, zabit gözləyir.
(çıxır). Gedək.
Levon (astaca Sərkisə). Hərəmiz birinə atəş açaq. Hədəfə təkcə İsmət paşa alınsa, yanındakı zabit bizi vura bilər.
Levon İsmət paşanı, Sərkis zabiti nişan alır. Atəş açılır. Levonun gülləsi açılmır. Türk zabiti yıxılır. İsmət paşa cəld yerə yatır, tapançasını çıxarır və Sərkisi vurur.
Levon qaçır. Milli ordunun bir neçə əsgəri qaçaraq gəlir. Yaralı zabitin qoluna girərək qaldırıb aparırlar.
Atatürk (gəlir, yerdə sərələ qalmış Sərkisə baxaraq). Burada nə hadisə baş verib?
Əsgər. Dığalar İsmət paşaya güllə atıblar..
Atatürk (İsmət paşaya). Yaralandın?
İsmət paşa. Xeyr, əfəndim. Xoşbəxtlikdən güllə açılmadı. Amma bir zabitimiz yaralanıb.
Atatürk (ətrafına baxaraq). Yarası ağır idi?
İsmət paşa. Məncə, yüngül yaralanıb.
Atatürk (yaxınlaşaraq Sərkisə baxır). Atəş açan budur? Ermənidir…
İsmət paşa. Elədir, paşam.
Atatürk. Ehtiyatlı olmaq lazımdır. Bu ermənilər bizimkilərə xətər toxundurmaq üçün həmişə fürsət axtarırlar. Tələt paşanı da, Ənvər paşanı da, Camal paşanı da öz qanlarına qəltan edən də bunlar oldu.
İsmət paşa. Doğru buyurursunuz, paşam. İki nəfər idi. O biri qaça bildi (əsgərlərə). Bu yaramazı buradan rədd edin.
Sərkisi xərəyə qoyub aparırlar. İsmət paşa da gedir. Onbaşı Xalidə Edib Adıvar gəlir.
Atatürk (Xalidə Edibə). Xoş gördük, xanım əfəndi!
Xalidə Edib. Xoş gününüz olsun, paşam.
Atatürk. Xalidə xanım, işlər necədir?
Xalidə Edib. Şükür allaha, pis deyil. Hamı qələbə gününü gözləyir. O isə uzaqda deyil.
Atatürk (uzaqlara baxaraq, Xalidə Edibə). O təpələri görürsünüz?! Ora Qaradağdır Bir baxın, yunanlar geri çəkilirlər.
Atışma. Yaralılar, çiyni tüfəngli əsgərlər gəlib səhnədən keçirlər. Atatürk və Xalidə Edib söhbəti kəsib onlara baxırlar.
Xalidə Edib. Paşa həzrətləri, əməliyyat uğurlu gedir. Bu məni çox sevindirir.
Atatürk. Planımız baş tutdu, xanım əfəndi. Qaradağ az sonra geri qaytarılacaq. Amma itkilərimiz çox oldu. Bax, bu məni ağrıdır. Tümənlərimizin birində əsgərlərin tən yarısı həlak olub.
Xalidə Edib. Döyüş itkisiz ötüşmür, əfəndim. Əsas məsələ odur ki, düşmənə yaxşı dərs verdik.
Azər və Bayjan Levonu gətirirlər. Levon yunan zabiti formasında, əli-qolu bağlanmış və son dərəcə pərişan.
(tanıyaraq). Nəmnişanından İsmət paşaya atəş açıb qaçan dığaya oxşayır.
Atatürk. Azər, oğlum, onu necə ələ keçirdiniz?
Azər. Döyüş ara vermişdi. Səngərə yatıb dincimizi alırdıq. Xəbər gəldi ki, bir nəfər yerə yata-yata ağaclığa sarı gedir. Ehtiyatla başımı qaldırıb baxdım. Gördüm həmin bu yaramazdır. Yoldaşlarıma dedim ki, istəyirəm onun ardınca gedim. Baycan tək yola çıxmağıma razı olmadı. Birlikdə bu dığanın ardınca düşdük. Öldürə bilərdik, fikirləşdik ki, əsir götürək. Demə, döyüş meydanından aralanmaqda məqsədi varmış (gülmək tutur). Cənab Baş komandan, gərək bağışlayasınız. Özünü ağaclığa təzəcə vermişdi ki, başının üstünü aldıq. Ələ keçdiyini görüb sarısını uddu. Qorxusundan ağaclığa nə üçün çəkildiyi də yadından çıxdı. Dərhal tərk-silah etdik.
Baycan. Yolda bizə yalvarıb-yaxarırdı ki, onu buraxaq. Hərəmizə bir kisə qızıl boyun oldu. Qızılları aldıq, özünü isə bura gətirdik. İsmət paşaya atəş açan ermənidir. Bu da qızıllar… (kisələri uzadır).
Xalidə Edib (qızılları alaraq). Ordunun ehtiyaclarına sərf olunar.
Azər. Bu ermənilər harada olsalar, ziyankarlıqla, qan tökməklə, xəyanətlə məşğul olurlar. Dəstxətt hər yerdə eynidir.
Baycan. Ötən əsrin əvvəllərində Cavad xan Gəncədə rus qoşunu ilə döyüşəndə şəhərin erməni sakinləri rus generalı Sisyanova bələdçilik edirdilər.
Azər. Bunlar 1905-ci ildə, 1915-ci ildə, 1918-ci ilin martında Bakıda, başqa bölgələrimizdə saysız-hesabsız qırğınlar törədib, azərbaycanlı türklərini qətlə yetiriblər. Türklərə qarşı nankorluq və xəyanət etdiyinə görə qulağı kəsilən Andronik, bir Allah bilir, Qarabağda saysız-hesabsız dinc əhalini qılıncdan keçirdi.
Baycan. Yaxşı ki, türk ordusu köməyimizə gəldi. Qafqaz İslam ordusu, Nuru paşa ilə Kazım Qarabəkr paşa imdadımıza çatmasaydı, ermənilər Azərbaycanda daşı daş üstə qoymazdılar.
Atatürk. Biz – türklər və azərbaycanlılar qardaş millətik. Birbirimizə arxa, dayaq durmalıyıq. O zamanlar Azərbaycana kömək əlimizi uzatdıq, Azərbaycan Demokratik Cümhuriyyəti də dar günümüzdə bizə dəstək durdu. İndi budur, siz azərbaycanlılar burada – Anadoluda bizim yanımızdasınız, bizimlə çiyin-çiyinə düşmənlərimizə qarşı vuruşursunuz. İgidlər, bu köməyə görə sağ olun! Mən sizdən çox razıyam. Neçə-neçə Anadolu türkü Azərbaycanda, azərbaycanlı türkləri Anadoluda şəhid olub. Onların ruhu şad olsun!
Xalidə Edib. Azərbaycan rusların, ermənilərin caynağından xilas olub öz dövlətini qurdu. Fəqət qoymadılar ki, bu dövlət yaşasın. Ruslar gəlib yenidən işğal etdilər.
Atatürk. Xalidə xanım, sabah nə olacağını heç kim qabaqcadan söyləyə bilməz. Sovetlər birliyi də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində möhkəm tutduğu müttəfiqlər ovuclarından qaça bilər, o zaman Türkiyə nə edəcəyini bilməlidir!
Fevzi Çakmak paşa və İsmət paşa gəlirlər.
Fevzi Çakmak paşa. Güclü top atəşindən, təyyarəçilərimizin bombardmanından düşmən özünü itirib, pərən-pərən düşüb. Türklər irəliləyirlər. Qaradağ geri alınıb.
Atatürk. Baş qərargahı azad olunmuş yerə köçürün!
İsmət paşa. Oldu, cənab Baş komandan! (gedir).
Azər. Paşa həzrətləri, əfv edin. Biz gedək (gedirlər).
Fevzi Çakmak paşa. Düşmən hələ Türkiyə ərazisini tərk etməyib. Yunanlar geriləyir. Görəsən, bu, ümumi geriləmədir, yoxsa düşmən haradasa mövqe tutub yenə döyüşə girəcək?
Atatürk (əli ilə göstərərək). Türk süvari kolordusu Sakarya çayının o biri sahilinə adlayıb yunanların nicat yollarını kəssin!
İsmət paşa. Aldığım məlumata görə, türk partizanları dağlardan enib düşmənin arxasına keçiblər. Onlar qəfil həmlələr edir, nəqliyyat yollarını, dəmir yol stansiyalarını tutur, relsləri sökürlər. Bununla yunan qüvvələrinin rahatca geri çəkilməsini çətinləşdirir, onlara itkiləri verirlər.
Atatürk. Düşmənin müqaviməti qırılıb. İndi onlar öz başlarının hayındadırlar. Afinadan ümumi geriçəkilmə əmri verilib. Yunanlar məğlubiyyətə uğrayıb qaçırlar.
Fevzi Çakmak paşa. Lakin ağıla gəlmək, tutduqları əməllərdən peşman olmaq, xəcalət çəkmək əvəzinə ötüb keçdikləri yerləri viran qoyurlar. Bununla həm bizimkilərdən qisas alır, həm də qəzəblərini söndürməyə çalışırlar. Necə edək? Yorulub əldən düşmüş türk ordusu indi onları təqib edəcək halda deyil.
Atatürk. Sivrihisap üzərinə bir süvari həmləsi yapsanız kifayətdir.
Əsgər və zabitlər gəlirlər. Səhnəyə türk bayrağı gətirilir (onlara müraciətlə). Türk xalqının mərd oğul və qızları! Ananızın südü, doğma vətənin çörəyi Sizə halal olsun! Zəfər münasibətilə Sizi təbrik edirəm!
Əsgər və zabitlər. Baş komandana eşq olsun!
Alqışlar qopur. İstiqlal marşı səslənir:
Qorxma, sönməz bu şəfəqlərdə süzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O bənim millətimin yıldızıdır, parlayacaq.
O bənimdir, o bənim millətimindir ancaq!
Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal,
Qəhrəman irqimə bir gül, nə bu şiddət, bu cəlal?
Sana olmaz dökülən qanlarımız sonra həlal…
Haqqıdır, haqqa tapan millətimin istiqlal!
Səhnə qaranlıqlaşır. Şəkil dəyişir. Döyüş meydanı.
Yerdə bir neçə yaralı və cəsəd var. Atatürk döyüş meydanını gəzir.
Atatürk. Milli ordumuz düşmənə layiqli dərs verdi. Mən qələbəyə inanırdım. Zabitlərimiz də, əsgərlərimiz də özlərinə arxayın idilər, bilirdilər ki zəfər onlarındır. Yaralıları xəstəxanalarda yerləşdirin. Onların müalicəsi üçün əllərindən gələni əsirgəməsinlər. Xəstəxanalar dava-dərmanla və ərzaqla təmin edilsin. Həlak olanlar qəhrəmanlara layiq şan-şöhrətlə dəfn edilsinlər. Qələbə məndə xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürəm (birdən ayaq saxlayaraq fikrə gedir). Bu qəhrəman sağdırmı?
Şəfqət bacısı. Xeyr, əfəndim, həlak olub.
Atatürk. Onun sifəti mənə tanış gəlir. Fəqət, yadıma sala bilmirəm. Əlində kağız var. Yəqin məktubdur. Xahiş edirəm, açıb oxuyun. Bəlkə məktubdan bir şey öyrənə bildik.
Zabit (məktubu götürüb oxuyur). “Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım, bir də mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim...”
Atatürk (acı təəssüflə). Zavallı…
Zabit (məktubu oxumaqda davam edir). “Xalamın xahişi ilə onlarda gecələməli oldum. Səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə kəsdim ki, məni oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1¬+1+2¬…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm,¬ qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…”
Atatürk (aşağı əyilib bir daha diqqətlə cəsədə baxır). Bu ki Aydandır (kövrələrək). Təəssüf, çox təəssüf. Çox qeyrətli, vətənpərvər və igid qız idi. Qanlı müharibə bu məsum, bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının həyatını aldı. Onu qoruya bilmədik. Aparın, Aydan qızımızı dəfn edin.
Aydanı xərəyə qoyub aparırlar. Fevzi Çakmak paşa, İsmət paşa və Salih Bozok gəlirlər.
Salih Bozok. Sakarya meydan müharibəsi başa çatdı. Yunan kralı Konstantinin gecəsi-gündüzü yox idi. Müharibənin başlanğıcında kefi kök idi. Türklərə tutulacaq divandan, ölkəsinin qüdrətindən, ordusunun gücündən və yenilməzliyindən dəm vurur, cəbhədən gələn xoş xəbərlərin eşqilə badə qaldırırdı. Tezliklə krallığının ərazisini genişləndirəcəyini düşünən Konstantin taxtına dirsəklənərək saatlarla incə belli yunan qızlarının şəhvət oyadan rəqslərinə tamaşa edirdi.
Fevzi Çakmak paşa. Salih bəy, siz bilən, rəqqasə qızlar onda bir maraq və ehtiras yaradırdımı? Əsla. O, sadəcə onların rəqslərinə baxmaqla vaxtını öldürür, başını qatırdı. Onun bütün vücudunu cavan və gözəl, yarıçılpaq qızlara ehtirasdan daha güclü bir ehtiras və hərislik bürümüşdü: türk torpaqlarına yiyələnmək, ələ keçirdiyi yerlərdə türkləri qul, kölə vəziyyətinə salmaq!
Salih Bozok. Xəyalındakılar yuxuda da ona dinclik vermirdi. Bir gün yuxusunun çin olacağını düşünür, zəfər gününü səbirsizliklə gözləyirdi.
İsmət paşa. Konstantin orduya “Ankaraya!” əmrini verib cəbhəyə yola salanda ingilis rabitə zabitlərini qələbə münasibətilə Ankarada açılacaq böyük zəfər süfrəsinə dəvət etmişdi. Kral Konstantin asan bir işə qol qoyduğunu düşünürdü. Fəqət zənni onu aldatdı.
Fevzi Çakmak paşa. İndi o öz taxtında qanıqara və yorğun əyləşərək böyük itkilər verib, beli qırılmış ordusunun biabırcasına geri qayıtmasını gözləyir.
Atatürk. Ankarada zəfər münasibətilə böyük ziyafət təşkil edin. Fəqət süfrənin başında yunanlar deyil, bu torpağın sahibləri – türklər özləri əyləşəcəklər!!!
Pərdə
Dördüncü şəkil
Ağşəhr. Səhnədə əllərində kitab hərbi geyimli bir oğlan və bir qız görünür.
Oğlan. 1922-ci ilin ortaları idi. Düşmən ordusu Sakarya Meydan müharibəsində məğlub olsa da, çəkilib getməmişdi. Bəzi ərazilər hələ onların nəzarəti altında qalırdı. Yeni bir qanlı müharibənin planı hazırlanırdı. Afyon-Əskişəhr istiqamətinə kimi geriləyib burada müdafiə xətti qururdu. Düşmən strateji əhəmiyyəti yerləri məftil çəpərlərlə dövrəyə alıb möhkəmləndirirdi.
Qız. Yunanlar çox yaxşı anlayırdılar ki, hazırkı vaxtda türk ordusu hücuma keçmək iqtidarında deyil. Yunanların da, ingilislərin də gümanı belə idi ki, türk ordusu sülh bağlamaq məcburiyyətində qalacaq. Nəticədə əlverişli məqam yetişəcək, yunanlar öz ağır şərtlərini irəli sürəcəklər.
Oğlan. Ağıllı, qəti, cəsarətli və çevik tədbirləri ilə həmişə əks tərəfi mat və heyrətdə qoyan marşal Mustafa Kamal paşanın fikri isə başqa idi. Düşmənin nə düşündüyünü o, yaxşı bilirdi. Odur ki, Böyük Türk hücumunun taktikasını seçmiş, lakin bunu hələ ən yaxın silahdaşlarına, komandanlara belə açıqlamamışdı.
Qız. Yunan ordusunun hərbi potensialını diqqətdən qaçırmaq olmazdı. Mustafa Kamal paşa yaxşı bilirdi ki, yarımçıq hazırlıqla, öz imkanlarını ölçüb-biçmədən hücuma başlamaq olmaz (Ge¬dirlər).
Səhnədə Çərkəz Ədhəm və qardaşları – Tofiq və Rəşid görünürlər. Onların paltarları səliqəsiz, özləri də qanıqaradırlar.
Tofiq. Bu da axırı…
Çərkəz Ədhəm. Bu nə danışıqdır, Tofiq?
Tofiq. İndi nə edək, qardaş? Dəstəmiz tamam dağıldı. Bu - cəhənnəmə. İndi bu torpaqda da qala bilmərik. Ya öz ayağımızla gedib təslim olmalıyıq, ya da papağımızı götürüb harasa qaçmalıyıq.
Rəşid. Ya da gülləni başımıza çaxmalıyıq.
Çərkəz Ədhəm. Nə gic-gic danışırsınız? Sizdə heç qeyrət yoxmuş, ürək yoxmuş. Arvad kimi nə deyinirsiniz? Dəstəmizdə olan əsgərlərin burunlarından gəlsin. Yeyib-içdikləri, qazandıqları haramları olsun! Yağlı yeyib enlənirdilər. Dərviş paşanın qabağında duruş gətirə bilmədilər. Bir hissəsi qaçıb aradan çıxdı, bir hissəsi də təslim oldu.
Rəşid. Çərkəz, qardaşım, gərək əvvəldən deyilənlərə qulaq asaydıq. Tərslik etdik. Ya gedib milli orduya qoşulaydıq, ya da silahımızı yerə qoyub, evimizdə-eşiyimizdə oturaydıq.
Çərkəz Ədhəm. Başından böyük qələt eləmə. Mustafa Kamal məni, mənim gücümü qiymətləndirmədi. Gedib onlara qul-beçə olacaqdım?!
Rəşid. Qul-beçə niyə? Bir tabur, ya da bir tümən tapşırardılar…
Çərkəz Ədhəm (acı istehza ilə). Tabur, tümən… Doğrudanmı, mənim imkanlarımı belə az qiymətləndirirsən? Heç gözləməzdim… Kəsəsi… Rəşid, Tofiq, siz mənimləsiniz, ya mənimlə deyilsiniz? Yadınızda saxlayın, ələ keçsəniz, başınızı sığallamayacaqlar.
Tofiq. Əlbəttə, səninləyik.
Rəşid (tərəddüdlə). Əlacımız nədir ki?!
Çərkəz Ədhəm. Burada çox ləngiyə bilmərik. Yunan tərəfinə keçməliyik. Yolçu yolda gərək. Gedək (gedirlər).
Rəşid ayaqlarını sürüyür.
Şəkil dəyişir. Atatürk kabinetində siqarını tüstülədərək başını əlləri arasına alaraq əyləşib. Arada qalxıb xəritəyə baxır, sonra oturub nə isə yazır.
Salih Bozok. Paşa həzrətləri, minbaşı Dərviş paşa təşrif gətirib. On birinci tümənin komandiri.
Atatürk. Buyursun Dərviş paşa (sonra nə isə fikirləşib). Yox, bir dayan. Makedoniyadan başlamış Balkan və birinci dünya savaşlarından torpaqlarımızın qorunması uğrunda qanını axıda-axıda gələn Dərviş paşa hörmətə və məhəbbətə layiq insandır. Qurtuluş savaşında o ön cərgələrimizdə olub. Belə şəxsləri gözləməyə məcbur etmək olmaz (ayağa qalxıb Dərviş paşanın qarşısına çıxır).
Səmimi görüşürlər.
Dərviş paşa. Paşa həzrətləri, məlumat verirəm: göstərişinizi yerinə yetirib Çərkəz Ədhəmin silahlı dəstəsini zərərsizləşdirdik. Sağ qalanlar həbs olunublar. Çərkəz Ədhəmlə qardaşı Tofiq aradan çıxa bildilər. Görünür, düşmən tərəfə qaçıblar. Rəşid isə bizə pənah gətirib.
Atatürk. Dərviş paşa, sənin fədakarlığından olduqca məmnunam və sənə minnətdarlığımı bildirirəm. Mənim salamlarımı və təşəkkürlərimi tümənindəki əsgərlərə və zabitlərə yetir.
Dərviş paşa çıxır. Atatürk yazı masasının arxasına keçir. Komandirlər gəlirlər. Səmimi görüşürlər. Onlara yer göstərir.
Atatürk. Biz müdafiə mövqeyində dayanıb gözləyə bilmərik. Bu, düşmənə özünəgəlmə, dincəlmə, əlavə qüvvə qazanma, yeni strategiya tapma imkanı verər. Gözləmə mövqeyi tutsaq, düşmən elə vəziyyətdə başımızın üstünü alar ki, öz halımıza qalarıq. Kiçik bir səhv qanlı fəlakət gətirə bilər. Biz düşmənin ağlına gəlməyən taktika yeritməliyik. Orduda müəyyən hazırlıq işləri görülüb.
Fevzi Çakmak paşa. «Milli vergi» barədə verdiyiniz 10 əmr öz təsirini göstərib. Əhali orduya hərbi sursat, silah, yemək və pal-paltar gətirir.
Atatürk. Yadınızda varsa, mən hələ cəbhəyə gəlməmişdən əhaliyə müraciətlə xahiş etmişdim ki, imkan daxilində orduya kömək göstərsinlər. Sonra onları əmin etmişdim ki, yunan ordusunu ana yurdumuzun müqəddəs ocağında boğaraq vətəni azadlığa və istiqlaliyyətə qovuşduracağıq.
Rüfət paşa. Əlbəttə, yadımızdadır.
Fəxrəddin Altay paşa. Paşa həzrətləri, qeyd etdiyiniz əmr köməyimizə çox çatıb. Vaxtında və düzgün verilmiş əmrdir.
İsmət paşa. Həmin əmrdən sonra xalqın orduya köməyi çox olub.
Atatürk. Mən yunan ordusu üzərinə hücuma keçmək əmrini vermək istəyirəm. Lakin, əfəndilər, Böyük Türk hücumu əmri hələlik gizli qalmalıdır. Bunu yalnız buraya toplaşan komandanlar bilməlidirlər. Birdən yunanlar xəbər tutarlar.
Yaqub Şövqi paşa. Əfəndilər, hücum planı çox ağıllı düşünülüb. Lakin son dərəcə sürətli və təhlükəlidir. Odur ki, hər birimiz çox sayıq və çevik hərəkət etməli, əməliyyatları zərgər dəqiqliyi ilə yerinə yetirməliyik.
Fevzi Çakmak paşa (fikirli-fikirli). Paşam, Böyük hücum planını mən də bəyənir və təqdir edirəm. Yaqub paşa demişkən, yaxşı plandır, həm də olduqca risklidir. Amma gəlin soyuq başla düşünək: ordumuz bir nəfər kimi dəmiryolunun cənubundadır. Bəs başqa cəbhələrdə vəziyyət necədir? Biz onları unutmuş, oralarda, demək olar ki, qüvvə saxlamamışıq…
Nurəddin paşa. Fevzi Çakmak paşa çox önəmli bir məsələni yada saldı. Cəbhənin əsas mərkəzi olan rayonun arxa hissəsi göllərlə əhatə edilib. Birdən biz deyən olmasa, Allah eləməsin ciddi çətinliklərlə üzləşsək, yaxud bizə uğursuzluq üz versə, onda necə olsun? Bizim I ordu çıxılmaz vəziyyətə düşə bilər.
Atatürk. Sizin təklifiniz nəzərə alınsın. Başqa təklif varmı?
Komandanlar. Yoxdur.
Atatürk. Yaranacaq təhlükəli anları da nəzərə almaqla, zəif mövqeləri canlı qüvvə və hərbi texnika ilə təmin etmək şərtilə Böyük Türk hücumunun planı qəbul edilir. Əfəndilər, sizə hücuma hazırlıq əmri verirəm! Bu gün mən Ağşəhərdən Karahisara yola düşürəm. Sizə qələbə arzu edirəm, əfəndilər.
Gedirlər. Şəkil dəyişir. Karahisar. Atatürk marşal formasında görünür. Zabit və əsgərlər gəlib onunla görüşür, təbrik edirlər.
Zabit. Böyük Millət Məclisinin qərarı hamımızın ürəyindən oldu, paşa həzrətləri. Marşal rütbəsi almağınız münasibətilə Sizi təbrik edirik!
Atatürk. Çox sağ olun. Hamınıza uğurlar diləyirəm (qərargahın binasına daxil olur).
Gənc qız (əsgər libasında gəlir). Paşam, əhf edin, olarmı?
Atatürk geri dönüb baxır. Qızı tanıya bilmir. Onun sifəti Baş komandana tanış gəldiyindən fikrə gedir. (gülümsəyərək). Cənab Baş komandan, deyəsən, tanımadınız?
Atatürk (öz-özünə). Bu qız kim ola? Sifəti tanış gəlirdi. Səsi də tanışdır.
Gənc qız (Atatürkü çox da intizarda saxlamadan). Aydanam, paşa həzrətləri. Poladlıdan.
Atatürk (heyrət içərisində). Aydan, qızım, mən səni ölmüş bilir və buna görə çox təəssüflənirdim.
Aydan. Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düşmənlə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…
Atatürk (irəli yeriyib sevinc içərisində qızı bağrına basır). Bu gün nə gözəl gündür, qızım! Nə yaxşı sənə xətər toxunmayıb.
Bu zaman Lətifə xanım içəri girir. O, Atatürkü Aydanı bağrına basan vəziyyətdə görüb bir anlığa yerində donur.
Atatürk. Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
Aydan. Heç məni demirsiniz, böyük insan!
Atatürk. Bir danış görüm…
Nə Atatürk, nə də Aydan Lətifə xanımı görmürlər. O, pərt halda çıxır.
Aydan. Siz məni ölmüş biləndə göstəriş vermisiniz ki, aparıb təntənə ilə dəfn etsinlər. Siz gedəndən sonra əsgərlər məni xərəkdə aparanda sanitar qız duyuq düşüb. Çantasından bir güzgü çıxarıb nəfəsimə tutub. Güzgünün tərlədiyini görüb qəddini düzəldib: “Təəccüblüdür, qızın nəfəsi gəlir”,- deyib. Bunu eşidən döyüşçülər tez məni hərbi xəstəxanaya çatdırıblar. Vəziyyətim ağır imiş, ölümlə həyat arasında xeyli müddət çarpışmışam. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durmuşam.
Atatürk (qayğı və bir ata məhəbbəti ilə dolu baxışlarını ona zilləyərək). Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Ehtiyatlı ol, özünü qoru. Bundan belə səni gözümdən kənara qoymayacağam. Sən mənim mühafizə dəstəmdə xidmət edərsən.
Aydan. Oldu,
Səhnə qaranlıqlaşır. Şəkil dəyişir. Atatürk, Fevzi Çakmak paşa, İsmət paşa və Yəhya Qalib Kargi.
Atatürk. Yunan ordusu Ankara üzərinə böyük hücumun əməliyyat planını hazırlayıb. Əməliyyata yunan generalları Trikopis və Diyenis rəhbərlik edirlər. Bu müharibə türk millətinin ölüm-dirim məsələsidir. Fevzi paşa, İsmət paşa ilk növbədə döyüşün gedəcəyi ərazini gözdən keçirməliyik. İstehkam zabitlərini və texniki heyəti səfərbər edin. Əraziyə baxış keçirək.
Fevzi Çakmak paşa və İsmət paşa gedirlər.
Yəhya Qalib Kargi. Paşam, hansı cəbhədən hücuma keçmək fikrindəsiniz? (Atatürkün susduğunu və təəccüblə ona baxdığını görərək).
Paşa həzrətləri, bağışlayın. Mən səhvə yol verdim. Unutdum ki, bu, hərbi sirdir.
Atatürk. Yəhya Qalib paşa, sən öz həyatını Vətənin, xalqın yolunda qurban verməkdən çəkinməyən bir şəxssən. Sənin kimi insana qarşı sirr ola bilməz. Mən sənə inanıram. Hücum planı barədə sənə məlumat vermək olar. Fəqət Böyük Millət Məclisində hücumun başlanması rəsmi elan edilənə qədər bu barədə kimsə bilməməlidir.
Yəhya Qalib Kargi. Əlbəttə, paşam, əlbəttə.
Atatürk. Afyon cəbhəsindən hücuma keçəcəyik. Düşmən istehkamları qurularkən Yunanıstanın başıbilən adamları gəlib onlara baxıb deyiblər: “Oğul lazımdır ki, bu istehkamlara yaxın düşsün. Bu istehkamlar keçilməz və alınmazdır. Əgər türklər iki il əlləşib-vuruşub iki yüz əsgər və zabiti itirmək hesabına bu istehkamları yara bilsələr, onda onlara dünyanın ən qəhrəman xalqı deyərəm”. Təsəvvür edirsiniz, Yəhya Qalib paşa?!
Yəhya Qalib Kargi. Yəni doğrudanmı yunanların istehkamları belə möhkəmdir ki, onları iki ilə də yarmaq olmaz? İki yüz min şəhid vermək hesabına da almaq olmaz?
Atatürk. Bu, onların fərziyyəsidir. Onlar bizim qüvvə və bacarığımızı, qüdrətimizi düzgün qiymətləndirə bilmirlər. Mən bu istehkamı səkkiz saata yıxıb Afyon-Karahisarı ələ keçirəcəyəm.
Yəhya Qalib Kargi. Paşam, allah sizə yar olsun! Sizə və ordumuza uğurlar diləyirəm!
Səhnə qaranlıqlaşır. Atatürk və Fevzi Çakmak paşa. Atəş səsləri eşidilir.
Fevzi Çakmak paşa. Yunanlar müharibəyə yaxşı hazırlaşıblar. Möhkəm istehkamlar qurublar. Bu istehkamları aşıb keçmək bizimkilərə baha başa gəlir.
Atatürk. Böyük Türk hücumu avqustun 26-da saat altının yarısında Qocatəpədən başlandı. Düşmən bütün Yunanıstanın əhalisini, dünyanın bütün silahlarını buraya töksə belə, bir iş görə bilməyəcək. Tez bir zamanda onların axırına çıxacağıq! Qoy lap bir həftə, on gün olsun…
Fevzi Çakmak paşa (təəccüblə). Belə qısa vaxtda?!
Atatürk. Bəli, Fevzi paşa. Bir işi başlayanda ona ürəklə, inamla girişməlisən. İnanmadığın bir işə baş qoşma. İnamsız bir iş görməkdənsə, əvvəldən buna girişməsən yaxşıdır.
Fevzi Çakmak paşa. Mən qələbəmizə şübhə ilə yanaşmıram. Sadəcə, buna vaxt lazımdır. Ordumuz yaxşı vuruşur.
Atatürk. Bizim gücümüz özümüzə, mübarizəmizə, haqq işimizə olan inamdadır. Öz torpağımız, vətənimiz uğrunda ölümə gedirik. Zorla müharibəyə cəlb olunan yunan döyüşçülərində belə güclü inam yoxdur. Bax bu, onları məğlubiyyətə aparacaq (söhbətə ara verərək). Məni tümən komandiri albay Rəşad paşa ilə calaşdırın.
Calaşdırırlar. Atatürk telefonla danışır.
(telefonda).Rəşad paşa, Çiyiltəpədə işlər necə gedir? Vuruşursunuz? Bəs nə üçün düşməni təpədən qovub çıxarmırsınız? Müqavimət göstərirlər? Çiyiltəpəni azad etmək üçün sizə nə qədər vaxt lazımdır? Yarım saat? Yarım saatdan sonra məruzə edərsiniz (dəstəyi asır).
Fevzi Çakmak paşa. Yarım saat vaxt istədi? Bacararmı?
Atatürk. Söz verən imkanlarını ölçüb-biçməlidir. Vəd verilirsə, yerinə yetirilməlidir. Bir saat, iki saat deyil, özü yarım saat vaxt istədi... Hə, söhbətim yarımçıq qaldı. Özünəinamdan danışırdım. Çin filosofu Konfutsi belə əhvalat danışır. Şagird öz müəlliminə sual verir: Ölkəni idarə etmək məharəti nədən ibarətdir? Müəllim cavabında deyir: Bunun üçün kifayət qədər ərzaq ehtiyatı, ordu və xalqın inamı lazımdır. Soruşulur: əgər bu üç şeyə birlikdə imkan yoxdursa, onda bunlardan hansından imtina etmək olar? Cavab verilir: ordudan. Soruşulur: əgər başqa çıxış yolu yoxdursa, qalan iki şeydən hansı olmasa ölkəni idarə etmək olar? Cavab verilir: ərzaq olmasa. Çünki əsrlər boyu bütün insanlar yaşayırlar da, ölürlər də. İnamsız isə xalq bir gün də yaşaya bil-məz… (saatına baxaraq). Yarım saat keçdi. Rəşad paşadan səs çıxmadı. Təpə hələ də düşmənin əlindədir. Rəşad paşa sözünün üstündə nədən durmadı?!
Yaralı zabit tələsik gəlir.
Zabit. Cənab Baş komandan. Çiyiltəpədən gəlirəm.
Atatürk. Rəşad paşa niyə məruzə etmir?
Zabit. Albay Rəşad özünə qəsd etdi.
Atatürk. Qəsd etdi? Nə üçün?
Zabit. Sizin əmri vaxtında yerinə yetirə bilmədiyi üçün. Zabit və komandir qüruruna sığışdıra bilmədi, tapança ilə özünü vurdu…
Atatürk (təəssüflənərək). Hə, bu yaxşı xəbər olmadı…Fəqət bu, şəhidlik zirvəsidir. Qəhrəman Rəşad paşaya Allah rəhmət eləsin!
Fevzi Çakmak paşa. Allah rəhmət eləsin.
Atatürk (telefonun dəstəyini qaldıraraq). İzzəddin paşa, Çiyiltəpənin alınmasını sizə həvalə edirəm.
Zabit gedir. Atatürk və Fevzi paşa gəzişirlər. Telefon səslənir.
Fevzi Çakmak paşa (dəstəyi qaldıraraq, danışır, sevincək Atatürkə). Paşa həzrətləri, təbrik edirəm. Çiyiltəpə bizim nəzarətimiz altına keçdi. Hələ üstəlik xeyli əsir alınıb.
Milli ordunun əsgərləri və türk leytenantı əsir düşmüş yunan zabitini gətirilər.
Türk zabiti. Paşa həzrətləri, Çiyiltəpədə əsir götürdüyümüz zabitlərdən biridir.
Atatürk. Ölkəmizə soxulanda yəqin ağlına gəlməzdi ki, ələ keçərsən?
Əsir zabit. Cənab marşal, biz hərbiçiyik. Əmrə tabeyik. Buyurublar, gəlmişik.
Atatürk (acıqlı). Bir var zabit, yaxud əsgər əmr alıb vətəninin, torpağının müdafiəsinə qalxır. Bir də başqa ölkənin ərazisinə soxulub vəhşilik edir, daşı daş üstə qoymur. Bunlar ayrı-ayrı şeylərdir. Bunu siz məndən də yaxşı bilirsiniz. Bu binəva insanların günahı nədir? Döyüş meydanında at oynatmağınız yetmir, dinc əhalini də qırıb-çatırsınız. Var-yoxunu əlindən alır, qızına-gəlininə sataşırsınız. Gözünüzün qabağında sənin qızını, gəlinini, arvadını zorlasalar, buna necə baxarsan? Dayanıb tamaşa edərsən? Müharibə qanunlarında belə bir şey var? (əsirin susduğunu görüb). Aparın, sonra söhbətimizi davam etdirərik.
Əsiri aparırlar. Şəkil dəyişir. İstehkam qurulub. Əsgərlər dincəlirlər. Söhbət edir, siqaret çəkirlər.
Samət. Bizimkilər düşmənə divan tutdular.
Özgün. Yunanların itkisi çoxdur.
Fərhad. Hər halda arxayınlaşmaq olmaz (su qabını çıxarır, su qalmadığını görüb Uğura). Ciyərim yanır, su ver.
Uğur (su qabını əlində saxlayaraq, zarafatla). Bir şərtlə su verirəm: Molla əmidən bir lətifə de, eynimiz açılsın.
Fərhad. Suyu şərtlə verirsənsə, istəmirəm.
Uğur. Dəymə-düşər olma, zarafat edirəm, həm də lətifə istəyirəm.
Fərhad. Zarafat etdiyini də, lətifə istədiyini də bilirdim. Amma… burada bir cənab var. Qaş-qabağı açılmır. Əvvəlcə qoy dərdini desin, sonra bir lətifə məndən (Bəyazidə). Nə olub, Bəyazid? Dəryada gəmin qərq olub?
Bəyazid. Gözü yolda olanım var. Elə ki, döyüş səngiyir, yadıma düşür. Müharibə qurtarsaydı, toyumuzu edərdik.
Özgün. Dostumun könlünə toy düşüb.
Bəyazid. Toya görə darıxmıram. Afyon yunanların əlindədir. Neçə müddətdir evdən, nişanlımdan xəbər tuta bilmirəm. Qorxuram başlarına bir iş gələr.
Samət. Gəlməz inşallah. Tezliklə Afyonu azad edəcəyik. Əlində tutduğun nişanlının şəklidir? Olar biz də baxaq.
Şəklə baxırlar.
Özgün. Zövqün pis deyil, dostum. Qəşəng qızdır. Darıxmağa, narahat olmağa dəyər. Xoşbəxt olun.
Fərhad. Dayanın, lap yerinə düşdü. Nişanlının gözəl olması da şərtdir. Gözəl qızı yaxşı oğlana verirlər. İnanmırsınız? Onda görək Molla nə deyir? Molla Nəsrəddinin kifir qızı varmış. Bir gün düşmənlərindən biri qıza elçi düşür. Molla əlüstü qızı verir. Toy günü qohumlar Mollanı danlayıb: “Belə də iş tutarlar? Qızını düşmənə niyə verdin?” Molla onlara səbirlə qulaq açıb deyir:
“Qızımın sir-sifətini görsəydiniz, belə deməzdiniz. Mən düşmənimə yaxşılıq eləməmişəm, ondan intiqam almışam!”
Gülüşürlər. Dərviş paşa bir neçə əsgərlə gəlir.
Dərviş paşa (oturanlara). Siz öz mövqeyinizdə qalın (öz əsgərlərinə). Düşmən üzərinə hücum!
Onlar gedirlər. Atışma başlayır.
Leytenant (gəlir, aralıdakı xəndəyi Fərhada göstərərək). Ağacın arxasında gizlənən düşmən əsgərini görürsən? Bayaqdan bizimkiləri pulemyot atəşinə tutub. Çox təhlükəli nöqtədir. Atəş ara vermir. Gülləyə heyfi gəlmir. O atəş nöqtəsini susdurmaq lazımdır.
Fərhad (baş endirərək). Oldu, cənab komandir! (atəş açır)
Leytenant gedir.
Al gəldi! Susdurdum. Getdi ölən yoldaşlarına baş çəkməyə.
Atışma davam edir. Birdən Fərhad sinəsini tutub yıxılır, tüfəngi yerə düşür.
Özgün. Fərhadı vurdular! (onun yanına qaçır). Fərhad, yaralandın? Güllə haradan dəydi?
Fərhad sinəsini göstərir. Özgün onu qaldırıb döyüş meydanından çıxarmaq istəyir. Fərhad əlini qaldırıb onu saxlayır.
Fərhad. Yox, qardaş, deyəsən mənimki bura qədər imiş. Ağır yaralanmışam. Sağ qalmağa gümanım yoxdur. Molla Nəsrəddin burada, bilirsən, nə deyir?!.
Sözünü tamamlaya bilməyib Özgünün qolları arasına düşür. Fevzi Çakmak paşa gəlir.
Fevzi Çakmak paşa. Yaralanan kimdir? Fərhad?
Sanitar gəlir.
Özgün. Paşam, deyəsən, canını tapşırdı. Hərəkətsizdir.
Sanitar Fərhada sarı əyilir, yoxlayır və ümidsiz halda ayağa qalxır.
Sanitar. Özgün düz deyir. Həlak olub. Allah rəhmət eləsin! Yaxşı oğlan idi.
Fevzi Çakmak paşa. Cənnətlik olsun! İgid əsgər idi! Özü də zarafatcıl və şən! Heyf! Fərhad Azərbaycandan gəlmişdi. Qardaşlıq borcunu yerinə yetirdi. Onu qəhrəmanlara layiq təntənə ilə dəfn edin.
Əsgərlər Fərhadın qoluna girib qaldırırlar. İki nəfər xərək gətirir. Şəkil dəyişir. Əllərində kitab olan hərbi geyimli oğlan və qız səhnədə görünür.
Qız. Türk topçuları aramsız atəşlə döyüş meydanını lərzəyə gətirirdilər. Düşmən qüvvələri türk ordusunun müqavimətindən və arasıkəsilməz hücumlarından çaş-baş qalmışdılar. Döyüş meydanından qaçır, itki verirdilər. Qısa vaxt ərzində hücum Afyon-Konya dəmiryolu xətti boyunca daha geniş vüsət aldı. Əsas ağırlıq türklərin şimaldan II ordusu, cənubdan isə I ordusu üzərinə düşürdü. Yunanlar tərəfdən döyüşlərdə iki ordu iştirak edir, onlara rəhbərliyi general Trikopis və general Diyenis həyata keçirirdi.
Oğlan. Fevzi Çakmak paşa, Qərb Cəbhəsi komandanı İsmət paşa, II ordu komandanı Yaqub Şövqi paşa, süvari kolordu komandanı Fəxrəddin Altay paşa döyüşün uğurla, türk qüvvələrinin xeyrinə getməsi üçün əzmkarlıq nümayiş etdirirdilər.
Qız. Mustafa Kamal paşa Baş komandan kimi döyüşü idarə edir, əmrlər verirdi. Sürətli hücum, sarsıdıcı zərbələr öz təsirini göstərirdi. Türklərin atəş nöqtələri yunan piyadalarını qabağa keçməyə qoymurdu. Yunan ordusu hələ indiyədək belə güclü həmləyə rast gəlməmişdi. Düşmənin ələ keçirdiyi mövqelərin bir çoxu alındı və onlar geri çəkilməyə başladılar.
Qızla oğlan gedirlər. Atatürk gəlir. Fəxrəddin Altay paşa yaxınlaşır.
Fəxrəddin Altay paşa (raport verir). Paşa həzrətləri, düşmən Dumlupınar mövqelərinə çəkilirlər. Bu onların əsas uğursuzluqlarından biridir.
Atatürk (gülümsünərək). Fəxrəddin paşa, bu, qələbəmizin başlanğıcıdır. Əməliyyat biz düşündüyümüzdən də əla gedir. Nəbadə tələsəsiniz və səhvə yol verəsiniz. Soyuqqanlı və təmkinli olun.
Şəkil dəyişir. Düşmən əlində olan bir kənd. Kəndlilər dayanıb söhbət edirlər.
Murat. Yunanlar tutduqları ərazilərdə azğınlıq edirlər. Kənd-kəsəkdə əhalinin günü qaradır. Əsgərlər evlərə, daxmalara soxulur, əllərinə keçəni talayırlar. Həyət-bacadan mal-qaranı sürüb aparır, toyuq-cücəni boğazlayıb kəsir, yaxud diri-diri daşıyırlar.
Musa. Onsuz da ac-yalavac olan və güclə dolanan ailələrin, arvad-uşağın ah-naləsi göylərə qalxır, qadınlar, qarılar saçlarını yolub şivən qoparırlar. Yunan əsgərləri bütün kəndi bürüyən aclıq və səfaləti, iztirab, xəstəlik və nalələri görüb sevinirlər.
Murat. Bir ora bax. İki yunan qonşunun həyətinə girdi.
Bir qarı yunanların qarşısını kəsib son gümanı gələn keçini aparmağa qoymur.
Qarı. Evdə xəstə uşaq var. Südünü ona veririk. Başqa yavanlığımız yoxdur.
Yunan əsgəri (əli ilə onu kənara itələyərək). Bu, bir əmrdir, biz yerinə yetirməliyik. Əsgərlərimizə yemək-içmək lazımdır. Gərək qarınları tox ola ki, analarınızı ağlar qoyalar. Siz isə buralarda ölməzsiniz. Həyət-baca ot-çayırla doludur. Nə qədər istəyirsiniz otlayın. Yeri eşələyin. Kefiniz istəyən qədər soxulcan, gölməçələrdə isə xirtdəyəcən qurbağa var. Yeyin, özünüz üçün kef eləyin… (yaşlı qadına). Sən qorxma. Türk küçüyünün canı möhkəm olur, ölməz.
Qarı əl çəkmir. Qadının onun əlinə-ayağına dolaşdığını görən əsgər əsəbiləşir. Tüfənginin qundağı ilə onu vurur. Qarı səndələyir, lakin yıxılmır. Ağrının təsirindən qışqırır, bir əli ilə keçinin boynundakı çatını tutub saxlayır.
Qarının qızı (anasına yaxınlaşaraq). Ana, bənd olma, onsuz da keçini çəkib aparacaqlar.
Qarı (inadkarlıq edərək). Allah bu zülmü götürməz! İnsafınız olsun. Vallah-billah uşaq xəstədir. Qızdırmanın içində yanır.
Əsgər yoldaşını səsləyir. Onlar birlikdə daxmaya girirlər. Qarı da içəri girir. Döşəmədə nimdaş yorğan-döşəkdə başı sarıqlı bir oğlan uşağı uzanıb. Gözləri yumuludur.
Yunan əsgəri (acıqlı). Keçinin südünü bu yaramaza verirsiniz? (cavab gözləmədən çiynindəki tüfəngi çıxarıb nişan alır).
Qarı (yalvarır). Amanın günüdür, işiniz olmasın. Xəstədir, halı yoxdur. Bizi bədbəxt eləməyin. Götürün, aparın keçini, haramınız olsun.
Yunan əsgəri. Haramımız olsun?
Yunan əsgəri tətiyi çəkir, atəş açılır. Uşaq yerində qıvrılıb ölü düşür. Evdə şivən qopur.
(tüfəngi əlində saxlayaraq). Daha ona süd lazım olmayacaq (yoldaşına işarə edir).
Əsgərləri çölə çıxırlar. Nəvəsinin öldüyünü görən qarı saçlarını yolur, dartıb üz-gözünü cırır.
Qarı. Kaş dilim quruyaydı… Mən nə biləydim bunlar bu qədər qansızdırlar.
Qarı cəld çölə çıxıb özünü nəvəsini güllələyən əsgərin üstünə atır. Əsgər nə qədər dartınırsa onun əlindən qurtara bilmir. Qarı barmaqlarını oğlanın boğazına keçirib, var gücü ilə sıxır. Əsgər boğulur, əl-qol atır.
Yumruqla, təpiklə yaşlı qadını vursa da, canını onun əlindən qurtara bilmir. O artıq xırıldayır.
Yunan əsgəri (tüfəngini çiynindən aşıraraq). Qoca kaftar, burax onu! Demirəm əl çək! (tüfəngini ona sarı tuşlayaraq). Bax, axırıncı dəfə xəbərdarlıq edirəm, yoxsa atəş açacağam.
Qarı əl çəkmir. Yunan əsgəri atəş açır. Qadın yaralansa da, barmaqları yunan döyüşçüsünün boğazından qopmur. Onlar ikisi də torpağa sərilirlər. Yunan əsgəri çabalayır, nəfəsi get-gedə kəsilir. İkinci güllə açılır. Qarı hərəkətsiz qalır və əlləri boşalır. Əsgər də tərpənmir. O biri əsgər yaxınlaşıb baxır, görür ki, yoldaşı ölüb. Qorxub geri çəkilir. Bir neçə qadın əllərində balta, yaba və bel ona sarı gəlir. Bunu görən yunan əsgəri qaçmağa başlayır.
Şəkil dəyişir. Türk döyüşçüləri əllərində bayraq qaçaraq gəlirlər. Fevzi Çakmak paşa da onların ardınca gəlir.
Fevzi Çakmak paşa (həyəcanla məlumat verir). İyirmi üçüncü tümənimiz Afyonda düşmənin dördüncü tümənini darmadağın etdi. Başqa tümənimiz Dumlupınarda yunan qüvvələrini mühasirəyə alıb. Düşmən mühasirəni yarmaq istəyir, fəqət müvəffəq olmur.
Atatürk. Sabah birinci kolordumuz Dumlupınara həmlə edəcək. İsmət paşa, siz ikinci ordu ilə, mən isə birinci ordu ilə hücumda iştirak edəcəyik. Fevzi paşa, siz qərargahda qalırsınız.
Döyüş meydanı. Pulemyot və top atəşləri. Yunan əsgərləri qaçırlar.
Yunan zabiti (əlində tapança, silahı yuxarı qaldıraraq yunan əsgərlərini hədələyir). Geriyə qayıdın, hara qaçırsınız? Əclaf uşaqları!
Əsgər. Cənab polkovnik, siz də, nə qədər başınız salamatdır, aradan çıxın. Artıq bizim işimiz bitib. Heç Allah özü də köməyimizə çata bilməz. Ordumuz mühasirəyə düşüb. Az sonra gec olacaq.
Zabit. Geriyə dönün! (atəş açır).
Əsgər yıxılır. İkinci əsgəri də vurmaq istəyəndə o, zabitə atəş açır, zabit yerə sərilir. Tapançası düşür. Səhnə qaranlıqlaşır. Şəkil dəyişir.
Atatürk (səhnədə görünür, üzünü döyüş meydanına tutaraq). Ordu komandanları əmr edirəm: Dumlupınar ərazisində yerləşən düşmən üzərinə hücum!
Dərviş paşa gəlir.
(Dərviş paşaya). Dərviş paşa, sərəncamında olan qüvvələri süngü hücumuna qaldır!
Dərviş paşa. Oldu, cənab Baş komandan! (gedir).
Atatürk gedir. Top və pulemyot atəşləri eşidilir. İsmət paşa və Fevzi Çakmak paşa gəlirlər.
İsmət paşa. Əfəndim, Böyük Türk hücumu Mustafa Kamal paşanın necə bir komandan olduğunu dünyaya anlatdı. Düşmənin sonu çatıb. Ardı-arası kəsilməyən pulemyot və top atəşindən yunanlar göz aça bilmirlər. Ordumuz inadla irəli keçməyə çalışır, yunanlar müqavimət göstərirlər. Fəqət bu müqavimət zəifdir, bizimkilər onların müdafiə xəttini yarıb irəliləyirlər.
Fevzi Çakmak paşa... Əsgər və zabitlərimizin hünərini görəndə adamın fərəhi köksünə sığmır. Halal olsun igidlərimizə!
Atatürk (gəlir). Sizi təbrik edirəm, əfəndilər. Yunan ordusu sürətlə geri çəkilir. Yunan əsgərlərinin bir çoxu silahlarını yerə ataraq qaçır. Düşmən ordusunda böyük çaxnaşma yaranıb. Daha bərk qaçanlar geridə qalanları ayaqlayaraq keçirlər. Yunan ordusunun qaça biləcəyi bir yol qalıb: Qızıltac vadisi. Onu da qapayın. Düşmən ağ bayraq qaldırıb. Təklifiniz nədir?
Fevzi Çakmak paşa. Buyruq sizinkidir. Sakarya Meydan müharibəsində olduğu kimi, bu qələbənin də müəllifi sizsiniz.
Atatürk. Belə danışıqdan xoşum gəlmir. Mən tək, yalqız nə edə bilərəm. Bu qələbə hamımızındır. Əmrimi yunan tərəfinə bildirin: “Silahları yerə atıb iki yüz metr geri çəkilsinlər!”
İsmət paşa (durbinlə baxaraq).Yunanlar öz bayraqlarını endirib, deyilənə əməl edirlər. Bir fikir verin. Yunan generalı əlini belinə apardı. Aha, tapançasını çıxarıb qana boyanmış meydana atdı. Elə bildim atəş açıb beynini göyə sovuracaq.
Fevzi Çakmak paşa. Onlardan bu qeyrəti gözləmə. Ağılları olsaydı, bu günə düşəcəklərini, ağ bayraq qaldıracaqlarını görər, özlərinə əziyyət verib bu qədər yolu basa-basa gəlməzdilər.
Onun sözlərini eşidən zabitlər gülüşürlər. Atatürkü də gülmək tutur.
Atatürk. 200 min nəfərdən ibarət yunan ordusu mühasirəyə düşdü. Düşmənin 300 topunu ələ keçirdik. Təslim olmaq istəməyib müqavimət göstərən düşmən əsgərləri və zabitləri böyük itkilər verdi. Kütahya azad olundu. Düşmənlərin bir qismi qaçıb canını qurtarıb. Onlara dərs vermək, ayaqlarını türk torpaqlarından kəsmək üçün qaçış yollarını qapamaq və İzmir istiqamətində onları təqib etmək lazımdır. Əmr edirəm: “Ordular! İlk hədəfiniz Ağ dənizdir!.. İrəli!..”
Hərbi geyimli oğlan və qız səhnədə görünürlər.
Oğlan. Baş komandan marşal Mustafa Kamal paşanın çağırışından az sonra Uşaq, Əskişəhr, Nazilli, Simav, Salihli, Alaşəhər, Gördes, Manisa düşmən tapdağından qurtuldu. Az keçmiş türk ordusu İzmirə daxil oldu.
Qız. 4 il idi ki, Kadifəqalanın başı üzərindən yunan bayrağı asılmışdı. Yunanlar bu müddət ərzində əhaliyə olmazın divan tutmuşdular.
Oğlan. İzmirdə Mustafa Kamalçı əsgərlərdən biri Türkiyənin şanlı-şöhrətli bayrağını götürüb qala bürcünün pillələri ilə qalxaraq yunan bayrağını çıxartdı və izdihamla dolu meydana atdı. Sonra əsgər türk bayrağını öpərək əvvəlki yerinə taxdı.
Qız. Düz dörd il idi ki, bürcdəki bayraq dirəyi türk bayrağından ötrü darıxır, onun yolunu həsrət və sızıltı ilə gözləyirdi.
Oğlan. İzmirlilər qalanın ətrafına yığışıb sevinc və qürur hissilə bürcdə dalğalanan bayrağa tamaşa edirdilər.
Atatürk marşal geyimində türk ordusunun, türk komandirlərinin müşayiəti ilə İzmirə daxil olur. Alqış və ura səsləri eşidilir. Sinələrdə Atatürkün şəkli.
Səslər. Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
– Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
– Düşmənə ölüm! Türkiyə türklərindir!
Atatürkü gül-çiçəklə qarşılayırlar.
Atatürk (sağ əlini yuxarı qaldıraraq izdihamı salamlayır). Böyük zəfər münasibətilə türk xalqını təbrik edirəm!
Ura sədaları ətrafa yayılır.
(sözünə davam edir).Türk əsarət qəbul etməyən bir millətdir! Türk milləti ölmək istəməz. O daim yaşayacaqdır! Afyonkarahisar-Dumlupınar Meydan müharibəsi türk tarixinin ən mühüm bir dönüş nöqtəsini təşkil edir. Milli tariximiz çox böyük və çox parlaq zəfərlərlə doludur. Fəqət, türk millətinin burada qazandığı zəfər qədər qəti nəticəli və bütün tarixə, yalnız bizim tariximizə deyil, dünya tarixinə yeni yön verməklə qəti təsirli belə bir meydan müharibəsi tanımıram!
Səslər ucalır:
Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
(əlini qaldırıb izdihamı sakitləşdirir). Əfəndilər, bu zəfər yalnız mənim əsərim deyildir. Uğurlar bütün millətin qərarı və birgə inamla çalışmasının nəticəsidir, Qəhrəman millətimizin və məşhur ordumuzun qazandığı müvəffəqiyyət və zəfərlərdir! Ona görə də gəlin deyək: Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
Atatürk irəliləyir. Bu zaman onun ayaqları altına yunan bayrağı atırlar. Atatürk bunu görüb dayanır.
(əsgərlərdən birinə müraciətlə). Bayrağı qaldır.
Yaşlı qadın (irəli keçərək). Oğlum, bu bayrağın üzəri ilə yeriyin. Yunan bayrağını tapdayıb keçin.
Atatürk. Olmaz, anacan (izdihama). Bayraq bir millətin istiqlaliyyət nişanəsidir. Düşmənin də olsa, ona hörmət bəsləmək gərəkdir.
Yaşlı qadın. Oğlum, o zaman yunan kralı İzmirə girəndə bizim bayrağımızı basdalayıb keçdi axı…
Atatürk. Biz düşmənlərimizə də, dünyaya da öz qabiliyyətimizi, öz mərifətimizi göstərməliyik, anacan. Deyirsiniz yəni onun səhvini mən də təkrar edim?
Yaşlı qadın baxa-baxa qalır. Sonra başı ilə «yox» deyir.
Rüfət paşa (İsmət paşaya). Bu, bir şəxsiyyət kimi Mustafa Kamal paşanın böyüklüyünü göstərir.
Gedirlər. İzdiham dağılır.
Şəkil dəyişir. Atatürk qərargahdadır. Lətifə xanım daxil olur.
Atatürk (onu görüb ayağa qalxır). Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!
Lətifə (təqsirini boynuna alaraq). Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirləndim.
Atatürk. Kimi kimə qısqandınız, Lətifə xanım?
Lətifə. Sizi Aydana.
Atatürk. Aydanı harada görmüsünüz?
Lətifə. Burada, sizin qucağınızda.
Atatürk (qəh-qəhə çəkir). Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!
Lətifə. Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.
Atatürk. Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.
Lətifə. Hər şeydən xəbərim var, əfəndim. Məni əfh edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.
Atatürk. Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.
Lətifə. Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaqsınız ki… (ehtiyatla) Heç olmasa namizədiniz var?
Atatürk. Təbii… Namizədim də var. Bu sizsiniz, Lətifə xanım! Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?
Atatürk Lətifə xanımın əllərindən yapışaraq, onun gözlərinin dərinliklərinə nüfuz edir.
Lətifə (gizli bir sevinc içərisində). Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim. Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.
Atatürk onu qucaqlayır.
Bir arzumuz var. Bu həm mənim, həm də atamındır. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.
Atatürk. Mən də sənin təklifini qəbul edir və «hə» deyirəm.
Lətifə. Elə isə mən gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.
Atatürk (onu yola salaraq). Buyurun.
Şəkil dəyişir. Aydan çiynində tüfəng qərargahın qarşısında dayanıb. Bir dəstə yüksək hərbi rütbəli əsir qərargaha gətirilir. Aydan onlara baxır. Əsirlərin üst-başları toza-torpağa bulanıb, düymələri qırılıb. Yaxaları açıq, paqonları yerindən oynayıb. Onlar Aydanın yanından keçib qərargaha daxil olurlar.
Aydan (kənara tüpürərək söyür). Vəhşilər! Qaniçənlər! Türkiyə xalqına və ölkəyə böyük bəlalar, fəlakətlər gətirmiş, çoxlu sayda insanın ölümünə bais olmuş bu kəslər başlarını qaldırıb ətrafdakıların üzünə baxa bilmirlər.
Əsirləri içəri aparırlar. Atatürk kresloda əyləşib. O, ayağa qalxıb ən yüksək rütbəli iki zabitə – general Trikopis və general Diyenisə əl uzadır.
Atatürk. Əsir düşdüyünüz üçün sıxılmayın. Buyurun, əyləşin. Cənablara qəhvə və siqar gətirin.
Dərhal qəhvə və siqar gətirilir. Əsirlər siqar çəkir, qəhvə içirlər.
Trikopis. Bizə qarşı belə münasibət sizin tərəfindən böyük alicənablıq və lütfkarlıqdır.
Atatürk. Müharibə bir tale oyunudur. General, bəzən ustası da məğlub olur. Siz öz öhdənizə düşən vəzifəni yerinə yetirdiniz.
Diyenis (gülərək Atatürkə). Cənab marşal, siz də öz vəzifənizi yerinə yetirdiniz.
Trikopis. Məni son dərəcə maraqlandıran bir məsələ var: siz az qüvvə ilə, demək olar ki, bütün döyüşləri udursunuz. Bunun səbəbi nədir?
Atatürk. Cənab general, hər bir türk döyüşdən qabaq öz-özünə deyir: «Mən yaşaya bilmək üçün mütləq müstəqil bir mil¬lə¬tin övladı olmalıyam!» Ordunun gücü bundadır. Türk əsarəti qəbul etməyən bir millətdir! Azadlıq türkün həyatıdır!
Trikopis. Cənab marşal, siz müharibəni haradan idarə edirdiniz? Yəqin ki, qərargahınız Afyon-Karahisarın çöllərində qurulmuşdu.
Atatürk. Belə zənn edirsiniz? Nə üçün belə uzaqda? Xeyr, mən birbaşa döyüşlərin getdiyi meydandan, süngülərin parladığı yerdən müharibəni idarə edir, əmrlər verirdim.
Trikopis (təəccüb içərisində). Deyirəm axı… Zəfəri belə qazanarlar! Bizdə isə əksinə, müharibə beş yüz əlli kilometr məsafədən xəritə üzərində düşünülərək, pərgərlə ölçülərək idarə olunurdu. Gözlə görünməyən isə idarə olunmaz.
Atatürk. İdarə olunar. Fəqət bu, məğlubiyyətə gətirib çıxarar.
Şəkil dəyişir. Aydan türk zabiti ilə söhbət edir.
Aydan. Əsir düşən yüksək hərbi rütbəli zabitlər kimlər idi?
Zabit. Desəm inanmazsan. Bunlar I yunan ordusu komandanı general Trikopis və II yunan ordusunun komandanı general Diyenisdir.
Aydan. Bunlar idi bizim üstümüzə gələn, Mustafa Kamalı hədələyən?!
Zabit. Bəli, onlar idi. Amma, görürsən, özləri əsir düşdülər. Bunlardan savayı daha onlarla yüksək rütbəli zabit əsir götürülüb. Desəm, ağzın açıla qalar. Eşitdiyimə görə, Mustafa Kamal paşa əl verib əsir generallarla görüşüb, onları qəhvəyə, siqara qonaq edib.
Aydan (təəccüblə). Düşmənlə görüşüb? Onlara siqar, qəhvə təklif edib? Niyə? Nə üçün? Mustafa Kamal paşa, yaxud ordu komandanlarımızdan hər hansı biri yunanlara əsir düşsəydi, bir Allah bilir, onlarla necə rəftar edər, onlara necə divan tutardılar.
Zabit. Paşa həzrətləri öz insanlığını göstərib. Həm də onlardan yüksəkdə durduğunu nümayiş etdirib. Onların törətdikləri cinayətlərə gəldikdə isə, bunun üçün divan var, məhkəmə var.
Aydan. Mən bir şeydən təskinlik tapıram ki, xəbis niyyətlə Türkiyə ərazisinə soxulan ordu və onun başında duran komandanlar layiqli cəza alıblar. Başqa düşmənlərimizi də belə aqibət gözləyir. Yaşasın türk ordusu, var olsun Mustafa Kamal paşa!
Zabit. Var olsun, var olsun!
Pərdə
Müəllif: Akif Nurağa oğlu Abbasov - Şirvan (keçmiş Əli Bayramlı) şəhərində doğulub. Şəhərin 1 nömrəli (1957-1960) və 2 nömrəli (1960-1967) məktəblərində, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda (hazırda ADU) təhsil alıb, ingilis-Azərbaycan dilləri müəllimi ixtisasına yiyələnib.
Orta təhsilini tamamladıqdan sonra bir il (1967-1968) Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir kimi çalışıb.
Ali təhsilini başa vurub təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində (1973-1975) ingilis dili müəllimi işləyib.
1975-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) əməkdaşıdır. Burada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Eyni zamanda Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində (1992-1998) işləyib. Hazırda Təhsil İnstitutunun elmi katibidir.
1987-ci ildə namizədlik (hazırda fəlsəfə doktoru), 1995-ci ildə doktorluq dissertasiyaları müdafiə edib.
Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür; “Tərəqqi” medalına, dəfələrlə respublika Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. “Qızıl qələm” media mükafatı laureatıdır.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”i jurnalının baş redaktor müavinidir. Bir çox jurnalların redaksiya heyətlərinin üzvüdür.
Elmi rəhbərliyi ilə 40-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.
İngilis və rus dillərindən bədii tərcümələr edir. Rus və ingilis dillərindən tərcümələri ədəbi almanaxlarda, “Azərbaycan” və “Mütərcim” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, internet saytlarında çap olunur.
Tərcümələri əsasında 11 kitab nəşr edilmişdir (“Küçə tinində hadisə”, “Tiflissayağı boşanma”, “Kristi Tökerin ölümü”; “Yağış altında pişik”, Somerset Moemin “Yağış”, “Yolagəlməz qadın”, “Edvard Barnardın ruh düşkünlüyü” povestləri; Qrehem Qrinin “Canlılar yaşayan otaq”, Mar Bayciyevin “Duel”, Georgi Xuqayevin “Andro və Sandro”, Touşan Esenovanın “Ali təhsilli arvad” pyesləri).
Professor, yazıçı Akif Abbasovun (Nurağaoğlunun) bədii əsərlərinin 10 cildliyi nəşr olunub.
O, 5 romanın (“Aldanma sözlərə”, “Acı xatirələr”, “Samsundan başlanan yol”, “Sultan II Murad”, “Fateh Sultan Məhmət”), 2 pyesin (“Atatürk” və “Yaxşı dost”), 3 povestin (“Ananın ürəyinə gedən yol”, “Əliş və Anna dastanı”, “Yaxşı dost”) və çoxsaylı hekayələr kitablarının (“Banu və babası”, “Atilla və babası”, “Töhmət”, “Xəyanət”, “Lələşin ayaqqabısı”, “Uşaqlar üçün hekayələr”, “Taxta qaşıq”, “Xallı kəpənək”, “Gəl Məliyin dovğasına”, “Dədəmə oxşayırsan”, “Pensiya pulu”, “Qaş düzəltdiyi yerdə”, “Gəlin”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Geydirmə araq”, “Sənə quzu kəsim”, “Yumruq”, “Yumurta”, “Qızıləhməd almaları”, “Atatürk haqqında hekayələr” (1-ci və 2-ci kitablar), “Böyük türk”, “Zoğal mürəbbəsi və başqa hekayələr” və s.) müəllifidir.
Akif Abbasovun “Atatürk” pyesi Azərbaycanda və Ankarada türk dilində nəşr olunmuşdur. Həmin pyes əsasında kinorejissor Babək Abbaszadə libretto yazmış, bəstəkar, professor Oqtay Rəcəbov “Atatürk” operası bəstələmişdir.
Hazırda “Allahın bəlası – Atilla” və təhsil işçilərinin həyatından bəhs edən “Artıq adam” romanları üzərində çalışır.
Ümumtəhsil, orta ixtisas, xüsusi təhsil, ali təhsil müəssisələri üçün 20-dən artıq dərsliyin müəllifidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər