Həmsədrlər Azərbaycan və Ermənistana səfər edəcək
Tarix: 09-12-2020 15:00 | Bölmə: Siyasət
Həmsədrlər Azərbaycan və Ermənistana səfər edəcək

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu həftənin sonunda Bakı və Yerevana növbəti səfəri nəzərdə tutulur.

Reyting.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Filip Riker ABŞ Helsinki Komitəsində ATƏT-ə dair keçirilən dinləmələr zamanı bildirib.

Diplomat son 30 il ərzində regionda kövrək sülhü qoruyub saxlamaqda Minsk qrupunun və həmsədrlərinin töhfəsini vurğulayıb.




Bölməyə aid digər xəbərlər