07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Qarabağ klanı”nı sıradan çıxaracaqlar” - Professor
Tarix: 05-03-2021 16:55 | Bölmə: Slayd
“Qarabağ klanı”nı sıradan çıxaracaqlar”

“Köçəryanın müharibənin bitmədiyi ilə bağlı dedikləri növbəti sərsəm açıqlamadır. Köçəryan əslində belə bəyanatları ilə erməni xalqını qorxutmaq istəyir. Mənası da odur ki, Nikol Paşinyanı yerindən tərpətsin. Bunun üçün də erməni xalqını qorxutmağa cəhd edir. Bundan başqa bir mesaj yoxdur”.

Bu fikirləri Reyting.az-a professor Rüstəm Məmmədov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rus mediasına verdiyi müsahibəsində “Ədalətsiz sülh müharibəyə səbəb olur”, - sözlərini qiymətləndirərkən deyib.

R. Məmmədov hesab edir ki, Köçəryanın bu açıqlamasını “mən hakimiyyətə gəlsəm müharibə başlayacaq”,- şəklində dəyərləndirmək doğru olmazdı: “Əksinə, Köçəryan demək istəyib ki, müharibə bitməyib. Paşinyanı qızışdırmaq lazımdır ki, müharibə davam etsin. Onun son açıqlamasını bu cür şərh etmək lazımdır”.



Professor əlavə edib ki, R. Köçəryanın indi əsas məqsədi Ermənistanda “Qarabağ klanı”nı qoruyub saxlamaq, birləşdirmək və gücləndirməkdir: “Mən bundan əvvəl də qeyd etmişəm ki, Robert Köçəryan Ermənistanda ölü fiqurdur. Elə Serj Sərksiyan da ölü siyasətçidir. Onları “diriltməyin” yeri yoxdur, erməni xalqı da buna getməyəcək. Onlar siyasətdə bir daha dirilməyəcəklər. Erməni xalqı bu şəxsləri “julik” kimi tanıyır”.

R. Məmmədov hesab edir ki, Ermənistan üçün yaxın dövrdəki ssenariyə əsasən Baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirəcək: “Sözsüz ki, yeni təmizləmələr olacaq. Hakimiyyətə yeni və sağlam qüvvələr gələcək. “Qarabağ klanı” bu prosesin kənarında qalmalı olacaq. Əslində “Qarabağ klanı” Paşinyanın üzərində qara bulud kimi qalmışdı. Bundan xilas yolu tapılacaq və bu klanı sıradan çıxaracaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}