07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Nazir: "Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir"
Tarix: 24-11-2022 18:13 | Bölmə: Siyasət
Nazir: "Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir"

“Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”.

Reyting.az 
xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: "Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.

Nazir qeyd edib ki, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir:"Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}