Türk kosmik gəmisi Somalidən fəzaya qalxacaq
Tarix: 19-02-2021 17:00 | Bölmə: Slayd
Türk kosmik gəmisi Somalidən fəzaya qalxacaq

Türkiyə Somalidə kosmodrom tikməyi planlaşdırır.

Reyting.az
“Middle East Eye”-ə istinadla xəbər verir ki, 2028-ci ildə Aya yumşaq eniş etməyi hədəfləyən Türkiyənin bu yaxınlarda elan etdiyi kosmik proqramı 1 milyard dollara başa gələcək.

Mötəbər mənbələr, həmçinin, Ankaranın Somalidə raket buraxılışı meydançasının inşaasına başlayacağını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay insansız missiyalarla Aya uçuş məqsədi ilə 2 ayrı mərhələdən ibarət iddialı bir layihəni açıqlayıb.

Cümhuriyyətin 100-cü ildönümündə, 2023-cü ildə orbitə çıxarılacaq yerli istehsallı hibrid raketlə Aya ilk peyk buraxmağı planlaşdırılır.

İkinci mərhələ, 2028-ci ildə Türkiyənin öz imkanları ilə Aya yumşaq eniş etməyi hədəfləyir.

MEE-nin türk mənbəsi törəmə şirkəti olan “Deltav”ın (Space Technologies Incorporated Company) 600 milyon dollardan çox büdcəsi ilə xərclərin əsas hissəsini alacağını göstərib.

“Deltav”ın sədri Arif Karabeyoğlu keçən il maye oksigen və parafin istifadə edən raket mühərriki istehsal etdiyini bildirib.

Eyni mənbə hökumətin 2011-ci ildən bu yana Türkiyənin dünyanın ən böyük təlim bazasına ev sahibliyi edən və əsas təhlükəsizlik tərəfdaşı olan Somalidə raket buraxılış meydançası qurmağı planlaşdırdığını söyləyib. Ekvatora yaxın olduğu üçün Fransa 1960-cı illərdə bu ölkəni kosmodroma çevirmək istəyib.

Hökumətin layihə hesablamaları Somalidə kosmodromun yaradılması və saxlanmasının 350 milyon dollardan çox vəsaitə başa gələcəyini göstərir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}