Kral ailələrində təşviş: biri paytaxtı tərk etməyə məcbur oldu, digəri karantinə alındı - Foto
Tarix: 26-03-2020 11:40 | Bölmə: Dünya
Kral ailələrində təşviş: biri paytaxtı tərk etməyə məcbur oldu, digəri karantinə alındı

Dünyada sürətlə yayılan koronavirus epidemiyası kral ailələrində də ciddi təşvişə səbəb olub. Ötən gün İngiltərə Kraliçası II Yelizavetanın oğlu Çarlzda koronavirus testinin pozitiv çıxması digər ölkələrdəki kral ailələrində də qorxu ilə qarşılanıb.

Reyting.az
xəbər verir ki, İsveçin 71 yaşlı kralı Qustav və 76 yaşlı kraliça Silvia koronavirusa yoluxmaq riskini azaltmaq məqsədilə paytaxt Stokholmu tərk edərək Flen şəhərindəki saraylarına gediblər.

Məlumata görə, risk qrupuna daxil olan İsveç kralı və kraliçası Krallığın ailə üzvləri ilə görüşlərini telefon və video-görüntü üzərindən həyata keçirirlər.

Kral ailəsinin sözçüsü Marqreta Torqren deyib ki, kral və kraliça evdən bayıra çıxmadıqları üçün virusa yoluxmaq riskləri minimuma enib.

Kral ailələrində təşviş: biri paytaxtı tərk etməyə məcbur oldu, digəri karantinə alındı

Bu arada Malaziya pasdşahı və xanımı karantinə alınıb.

Reyting.az “Təsnim”-ə istinadla xəbər verir ki, səbəb Sultan Abdullah Rəaddin və şahbanunun 7 xidmətçisinin COVID-19-a yoluxmasıdır.

Xanədan üzvləri 14 gün ərzində karantinə almaq qərarı veriblər.

Hazırda Malayziyada koronavirusa yoluxanların sayı 1796 nəfərə, virus qurbanlarının sayı isə 21 nəfərə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}