Daha bir icra başçısının həbs xəbəri yayılıb
Tarix: 12-12-2020 17:03 | Bölmə: Siyasət
Daha bir icra başçısının həbs xəbəri yayılıb

Daha bir icra başçısının həbs xəbəri yayılıb.

"Ölkə.Az" xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həbs edilməsi ilə bağlı informasiyalar var.

Xəbərdə iddia olunub ki, rayonun icra başçısı və İH-nin yüksək səlahiyyətli vəzifəliləri sorğuya cəlb olunublar. Şahidlər iddia edirlər ki, onlar İcra Hakimiyyəti binasından çıxarılaraq bilinməyən istiqamətə aparılıblar.

Yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, Abdin Fərzəliyev 15 ildir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır.




Bölməyə aid digər xəbərlər