Paşinyan daha iki kəndin Azərbaycanın nəzarətinə keçdiyini etiraf edib
Tarix: 13-12-2020 21:27 | Bölmə: Siyasət
Paşinyan daha iki kəndin Azərbaycanın nəzarətinə keçdiyini etiraf edib

Dekabrın 11-də Hadrut istiqamətində yaranan gərginlik zamanı daha iki kənd (Köhnə Tağlar və Çaylaqqala) Azərbaycanın nəzarətinə keçib.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında bildirib.

O, uzun-uzadı çıxışında ölkədəki etirazlara da münasibət bildirib. Deyib ki, dünənki gərginlikdən sonra müxalif liderlərinin bəziləri onunla əlaqə yaradıb: "Bu, yaxşıdır ki, gələcəkdə nə edəcəyimiz haqda ortaq qərarlar verə bilək".

Paşinyan iclasda Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasının vacibliyinə də toxunub: "Hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq lazımdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər