Tramp: İran yer üzündən silinməlidir!
Tarix: 26-07-2024 18:00 | Bölmə: Siyasət
Tramp: İran yer üzündən silinməlidir!

ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial media hesabında qeyd edib ki, Amerika İranın xəritədən silinməsini istəyir.

Reyting.az
xəbər verir ki, ABŞ-nın keçmiş prezidenti Tramp sosial sosial media platformasındakı paylaşımında aşağıdakı ifadələri işlədib:

"Əgər onlar prezident Trampa sui-qəsd etsələr, - bu, həmişə ehtimaldır, - mən ümid edirəm ki, Amerika İranı məhv edəcək və onu yer üzündən siləcək. Bu baş verməsə, Amerika liderləri “qorxaq” kimi görünəcəklər”.

Respublikaçı lider paylaşımına İsrailin baş naziri Benyamin Netanyahunun çərşənbə günü ABŞ Konqresindəki çıxışının videosunu da əlavə edib.

Xatırladaq ki, Netanyahu çıxışında Yaxın Şərqdəki bütün xaosların arxasında İranın durduğunu iddia edərək, ABŞ-da Fələstinə dəstək aksiyalarını Tehranın maliyyələşdirdiyini bildirib.

Onu da qeyd edək ki, iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə Trampa silahla hücum olub. 20 yaşlı hücumçu Tomas Metyu Kruksun və bir nəfərin öldüyü sui-qəsd zamanı Tramp qulağından güllə yarası alıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər