Borrell Avropanı təhlükədən xəbərdar edib
Tarix: 09-04-2024 15:17 | Bölmə: Xəbərlər
Borrell Avropanı təhlükədən xəbərdar edib

Amerikanın Avropa ölkələri üzərindəki “müdafiə çətiri” tezliklə bağlana bilər. Bu səbəbdən Avropa İttifaqı hətta NATO daxilində də yalnız öz gücünə arxalanmalıdır.

Reyting.az
xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Brüsseldə keçirilən konfransda çıxışı zamanı deyib.

Söhbət Soyuq Müharibə dövründə Avropanı qoruyan çətirdən gedir. Borrell qeyd edib ki, bu ilin noyabrında ABŞ-dakı prezident seçkilərində kimin qalib gələcəyindən asılı olaraq bu çətir bağlana bilər.

Diplomat əlavə edib ki, Şimali Atlantika Alyansının əhəmiyyəti qalır, lakin təşkilat daxilində Avropa komponenti meydana çıxmalıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}