ABŞ Putini təbrik etməyəcək
Tarix: 19-03-2024 13:15 | Bölmə: Xəbərlər
ABŞ Putini təbrik etməyəcək

Amerika Birləşmiş Ştatları Rusiyada keçirilən prezident seçkilərini qeyri-demokratik hesab edir.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Dövlət Departamentinin nümayəndəsi Vedant Patel çıxış edib.

Onun sözlərinə görə, ABŞ Putini seçkilərdəki qələbə münasibətilə təbrik etməyəcək. “Bu, inanılmaz dərəcədə qeyri-demokratik proses idi”,- deyən Patel müxalifətçilərin həbsini və diskvalifikasiyasını, eləcə də Aleksey Navalnının həbsxanada ölümünü xatırladıb: “Çox güman ki, o, Rusiyanın prezidenti olaraq qalacaq, lakin bu, onun avtokratiyasına haqq qazandırmır”.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. İndiki prezident Putinin seçkilərdə ciddi rəqibi olmayıb. Putin seçicilərin 87,3 faiz səsini alaraq qalib gəlib.

Amma bir sıra bir sıra ölkələr, o cümlədən Fransa, Almaniya, Polşa, Latviya və Böyük Britaniya Vladimir Putini təbrik etməyəcəklərini bildiriblər. Rusiya ilə normal münasibətləri olan Türkiyə, Səudiyyə Ərəbistanı, Mali, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Çin, Qazaxıstan, Tacikistan, Azərbaycan, Belarus, İran, Myanma, Boliviya, Kuba, Nikaraqua, Venesuela və digər ölkələr Vladimir Putinə təbrik məktubu göndərib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}