19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
14:56 / 24-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 24-10-2025
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
14:17 / 24-10-2025
“Quş qripi” Almaniyanı təhdid edir
14:05 / 24-10-2025
Ruslar Xarkovu bombalayıb, itki var
14:03 / 24-10-2025
Gəncədə tanınmış vəkil saxlanılıb
14:01 / 24-10-2025
AYB məhkəmədə şairə qalib gəlib
13:57 / 24-10-2025
Orban ABŞ sanksiyaları ilə mübarizəyə başlayıb
13:52 / 24-10-2025
"Sputnik Azərbaycan"ın şef redaktoru ev dustaqlığına buraxılıb
13:23 / 24-10-2025
Məhbuslar Sarkozidən Qəddafinin qisasını alacaq
13:19 / 24-10-2025
Milli Məclisin iclasında deputatlar arasında gərginlik yaranıb
13:03 / 24-10-2025
Prezident yol tikintisi ilə bağlı sərəncam imzalayıb
13:01 / 24-10-2025
Rusiya hərbçilərini Pokrovsk sektorundan qovublar
12:53 / 24-10-2025
Tramp 2028-ci ildə yenidən namizədliyini irəli sürəcək
12:51 / 24-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:44 / 24-10-2025
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
12:34 / 24-10-2025
Bakı Gəmirqayırma Zavodu daha 6 il müddətinə vergidən azad olunacaq
12:28 / 24-10-2025
Milli Məclis sığorta ilə bağlı dəyişikliyi təsdiqləyib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
Tarix: 15-04-2024 20:08 | Bölmə: Slayd

Rusiyanın casus şəbəkəsi Hindistan vətəndaşlarını aldadaraq Ukrayna cəbhəsinə yollamaqla müharibəyə cəlb edir. "BBC News" bildirir ki, aldadılan şəxslər Hindistandan gələrkən onların hər birinə yüksək maaş qarşılığında xüsusi və böyük önəm daşıyan obyektlərin etibarlı qorunması üçün mühafizəçi işi söz verilir, daha sonra isə Hindistan vətəndaşlarının pasportları əllərindən alınır.
Reyting.az "BBC News" telekanalına istinadla xəbər verir ki, Rusiyanın agentləri Hindistan vətəndaşlarını müxtəlif yollarla və işə qəbul bəhanəsi ilə aldadaraq Rusiyaya gətirdikdən sonra onları Ukrayna ilə döyüş meydanına göndərirlər.
Böyük əzab-əziyyətlər bahasına geri dönməyi bacaran iki hindli bu barədə danışıb. Onların sözlərinə görə, 2024-cü ilin mart ayında Hindistanın xüsusi xidmət orqanlarının məxfi əməkdaşları və ölkənin digər kəşfiyyat agentlikləri rəsmi olaraq bildiriblər ki, onlar nəhayət “əsas insan alveri şəbəkəsini” aşkar ediblər.
Məlumatlarda qeyd edilir ki, həmin şəbəkədə hindli gənclər yüksək maaşlı iş təklifləri ilə Rusiyaya sövq edilib, bundan sonra Rusiya ərazisinə daxil olan hindlilər aldadılıb. Bəhanələrlə pasportları götürülüb, daha sonra qanunsuz şəkildə, guya könüllü olaraq müharibəyə qoşulanlar kimi onları hərbi təlimlərə göndəriblər.
Ukraynadakı cəbhə xəttinə, Rusiya ordu sıralarının tərkibində zorla döyüşməkdən ötrü neçə hindlinin göndərildiyi və neçə nəfərin həlak olduğu, yaralandığı, yaxud da itkin düşdüyü barədə hələ ki, dəqiq məlumat yoxdur. Ukrayna ilə savaşan Rusiya Federasiyasının Hindistan vətəndaşlarına qarşı alçaldıcı münasibət göstərməsinə sərt reaksiya verməklə bu mövzuya laqeyd qalmaq istəməyən hind mətbuatı yazır ki, əgər bu proses normal, qaydalara uyğun həyata keçirilsəydi, ola bilsin ki, 100-ə yaxın, bəlkə də daha çox Hindistan vətəndaşı müharibə qanunları çərçivəsində Rusiya ordusu ilə müqavilə bağlaya bilərdi. Aldadılaraq müharibəyə aparılanlardan biri Rusiyaya getdikləri üçün peşman olduqlarını deyib. BBC təsadüf nəticəsində öz vətənlərinə qayıtmış iki hindli ilə danışıq zamanı bir çox maraqlı məqamlar ortaya çıxıb.
Ruslar tərəfindən aldadılmış hindlilərdən biri, Hindistanın Kerala ştatının sakini və cənubda yerləşən Ançutenqu kəndindən olan balıqçı Sebastyan deyib ki, bir neçə ay əvvəl iki dostu ilə birlikdə qazanclı iş tapmaqdan ötrü yaxınlıqda yerləşən yerli işəgötürmə agentliyinə (Agentlik, işçiləri indi axtarışdadır) gəliblər. Onlar əvvəlcə Avropada iş tapmaq istəyiblər. Ancaq həmin şəxslərlə danışan agent söyləyib ki, onlara əla iş təklifi edə bilər. İşəgötürmə agentliyinin əməkdaşı vətəndaşlara Avropanı deyil, Rusiyanı məsləhət görüb. Agent söyləyib ki, onlar üçün Rusiyada aylıq maaşı 200 min rupi (220 min rubl) olan "Mühafizəçi” işlərini təklif edir. Şahidin sözlərinə görə, təklifi eşidən kimi dərhal razılaşıblar, çünki belə bir maaş Hindistan əyalətində yaşayanlar üçün çox böyük məbləğdir.

Daha sonra Sebastyan söhbəti zamanı bildirib ki, o və dostları Rusiyaya getmək üçün viza xərci olaraq həmin agentə 700 min rupi (770 min rubl) ödəyiblər. Ona və dostlarına yanvar ayının 4-də təyyarə ilə Moskvaya uçmaq qismət olub. Orada isə bu şəxsləri öz həmyerliləri olan və Kerala əyalətində yayılmış malayalee dilində danışan, adının isə Aleks olduğunu söyləyən hindistanlı şəxs qarşılayıb. Ertəsi gün agent onları Kostromaya aparıb, orada onların iştirakı ilə rus dilində müqavilə imzalanıb. Halbuki işləmək xətrinə razılıq verən, bu müqaviləyə imza atanların heç biri rusca bilmirdi.
Sebastyan deyib ki, sonra onlara xəbər veriblər ki, üç nəfər hindistanlının göstəriciləri uyğun gəldiyinə görə artıq iş tapılıb və onlar Şri-Lankada işləyəcəklər. Daha sonra həmin şəxslər Hindistandan gələnləri aldadaraq Rostov vilayətindəki hərbi düşərgəyə aparıblar. İş axtaran bu əcnəbilərin pasportları, mobil telefonları da elə orada götürülüb.
Sebastyan ifadəsində xüsusi olaraq qeyd edib ki, hindlilərin də qatıldığı və yanvar ayının 10-dan başlayan məşqlər “gecə-gündüz” davam edib. Rusiyada aldadılmış, fırıldaq yolu ilə, yüksək maaşlı iş vədi verilməklə daha sonra zorla Ukraynaya göndərilmiş Hindistan Respublikasının vətəndaşı olan Sebastyan başına gələnləri belə nəql edib: "Bizi sanki cəhənnəmə salmışdılar. Adımızı da yeni çağırışçı qoymuşdular. Rütbəlilər isə bizi başqalarına nümunə olaraq göstərib deyirdilər ki, guya Ukraynada döyüşmək üçün biz Hindistandan Rusiyaya könüllü gəlmişik. Yeni çağırışçılara tank əleyhinə qumbaraatanlardan istifadə etmək, həm də müxtəlif növlü silahlardan atəş açmaq və həmçinin ilkin tibbi yardım göstərmək öyrədilirdi. Məni elə dəyişdirdilər ki, təlim zamanı istifadə etdiyim silahlardan artıq oyuncaq kimi həzz alırdım, lakin xülyam tez dağıldı və döyüş meydanında hər şey dəyişdi".
Sebastyan üç həftə davam edən hərbi təlimdən sonra otuz nəfərlik qrupla şiddətli müharibə bölgəsinə - Lisiçanska göndərilib. Orada ona deyiblər ki, legioner bir döyüşçü kimi müharibə bitənə qədər Ukrayna ərazisində qalacaq. "Özgə çarəm olmadığından ruslar tərəfindən döyüşdə iştirak etməyə razı oldum, yoxsa məni də "bədbəxtlik nəticəsində" aradan götürüb izi itirəcəkdilər",- deyən şahidin sözlərinə görə, təxminən 15 dəqiqə çəkən dəhşətli döyüşdən sonra yaxın məsafədən atılmış güllə qulağının yanından keçib. Nəticədə onun yanındakı rus əsgəri həlak olub, Sebastyan isə qorxusundan cəsədin üstünə yıxılıb. "Yerdə bir saatdan çox uzanılı vəziyyətdə qaldım və qəfildən yaxınlıqda mərmi partlayışı səbəbindən ayağımdan yaralandım. Orada köməyimə gələn olmadığından məcbur qalıb bütün gecəni qan içində səngərdə keçirdim. Sonra öz qərarımı verdim və ertəsi gün cəbhə xəttindən qaçdım. Başıma gələnlər mənə ibrət dərsi oldu, üstəlik, bir neçə həftə xəstəxanalarda qalmalı oldum. Çox çətin bir vəziyyət idi. Sonra sanki möcüzə baş verdi, bəxtim gətirdi və bir aylıq məzuniyyət ala bildim. Həmin vaxt ərzində ünsiyyət qurduğum yerli xristian keşişin köməyi məni xilas etdi. Bu keşişin vasitəsilə Hindistanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlaya bildim, mənə müvəqqəti pasport verildi. Beləliklə, nəhayət evə qayıda bildim",- deyə dəhşətli tarixçəsini "BBC News"-a ətraflı danışan Sebastyan bildirib ki, onunla birgə Rusiyaya yollananların, yəni iki dostunun başına nələr gəldiyi isə hələ də məlum deyil.
Sebastyan yenidən öz sevimli peşəsinə, balıq ovuna qayıtmağı planlaşdırır. Zorən döyüşçüyə çevrilmiş kəndli çətinlikdən qurtulmağı düşünür. O deyib:
“Mən agentə ödəmək üçün aldığım borc pulu qaytarmalıyam və sonra isə həyatıma yenidən başlamalıyam”.

"BBC News"-un əməkdaşı ilə söhbətində Cammu və Kəşmir sakini Ukraynaya qarşı müharibəyə göndərilmiş aldadılan övladı barədə, 31 yaşlı oğlu Azad Yusuf Kumarı misal çəkib. Onlar Azadın Rusiyada yaxşı işlə təmin olunduğunu zənn ediblər, lakin bir qədər sonra hindlinin ailəsi onun 28 fevral, 2024-cü ildə Ukrayna cəbhəsində ağır döyüşdə yaralandığını öyrəniblər. Azad Yusuf Kumar da aldadılaraq savaşa cəlb edildiyini söyləyib.
Keraladan olan başqa bir balıqçı, 23 yaşlı David Muthappanın da başına oxşar hadisə gəlib. Muthappan da "işəgötürmə agentinin zəhməti nəticəsində" müharibə meydanına atıldığını söyləyib.
2023-cü ilin oktyabrında D. Muthappan sosial şəbəkələrdə iş axtaran zaman təsadüf nəticəsində “Facebook” səhifəsindəki elanı görüb. Rusiyada “təhlükəsizlik məmuru” kimi işləmək barədə elanda bildirilirdi ki, buradakı işin aylıq maaşı 204 min rubldur. Muthappan çox sevinib, hətta o, nişanlısına evlənmək və ev tikmək üçün pul qazanacağını vəd edərək Rusiyaya gedib.
Daha bir aldadılmış hindli kimi o da hərbi təlim keçib və sonra Donetsk yaxınlığında döyüşməyə yola salınıb. Onu müharibə qorxusu elə çaşdırıb ki, dekabr ayının sonunda cəbhədə ayağını sındırıb, bundan sonra isə Luqansk, Volqoqrad və Rostov-na-Donu xəstəxanalarında iki ay yarım müalicə almalı olub. Muthappanın bu vəziyyətindən xəbər tutan hindistanlı tanışları mart ayında ona Moskvadakı səfirliyə getməyə kömək ediblər və beləliklə, o vətəninə qayıda bilib.
Muthappan, həm də onun nişanlısı bu stressdən qurtulmaq, sağalıb normal həyata qayıtmaq üçün toylarını daha iki il təxirə salmaq qərarına gəliblər.
Muthappanın sözlərinə görə, o, daha çox döyüş meydanında adam öldürmədiyinə sevinir. “Bir gün ukraynalılar bizdən 200 metr aralıda idi. Bizə irəli getməyi əmr etdilər, amma mən onlara bir güllə də atmadım. Mən heç kimi öldürə bilmərəm”,- deyən D. Muthappan əlavə edib ki, indi tədricən stabil bir həyata dönür.
Xatırladaq ki, "Reuters" agentliyi martın əvvəlində Ukraynadakı döyüşlər zamanı Hindistanın azı iki vətəndaşının həlak olduğunu yazıb. Hindistan hakimiyyəti isə onlardan birinin öldüyünü təsdiqlədə bilib.
Qeyd edək ki, Hindistan Respublikasının Xarici İşlər Nazirliyi dəfələrlə öz ölkəsinin vətəndaşlarını xəbərdar edərək onları Rusiya ilə Ukrayna arasındakı müharibədən “uzaq durmağa” çağırıb. Hindistan həm də baş verənlərə görə öz narahatlığını ifadə edib və rəsmi Moskvaya siyasi təzyiq göstərdiyini bəyan etməklə, müharibədə aldadılmış hindlilərin müqavilələrinə tez, vaxtından əvvəl xitam verilməsini Rusiya hökumətindən tələb etdiyini vurğulayıb.
"BBC News"-un yeni məlumatına görə, Rusiya tərəfindən aldadılaraq Ukraynada müharibəyə cəlb olunan hindlilərin artıq öz evlərinə dönmə prosesi başlayıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
Bu gün, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
Bu gün, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
Dünən, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
Dünən, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Dünən, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki