İqor Korotçenko: “Hadrutda təxribat törədənlərə terrorçular kimi baxılmalıdır”
Tarix: 13-12-2020 23:15 | Bölmə: Siyasət
İqor Korotçenko: “Hadrutda təxribat törədənlərə terrorçular kimi baxılmalıdır”

“Hadrutda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə beynəlxalq terrorçular kimi baxılmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Teleqram səhifəsində yazıb.

İ. Korotçenko qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Rusiya prezidenti Vladimir Putin dəfələrlə bayan edib”.

Hərbi ekspert yazıb ki, meşələrdə gizlənib Hadrutda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə bütün nəticələri ilə birlikdə beynəlxalq terrorçular kimi baxılmalıdır.




Bölməyə aid digər xəbərlər