"Hərbi vəziyyətin ləğv edilməsi haqqında” sənəd plenar iclasa tövsiyə olunub
Tarix: 08-12-2020 13:30 | Bölmə: Siyasət
"Hərbi vəziyyətin ləğv edilməsi haqqında” sənəd plenar iclasa tövsiyə olunub

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Məlumata görə, iclasda “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çxıarılıb.

Müzakirələrdən sonra sənəd parlamentin dekabrın 11-də keçiriləcək plenar iclasına tövsiyə olunub/Report.

Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyətin ləğv olunacaq.




Bölməyə aid digər xəbərlər