Fransa Ermənistana yeni silah partiyası göndərəcək
Tarix: 22-02-2024 14:40 | Bölmə: Xəbərlər
Fransa Ermənistana yeni silah partiyası göndərəcək

Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək.

Bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.

Nəşrin yazdığına görə, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalayıb. Memorandumda 3 ədəd Ground Master radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.

Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir.

Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək(APA).




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}