16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
13:50 / 21-11-2024
NASA yüzlərlə mütəxəssisi işdən çıxarır
13:49 / 21-11-2024
Yaşayış minimumu 285 manat olacaq
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
Dilim-dilim dilimlənən dilim
Tarix: 07-10-2018 16:27 | Bölmə: Azad MÜZƏFFƏRLİ
(esse)
Əsrlər boyunca yadellilər ölkəmizə də, dilimizə də qənim kəsiliblər. Beləcə dilimizdə çoxsaylı ərəb və fars sözləri kök salıb. Son dövrlərdə isə rus sözləri dilimizə daraşıb. Çoxumuz mahiyyətinə varmasaq da, hazırda danışığımızda xeyli rus sözünü özümüzünkündən qətiyyən ayırmırıq. Məsələn, zavtrak, obed, ujin, ostanovka və bu qəbildən yüzlərlə söz dilimizdə meydan oxuyur, əksəriyyətin də vecinə deyil. Əgər, dilimizdə bu sıravi sözlərin qarşılığı olmasaydı, yenə də bunu bir təhər başa düşmək olardı. Ən dəhşətlisi isə odur ki, təkcə, bu sözlər rus dilinin sağa-sola çapdığı Bakıda və digər iri şəhərlərdə deyil, ən ucqar yaşayış məntəqələrimizdə belə cövlan eləməkdədir. Rus dilini bilməyən soydaşlarımız da ümumiyə qoşulub özlərinin də xəbəri olmadan gündəlik nitqində çoxlu rus sözündən istifadə edirlər. Bu da dilimizi bərbad vəziyyətə salıb. “Bizdən yoxdu, yekik, yek” adlı hekayəmdə bu mənzərəni imkan daxilində dolğunluğu ilə canlandırmağa çalışmışam (hekayənin adında və sonluğunda yeri gəldi-gəlmədi dilimizə dürtüşdürdüyümüz digər əcnəbi sözlərdən də sətiraltı mənada istifadə etmişəm).
Dilimizin bu cür acınacaqlı vəziyyətə düşməyində tarixən türklərin (o cümlədən biz azərbaycanlıların) assimlyasiyaya meyilli olmaları həlledici rola malikdir. Ta qədimdən, elə Dədə Qorqud əyyamında da qanından, canından insanpərvərlik, bəşərilik, humanizm, indiki dilnən desək, multikulturallıq əskilməyən türklərin zaman-zaman assimlyasiyaya uğradığı özümüzün yazılı mənbələrimizdə də konkret əksini tapıb. Heç uzağa getməyək, elə, Sovet dövründə ən çox “ruslaşma”ya məruz qalan xalqlardan biri də biz olmuşuq. Bunun üçün adicə (əslində isə böyük mətləblərdən xəbər verən) bir fakta - soyadlarımızın sonluğunu can-dildən dəyişməyimizə diqqət yetirməyimiz kifayətdir. Fikir verin, görün, türkdilli respublikalar və taciklərdən başqa hansısa digər bircəcik respublikada soyadların sonluğu “ruslaşdırılıb”mı? Deməli, məsələnin kökü təkcə əsarət altına düşməkdə deyil, daha dərindədir. Dərd orasındadır ki, yenidən qovuşduğumuz müstəqilliyimizin tarixi 27 ili ötməkdə olsa da, hələ də əksəriyyətimiz soyadlarımızın sonluğunun milliləşdirilməsinə tələsmirik (Diqqət yetirin, bizim kimi qazaxlar, özbəklər. qırğızlar, türkmənlər və taciklər də yenə köhnə qaydada əsasən yerlərində sayırlar). Bizim milliliyə (söhbət qətiyyən şovinizmdən getmir, adicə özünə hörmətdən bəhs edirik) ögey münasibətimizlə bağlı xeyli belə fakta istinad etmək mümkündür. Təəssüf ki, bu acı həqiqətdir!!!
Müstəqillik illərində Azərbaycan dilinin inkişafı ilə bağlı dövlət səviyyəsində xeyli tədbir görülüb və həmin proses davam etməkdədir. Bu danılmaz faktdır. Elə, əlifbamızın dəyişdirilməsi nəyə desən dəyər. Di gəl, müstəqilliyimizin ilk dövrlərindən fərqli olaraq hazırda yenidən rus dili dəbə minir. İstənilən məkanda, o cümlədən, iş yerlərimizdə rus bölməsində təhsil almış soydaşlarımızın “ötürməsi” ilə yeri gəldi-gəlmədi rus dilində qırıldadanların sayı durmadan artır. Lap açığı, öz dilimizi qoyub “rusuyca” ətrafı başına götürünlər ağına-bozuna baxmadan əməlli-başlı ayaq açıblar. Dəfələrlə avtobusda şəxsən şahidi olduğum (əminəm ki, siz də belə faktla qarşılaşmısınız) bir fakta isə xüsusilə diqqətinizi yönəltmək istərdim. Avtobusda bir-birini yaxından tanıyan azərbaycanlı və rus qadını söhbətləşirlər. Rus qadın arada-bir azərbaycan türkcəsində danışsa da, di gəl, bizimki əcnəbicə dil boğaza qoymur. İş orasındadır ki, bu ətrafdakılara qəribə gəlsə də (rus qadının danışığından onun Azərbaycan dilini normal bildiyi anlaşıldığından), soydaşımız bir az da nümayişkaranə şəkildə rusca qırıldadmaqdan əl çəkmək fikrindən uzaq olduğunu daha qabarıq nümayiş etdirir. Bu, günümüzün reallığıdır. Yəni, söhbət ondan gedir ki, bu dinamika genişlənməkdədir.
Nəzərə alsaq ki, Azərbaycanda rus dilində təhsil alanların sayı ilbəil artır, rus dilinin intensiv tədrisi gündəmdədir (bir sözlə, rus dilində müxtəlif səviyyələrdə tədris ən azı yarım milyon soydaşımızı əhatə edir) deməli, adekvat olaraq assimlyasiyaya uğrayan soydaşlarımızın sayının artması ehtimalı da kifayət qədər böyükdür. Hazırda, “bələkdəcə” bundan sığortalanmağın qarşımızda duran başlıca vəzifələrdən biri olduğunu birmənalı şəkildə qəbul etməliyik. O ailələrdə ki millilik, vətənpərvərlik güclüdür, həmin ailələrin övladlarının hansı dildə, o cümlədən, rus dilində təhsil alması heç bir problem yarada bilməz, əksinə. Bu başa düşüləndir. Reallıqsa budur ki, bizdə heç də bütün ailələrdə milli-mənəvi dəyərlər başlıca meyar deyil, bunu boynumuza almalıyıq. Təhsilin rus dilində (istər sırf, istərsə də qismən) aparıldığı məktəblərdə, təəssüf ki, öz dilimizdə tədrisə qədərincə diqqət yetirilmir. Yəni Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası və bu qəbildən digər fənlər üstün tədris olunmur. Əslində, bu həlledici səhvdir. Baxın, özünə hörmət edən bütün millətlər, o cümlədən, qardaş Türkiyədə əcnəbi dil təmayüllü bütün məktəblərdə yalnız dəqiq elmlərin xarici dildə ətraflı keçilməsinə üstünlük verilir, yerli dildə ədəbiyyat, tarix, coğrafiya və digər belə fənlərin tədrisi maksimum diqqətdə saxlanır və məcburidir. Öz doğma dilini, ədəbiyyatını, tarixini, coğrafiyasını dolğun bilməyən, bunları yüksək vətənpərvərlik ruhunda iç dünyasına hopdurmayan (məktəb təkcə tədris deyil, həm də təlim və tərbiyə müəssisəsidir, özü də insanın formalaşan dövründə) vətəndaş ümummilli məqsədlərə xidmət edərmi, təbii ki, qətiyyən. Qardaş, məqsəd vacib əcnəbi dili öyrənməkdirsə, dəqiq elmlər buna maksimum imkan yaradır. Azərbaycanda da məhz bu yanaşma həlledici olmalıdır!!! İstər rus, istərsə də digər əcnəbi dillər mahiyyətcə yalnız və yalnız xarici dil kimi tədris olunmalıdır!!! Dünyadakı qabaqcıl elmi-texniki və digər zəruri mənbələrə çıxış imkanı, dünya mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə yaxından tanış olmaq fürsəti yaradan bir amil kimi öz yerini tutmalıdır. Bu, Azərbaycanda təhsil islahatlarını reallaşdıranların nəzərindən bir anlığa da olsun yayınmamalıdır. Azərbaycanda yaşayan və yaxud da buranı özünə ikinci vətən seçənlər də dünyanın hər yerində, ələxüsus da, inkişaf etmiş ölkələrdə olduğu kimi yerli dili də yetərincə bilməlidirlər. Bu, ölkəmizdə daimi yaşayan hər bir kəsin mənəvi borcudur.
Biz özümüz-özümüzə hörmət qoymasaq, bunu başqalarından tələb etməyə haqqımız yoxdur. Rus dilinin yenidən cücərən “vurğunları” onu da unutmamalıdırlar ki, tarixən geosiyasi maraqlarını əsas götürüb təkcə Azərbaycan türklərinə deyil, bütün türklərə qənim kəsilən elə Rusiya imperiyasıdır. Azərbaycan məhz ilk növbədə Rusiyanın xeyir-duası ilə ikiyə bölündü. Qardaş Türkiyə Rusiya ilə əsrlər boyunca döyüşüb, milyonlarla insan qurban vermək məcburiyyətində qalıb, nə qədər torpağını itirib. İndiki Rusiya Federasiyasının ərazisinin ən azı yarısını əhatə edən türkdilli xalqların məmləkətlərindəcə onlara qarşı assimlyasya siyasəti bir an da olsun belə səngimir. Krımı Rusiya ərazisi elan edən, buranın yerli türk-tatar xalqına yuxarıdan aşağı baxan da elə rus şovinistləridir. Yaddan çıxarmayaq ki, Çar Rusiyasının caynaqlarından qurtulub 20-ci əsrin əvvəlində müstəqilliyini elan edən Azərbaycanın İrəvan şəhəri və digəri torpaqları da rusların diqtəsi ilə ermənilərə verildi. Dağlıq Qarabağa erməniləri köçürən, onlara indinin özünün də “daydaylıq” edən, bizə halallıca torpaqlarımızı geri almağa imkan verməyən də ilk növbədə məhz Rusiya imperiyasıdır. İndiki reallıqda da Rusiyanın geosiyasi mətləbində elə bir ciddi dəyişiklik yoxdur, əksinə, daha çoxuna iddia edirlər. Sözsüz, biz ayıq-sayıqlıqla reallıqdan çıxış edərək şimal qonşumuzla münasibətlərimizi qurmalıyıq. Müstəqil Azərbaycan dövlətinin siyasəti də bu fəlsəfə üstündə qurulub, bu baxımdan balanslaşdırılmış siyasət yürüdülür. Di gəl, ayrı-ayrı fərdlərimizin bizi yenidən Rusiyaya calamaq istəyi, Rusiya pasportunu bağrının başında gəzdirmək niyyəti də gözdən yayınmır. Bunlar özlərinin dar, assimlyasiyaya uğramış düşüncəsinə uyğun olaraq ümummilli maraqları da qurban verməyə hazırdırlar. Azərbaycanda rus dilinin tədrisinin intensiv tədrisi prosesi elə qurulmalıdır ki, belələrinin xam arzusu ürəyindəcə qalsın.
Millət öz dilinin keşiyində daim müntəzir olmalıdır. Dilimizin təmizliyi məsələsi mütləq diqqət mərkəzində saxlanmalıdır. Əcnəbi sözlərin qarşılığı varsa, onların bizim dilə ayaq açmağına yol verməməliyik. Hər birimiz artıq dilimizə daraşmış yad əcnəbi sözlərin (ələlxüsusda, belə çoxluq təşkil edən rus sözlərinin) nitqimizdən çıxarılmasına səy göstərməliyik. Bi işdə mütəxəssislər də fəal olmalı, soydaşlarımızdan köməyini əsirgəməməlidir. Bunun üçün, sadəcə, vicdanının səsinə qulaq kəsilmək və zəhmətə qatlaşmaq yetərlidir. Hər birimiz qarşımıza məqsəd qoymalıyıq ki, lap elə, indiki andan öz dilimdən ehtiyac duyulmayan rus sözlərini silib-süpürməliyəm. Axı, “ostanovka” əvəzinə “dayanacaq”, eləcə də, “zavtrak”, “obed”, “ujin”, “sup”, “qreçka” sözləri əvəzinə “səhər yeməyi”, “nahar”, “şam yeməyi”, “şorba”, “qarabaşaq” desək, bəyəm, üzüyümüzün qaşı düşəcək? Yoxsa, dilimizdəki bu sözlərin nəyi əcnəbi dildəkilərindən əskikdir? Milli qınaq (bir daha təkrar edirəm, şovinizmə, siyasi xal yığmağa, qaraguruha uymadan, yalnız və yalnız özünə hörmət anlamında) elə bir səviyyəyə çatmalıdır ki, dəqiqəbaşı rus dilində cəhcəh vurmağa uyanlar da yerini bilməlidirlər. Onlar da bu, millilikdən kənar şakərlərindən qurtulmalıdırlar. Əgər, məqsəd rus dilində danışıq bacarığını təkmilləşdirməkdirsə, buyur, amma digər hallarda heç bir kəsin bu millətin dopdoğma dilinin qəsdinə durmağa ixtiyarı yoxdur. Orta məktəblərdə təkcə ana dilinin deyil, bütövlükdə tədrisin səviyyəsi dünyanın qabaqcıl təcrübəsinə uyğunlaşdırılmalı, rəqabətədavamlı olmalıdır ki, rus və ingilis bölmələrinə üz tutanların sayı durmadan artmasın. Jurnalist adı altında dilimizə xələl gətirənlərlə mübarizə də bir an da olsun səngiməməlidir. Həmin sahədə də kəsərli addımların atılmasının vaxtı yetişib. Müstəqillik illərində dilimizin şifahi xalq ədəbiyyatımız və ortaq türk dillərindən ehtiyac duyularaq götürülən sözlər hesabına zənginləşdiyi də danılmaz faktdır. Bu, təqdirəlayiq haldır. Dillə bağlı olduqca mühüm bir məqam da diqqətdən yayınmamalıdır. Əksəriyyətimiz, əsasən, uşaq, yeniyetmə və gənclərimiz öz fikirlərini doğma dilimizdə dolğun çatdırmaqda çətinlik çəkirlər, yəni kasad səviyyədə qənaətlərini bölüşürlər. Bu da ilk növbədə təhsilin lazımi səviyyədə olmamasından, məktəblərimizdə nitq qabiliyyətinin lazımınca formalaşdırıla bilməməsindən qaynaqlanır. Əgər, əvvəlki dövrlərdə aşıq toyları, şifahi xalq ədəbiyyatına güclü maraq bu boşluğu aradan qaldırmaqda qədərincə kara gəlirdisə, təəssüf ki, sosial şəbəkələrin tüğyan elədiyi indiki zamanda bu əvəzsiz imkandan məhrumuq. Deməli, bu yöndə də axtarışlar da başlıca hədəflərdən biri olmalıdır.
Bu il təkcə Azərbaycan Xalq Cümhuriyyətinin deyil, eləcə də, Azərbaycan dilinin – türk dilinin (1918-ci il iyun ayının 2-də dövlət dili elan edilən Azərbaycan türkcəsinin) dövlət dili elan edilməsinin 100 illiyini bayram edirik. 50 milyonluq millətimizin dilinin ən kəsərli silahlarımızdan, dövlətçiliyimizin başlıca təməl daşlarından biri olduğunu da heç zaman unutmamalıyıq, onun müqəddəsliyinin keşiyində ayıq-sayıq olmalıyıq. Bizim millətin nə qədər çox nümayəndəsi xarici dilləri, o cümlədən, bizim üçün vacib əhəmiyyət kəsb edən rus dilini mükəmməl bilərsə, bu bizim bir o qədər üstünlüyümüzdür. Təbii ki, doğma dilində rəvan və dolğun danışmaq, milli soykökünə dərindən bağlı olmaq şərtilə.
P.S: Aşağıdakı hekayə bu essedə qələmə aldıqlarımın nə qədər vacib olduğuna dəlalət edən həyat reallıqlarından qaynaqlanıb.
Bizdən yoxdur, yekik, yek
(hekayə)
Mehdi ilə Rəsul iş yerlərinin beş addımlığındakı avtobus dayanacağında rastlaşdılar. İllərdi eyni idarədə işləsələr də, başqa-başqa binalarda oturduqlarından ürəkdən söhbət eləmək fürsəti ara-bərə onların qismətinə düşərdi. Bir də ki, işdən başlarının aynıyan vaxtı az olurdu.
- Salam, bratok, iş vaxtı hara belə?
- Salam, evə, abedə gedirəm.
- Mən sənin yerinə olsam ərinərdim, malades.
- Cəmi üç astanovkadı da, bir göz qırpımında çatıram.
- Nə əcəb, öz stalovamızda yemirsən?
- Narmalnı pervi, vtaroy versələr yeyərdim, az qalır, adam skorılıq ola.
- Düz deyirsən, çarəsizlikdən mən katletsiz-zadsız ancaq qreçka ilə bir təhər mədəmi aldadıram.
- Yemək cəhənnəmə, ələ gələsi vilka-qaşıqları da yoxdur, toxunmamış iki qatlanır, adamın apetiti ölür, lap.
- Axşam növbəsində işləyəndə də ujinə evə gedirsən?
- Kaneşna, başqa yolu yoxdur.
- Nə yaxşı ki, heç olmasa, zavtrak vaxtı evdə olursan, yoxsa, yol ölçməkdən səndə can qalmazdı.
- Zato, nəğd bilirəm ki, hər şey damaşnıdı, qorxusu yoxdur.
- Malades sənə, paxıllığım tutdu.
- İndi marozdu deyənə avtobusa minirəm, yoxsa, hava əl verəndə evə abedə peşkom da gedirəm.
Gözlədiyi avtobusun yaxınlaşdığını görən Mehdi irəli şığıdı. Sən demə, Rəsul da elə həmin avtobusa minəcəkmiş.
- Sən də 18-nən gedirsən, nə yaxşı, bir az da söhbət eləmək şansımız yarandı.
- Diqqətli ol, avtobus şoferlərinə etibar yoxdur, piyan kimi sürürlər, müştəriləri tez götürsünlər deyə, ancaq abqondadılar.
- Gəl, burda oturaq, hələki bu yerlər zanit döyül.
- Sən otur, narahat olma, mən peşkom dayanacam.
- Əşi, gəl otur, lişni tərslik eləmə.
Yerlərini təzəcə rahatlamışdılar ki, babulyalardan biri başlarının üstünü kəsdirdi. Rəsul o andaca yerini ona verdi.
- Saq ol, oqlum.
- Pajalusta.
Rəsul bir az da Mehdiyə sarı yan aldı. İş yoldaşını qəribə tərzdə süzərək gicgahına əl gəzdirib, yenə söhbətə keçdi.
- Mehdi, sən canın, doğrudan, hər gün abedə evə gedib-gəlmək səni nadeyedat eləmir?
- Burda elə bir şey yoxdur, yəqinki, bu nastrayenidən asılıdır, kiminin döşünə yatır, kimininkinə isə yox.
- Cəmi bircə saatlıq abed vaxtı pazvalyat eləyir də, narmalnı gedib-qayıtmağına?
- Hələ, lişni vaxtım da qalır.
- Maraqlıdır, indi evdə xozyayka nə bişirib sənin üçün, bilirsən?
- Kaneşno, sup, bir də jarko.
- Jarkonu elə dedin ki, lap ağzım sulandı.
- Doğrudan, yoldaşım onu klasnı bişirir, barmaqlarını yalayırsan, onun dərdindən oğlum da böyük zvonokda yeməyə məktəbdən evə qaçıb gəlir. Hələ mən raznı-raznı salyonluları demirəm, indiki morozda zoğal varenasıynan pürrəngi çayın isə lap özgə yeri var.
- Görünür, ponyatkalı uşaqdır, yəqin, həm də səni çox ubıtkaya salmaq istəmir.
- Düz tutmusan, vapşe, başkası pis işləmir.
- Dərslərini necə, vısşı oxuyur, yoxsa, mənimki kimi dvoyişnikdi?
- Müəllimləri dovolnıdı, bircə rus dilindən axsayır.
- Necə, yaxşı razbirat eləmir, yoxsa, problem başqadır?
- Yaralı yerimə toxundun, rus dilindən vopşe noldu, nol, heç cür baş aça bilmirəm, niyə belədir?
- Bəlkə, müəllimləri xaltura eləyir, prosto yola verir. Bəzi müəllimlər naroşno uşaqları yaxşı öyrətmirlər ki, əlavə dərs deyib beş-on manat çak-çuk eləsinlər.
- Yox, Allah var başımızın üstündə, oğlumun rus dili müəllimi çestnı qadındır.
- Yəqin. Onda, oğlun evdə iqralardan əl çəkmir, indiki uşaqlar, az qala, kompüteri qucaqlayıb yatalar.
- O da var.
Mehdi nöbəti dayanacaqda düşəcəkdi deyə, yerini Rəsula verdi. İş yoldaşına onunla birlikdə evlərinə nahara getməyi təklif eləsə də, Rəsul vacib işinin olduğunu dedi.
- Sən hara belə, bayaqdan fikir verirəm, yaman çortdasan?
- İşdə yaman qruzit eləyirlər, çox yoruluram.
- Düzdür, ponyatkalı olanda adama başını qaşımağa belə aman vermirlər.
- Bax, indi bu mənə lazımdır, rəis məni tələm-tələsik vizitka çıxartdırmağa yollayıb. Naxadu ora dəyib, yenə qayıtmalıyam axşamacan paxat eləməyə. Verdikləri də, qəpik-quruş.
Rəsulun gülləsi hədəfə tuş gəlmişdi. Aldığı məvacibi Mehdi də aydan-aya güc bəla ilə yetirə bilirdi. Buna baxmayaraq arada yüz-yüz vurmağı da vardı.
- Rəsul, evimizə dəvət elədim, otkaz getdin, bəlkə, axşam birlikdə yüngülvari ujin eləyək, zaquskası məndən. Əla pelmenni yeri bilirəm, lap yerinə düşər, indiki morozda xəmir xörəklərinin özgə yeri var.
- Malades, bu lap naxodka oldu, ürəyimdən xəbər verdin, qaryuçi də mənlik.
- Onda, paka, axşam işdən çıxanda görüşərik.
- Yes, qud bay, bratok. Zəngini gözləyəcəm ha, fikrini dəyişib eləmə, yoxsa, nastrayenimi korlayarsan, başqa şeydən narahat olma, bədə-bəddə şot mənlikdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır