Ekstremist təşkilat üzvlərinin evlərində 45 axtarış aparılıb
Tarix: 08-04-2024 20:21 | Bölmə: Xəbərlər
Ekstremist təşkilat üzvlərinin evlərində 45 axtarış aparılıb

Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları ekstremist təşkilatlarla bağlılığı olan şəxslərin evlərində 45 axtarış aparıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Özbəkistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dini ekstremizm və terrorizmlə bağlı hüquqpozmaların qarşısının alınması məqsədilə Daşkənd Şəhər Polis İdarəsi və digər hüquq-mühafizə orqanları ilə birgə bir sıra əməliyyat tədbirləri həyata keçirilir. Dünən Daşkənd şəhərində ekstremist radikal qruplara qoşulan vətəndaşların evlərində 45 axtarış aparılıb, şübhəlilər həbs edilib”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, 2024-cü ilin üç ayı ərzində dini ekstremizm və terrorizmlə bağlı 50 cinayət işi başlanıb, 188 hüquqpozma faktı üzrə inzibati protokollar tərtib edilib, 264 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Mətbuat xidməti vətəndaşları sosial şəbəkələr vasitəsilə öz ideyalarını təbliğ edən müxtəlif radikal qruplaşmalara qoşulmamağa, övladlarının internetdəki hərəkətlərinə nəzarət etməyə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}