Əli Kərimlinin köməkçisi cərimələnib
Tarix: 12-12-2020 13:52 | Bölmə: Siyasət
Əli Kərimlinin köməkçisi cərimələnib

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları respublikamızda gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.

Səbail RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılıblar.

Qeyd edək ki, Faiq Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər