08:57 / 15-09-2025
Xəzər dənizində zəlzələ baş verib
08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
08:01 / 15-09-2025
Gideon Saar Petro Sançesin hərəkətini “biabırçılıq” adlandırıb
07:55 / 15-09-2025
“Çarli Kirk şousu”nu Vens aparacaq
07:47 / 15-09-2025
Baş nazir: “İsrailə qarşı İslam ölkələrinin güc alyansını yaradaq”
07:39 / 15-09-2025
Azərbaycanda Bilik günü qeyd olunur
07:30 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

İtirilmiş nüvə bombaları böyük təhlükəyə çevrilib
Tarix: 18-09-2022 12:19 | Bölmə: Slayd

1945-ci ildə ABŞ Yaponiyaya atom bombası atdıqdan bir müddət sonra - 1949-cu ildə Sovet İttifaqı ilk atom bombasını uğurla sınaqdan keçirdi və bu, “Soyuq müharibə”nin başlaması ilə nəticələndi. 1950-ci illərdə başlayan qlobal münaqişənin getdikcə şiddətləndiyi günlərdə isə dünyanı məhv edəcək qədər atom bombasının yoxa çıxmasının sirri hələ də açılmayıb. Dünyada nüvə silahından istifadənin qarşısının alınması üçün müttəfiq ölkələr arasında yaxınlaşmanın müşahidə olunduğu bir vaxtda iki nəhəng güc mümkün hücumlara cavab üçün silahlarının sayını sürətlə artırırdı.
Reyting.az xatırladır ki, balistik raket daşıyan sualtı qayıqların olmadığı bir vaxtda təyyarələrin daşıdığı nüvə bombaları 15 dəqiqəyə dünyanı məhv etməyə hazır idi. Həddindən artıq işləyən pilotların və ekipajın bir çoxu narkotiklər hesabına oyaq qala bilirdilər. 10 ildən çox davam edən “qırmızı həyəcan” vəziyyətində, yüzlərlə ABŞ pilotu nüvə bombaları ilə yüklənmiş təyyarələrlə çoxsaylı uçuşlar edirdilər.
Belə bir vaxtda çoxlu sayda nüvə bombasının itirilməsi barədə məlumatlar panikanı artırmamaq üçün gündəmə gətirilməyib. “Soyuq müharibə” dövründə 32 nüvə qəzası keçirən ABŞ ordusunun 6 atom bombasının hələ də tapılmadığı iddia olunur.

İtirilmiş nüvə silahlarına istinad etmək üçün “Sınıq Ox” ifadəsini işlədən ABŞ ordusu üçün bəlkə də ən kədərli hekayə 1960-cı illərdə olub. “Soyuq müharibə”nin qızğın çağında, 1966-cı ilin isti qış səhərində. Yanvarın 17-də səhər saat 10:30 radələrində Alboran dənizində ispan balıqçı gəmisi səmada sürətlə hərəkət edən ağ tüstü şüası görüb. Alov topu kilometrlər məsafədən dənizə düşüb. Saatlar sonra, fövqəladə vəziyyət kodu ilə, o zaman Şərqi Siciliyadakı Sigonella Dəniz Hava Təsislərində Axtarış və Xilasetmə qrupuna bir masaj verilib. Mesajda İspaniyada çox məxfi fövqəladə vəziyyətin olduğu qeyd edilən yerə tez getmələri istənilib.
Lakin axtarış-xilasetmə qrupu vəziyyətin niyə belə gizli saxlanıldığını anlaya bilməyib. Komandanın üzvü Meyers, “Axtarış və xilasetmə qrupları üçün bu cür mesajlar sürpriz deyil. Amma komanda olaraq anlaya bilmədiyimiz bunun niyə belə gizli saxlanması idi”, - deyə gündəliyində yazıb.
Hətta iş o yerə çatıb ki, həmin axşam komanda böyük bir qrupla şam yeməyində olarkən fövqəladə durum mesajını alıb və kodun gizli olmasını zarafatla qarşılayıb. Qəzanın miqyası sonrakı günlərdə bütün dünya qəzetlərinin baş yazısına çevrilib.
Dəhşətli qəza ilə bağlı müxtəlif şayiələr və nəzəriyyələr irəli sürülürdü. Bildirilirdi ki, İspaniyanın Almeriya əyalətində iki ABŞ hərbi təyyarəsi toqquşub. Liman şəhəri Palomares sahillərində qəzaya uğrayan təyyarələrin 4 ədəd B28 hidrogen bombası daşıdığı iddia edilib.
Axtarış-xilasetmə işləri nəticəsində 3 bomba sudan çıxarılıb, 1 milyon ton TNT partlayıcı gücə malik 1,1 meqatonluq döyüş başlığı isə Aralıq dənizində itib.
Təbii ki, bu qəza nə ilk, nə də sonuncu olub. 1950-ci ildən bəri 32 “Sınıq Ox” qəzasında itən atom bombaları planetin sularında, bataqlıqlarında və okeanların dibində gizlənir.
Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin Şərqi Asiya üzrə direktoru Ceffri Lyuis deyib:
“Biz bu hadisələri daha çox ABŞ-da bilirik. Biz bunu 1980-ci illərdə ABŞ Müdafiə Nazirliyinin hazırladığı hesabatlardan və məxfiliyi ləğv edilmiş fayllardan öyrəndik”.
ABŞ-dakı itkilər məlum olsa da, digər ölkələrin itkiləri açıqlanmır. Xüsusilə İngiltərə, Fransa, Rusiya və Çinin yoxa çıxmış bombaları ilə bağlı hər hansı məlumatın olmadığını söyləyən Lyuis, “Ölkələrin itkiləri gizli qaldığı üçün müqayisə aparmaq imkanımız yoxdur”,- deyib.
Sovet İttifaqı nüvə silahlarına əhəmiyyətli büdcə ayırıb. 1986-cı ildə bu ölkənin təxminən 45.000 nüvə başlığı ehtiyatı olub. Lakin bu silahların neçəsinin qəzalarda itdiyi açıqlanmayıb.
8 aprel 1970-ci ildə Sovet İttifaqının Şimal Donanmasına təyin edilmiş “Kasım” sinifli nüvə sualtı qayığının Fransa ilə İspaniya arasındakı Biskay körfəzində texniki səbəblərdən batması nəticəsində 50 ekipaj üzvü həyatını itirib. Bundan əlavə, gəmidə olan 24 nüvə torpedası da su altında qalıb.

1968-ci ildə Sovet “K-129” sualtı qayığı Havay adalarının şimal-qərbində - Sakit okeanda üç nüvə raketi ilə müəmmalı şəkildə batıb. Tezliklə ABŞ bundan xəbər tutub və nüvə bombasını ələ keçirmək üçün gizli əməliyyata başlayıb.
Digər bir məsələ, 1989-cu ildə yanğın nəticəsində Norveç dənizində batan Sovet sualtı qayığı 23 ildən sonra normadan çox radiasiya sızdırıb. Tədqiqatçılar batmış sualtı qayıqdan radioaktiv sezium sızmasının olduğunu iddia edirlər. 1680 metr dərinlikdə sızan sualtı qayığın yaxınlığında canlı biomüxtəlifliyin və balıq populyasiyalarının zədələnə biləcəyi ilə bağlı narahatlıq var.
İtirilmiş nüvə silahlarının arxasınca gedən tək rəqib dövlətlər olmayıb. Mülki sahibkarlar da nüvə bombalarını axtarıblar. Amerikalı milyarder Hovard Huges itirilmiş bombalarla maraqlanıb (1976-cı il).
J. Lyus bildirib ki, Hughes bu layihəni Azoriya layihəsi adlandırıb. “Amma təəssüf ki, batmış sualtı qayıq xilas etmək cəhdi zamanı parçalanıb”,- deyən J. Lyus sonradan bu işin dayandırıldığını bildirib.
J. Lyus bu fikirdədir ki, bəzi nüvə bombaları dərin dəniz xəndəyində qalsa da, bəziləri gizli əməliyyatlarla çıxarılıb.
Bombaların tapılmasına əsas səbəb onların buraxdıqları radioaktiv sızıntılar olub.
1988-ci ildə ABŞ ordusunun təqaüdçü zabiti Derek Duke 1958-ci ildə Corciya ştatının Taybi adasına düşmüş atom bombasını axtarmağa başlayıb. İllərlə dənizin dibində qalan bombanı tapmaq üçün işə başlayan təqaüdçü zabit sayğacı ilə dənizin dibinin hər nöqtəsini axtarıb. İtmiş bombaların yaydığı radiasiyanı araşdıran səlahiyyətçilər, onların izinə rast gəlmədiklərini bildiriblər. İzləri bu günə qədər tapılmayan üç bombanın olması “Soyuq müharibə”nin acı xatirələri olaraq bu gün də planeti təhdid edir.
1966-cı ildə Amerikanın “B52” bombardmançı təyyarəsi İspaniyanın cənubundakı Palomares sahillərində qəzaya uğradıqdan dərhal sonra Meyers və komandası 4 bomba axtarışı üçün hadisə yerinə çatıb. Meyers həmin dövr üçün qeydlərində “Bu, standart bir hərbi axtarış əməliyyatı idi. Ancaq ən böyük fərq, axtarışların sürətləndirilməsi və sonra müəyyən edilməmiş bir tarixə qədər dayandırılması idi. Silahlar üçün ciddi axtarış başladı, lakin sonra biz iki həftə gözlədik. Daha sonra sualtı tədqiqatlara diqqət yetirildi”,- deyib.
O dövrdə enməmiş dərinliklərə çatan ən müasir dərin okean sualtı gəmisi “Alvin” də işlərə cəlb edilib. Dərin dəniz gəmisi tək heyəti ilə Aralıq dənizində axtarışa başlayıb.
1966-cı il martın 1-də balaca sualtı qayıq nəhayət iz aşkar edə bilib: bombalar suda parçalanması səbəbindən yerdə izlər buraxıb. Nəhayət, itirilmiş bombalar tapılıb. Lakin ən böyük problem onları sudan necə çıxarmaq idi.
1000 metrdən çox kəndir hazırlanmışdı; metal qarmaqlar sayəsində xilasetmə əməliyyatı başlamalı idi. Bu plana görə, bir dalğıc bombanı müəyyən nöqtələrə bağlayacaq və sabit bomba səthə çıxarılacaq, amma plan baş tutmadı. Səbəb bombanın arxasına bərkidilmiş paraşüt olub.
Meyers bildirib ki, axtarış zamanı narahat olublar: “Bombanın bağlı olduğu xəbərini aldıq. Biz onu yavaş-yavaş sudan çıxararkən fəlakətlə üzləşdik. Bombanın altındakı paraşüt sürəti azaldıb və hərəkətləri çətinləşdirdi. Nəhayət, çəki o qədər artdı ki, iplər qopdu. Nüvə bombası yavaş-yavaş aşağıya doğru sürükləndi və bu dəfə əvvəlkindən daha dərinə batdı”. Bununla da xilasetmə əməliyyatı fəlakətə çevrilib.

Lyus deyib ki, itən nüvə bombalarını tapmaq çətindir. Xüsusən də okeanlarda olanları...
İnkişaf etməkdə olan texnologiya sayəsində okean səthini görüntüləmə sistemlərinin köməyi ilə asanlıqla skan etmək mümkündür, ancaq bombaların tapılaraq səthə çıxarılması aylar çəkə bilər. Havanın anında dəyişdiyi okeanlarda aylar çəkəcək axtarış-xilasetmə missiyalarının işləri qeyri-mümkün olur.
1966-cı ildə dörd nüvə bombası daşıyan “B-52” bombardmançısının Aralıq dənizinə düşməsindən sonra başlayan işdə hələ də bir bombanın əskik olduğu məlumdur. İspaniya öz hava məkanını nüvə bombası daşıyan təyyarələr üçün bağladığını açıqlayıb.
Bu hadisədən iki il sonra “B-52” bombardmançı təyyarə Qrenlandiyada Baffin körfəzinə düşüb. Dünyanın müxtəlif yerlərində nüvə bombalarının itirilməsinin getdikcə daha təhlükəli olduğu bir vaxtda, ABŞ Müdafiə Nazirliyi nüvə başlıqlarının sualtı qayıqlarla daşınmasına qərar verib. Baffin körfəzindəki buzlaqların altında qalan itkin bombaya isə bu gün də çatmaq mümkünsüzdür.
Və nəhayət, Filippin dənizində itən və bu günə qədər tapılmayan nüvə bombası duzlu suyun təsiri ilə günü-gündən əriyir. Partlayış nöqtəsini keçərək dənizə qarışan silahın tərkibindəki radioaktiv materialların olması alimləri narahat edir.
Onu da qeyd edək ki, itən bu bombalar partlamasa da, planetimiz üçün böyük təhlükə yaratmaqda davam edir. Xilasetmə işlərinin qeyri-mümkünlüyü isə bəşəriyyətin nüvə silahları qarşısında aciz və planetin taleyinin ipdən asılı olduğunu deməyə əsas verir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:30
Kəlbəcərə köç karvanı gedib
Dünən, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
Dünən, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
8-09-2025, 15:40
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
8-09-2025, 12:43
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
8-09-2025, 11:09
Ukraynanı üç hissəyə bölürlər
8-09-2025, 10:51
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
8-09-2025, 00:57
İlin son Ay tutulması başa çatıb - (Yenilənib)
7-09-2025, 13:20
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
7-09-2025, 10:47
Kiyev "İskəndər" raketlərinin hədəfinə çevrilib - Foto
5-09-2025, 22:21
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
5-09-2025, 15:46
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
5-09-2025, 12:56
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
5-09-2025, 11:39
Ukraynaya 10 min sülhməramlı yerləşdirmək istəyirlər
5-09-2025, 11:19
Əfqanıstanda zəlzələ: 2200-dən çox insan ölüb
4-09-2025, 16:06
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert