Rusiya MN-dən Hadrutdakı təxribata reaksiya: "Vəziyyətin kəskinləşməsinin qarşısı alınıb”
Tarix: 13-12-2020 18:23 | Bölmə: Siyasət
Rusiya MN-dən Hadrutdakı təxribata reaksiya: "Vəziyyətin kəskinləşməsinin qarşısı alınıb”

Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb.

"Bütün təmas xətti üzrə atəşin dayandırılması rejimnəi riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, - nazirliyin xəbərində deyilir.

Nazirlik bildirib ki, Rusiyanın sülhməramlı kontingenti ilə vətəndaşların daimi yaşama yerlərinə təhlükəsiz qayıdışı təmin olunur, humanitar kömək göstərilir, mülki infrastruktur obyektləri bərpa edilir/Report.




Bölməyə aid digər xəbərlər