Amerikanın yeni raketini təqdim ediblər - Foto
Tarix: 15-04-2024 09:34 | Bölmə: Xəbərlər
Amerikanın yeni raketini təqdim ediblər

Uzun illərdir Amerika Birləşmiş Ştatlarının hərbi sənayesində böyük layihələri ilə tanınan "Lockheed Martin" şirkəti daha bir yeniliyə imza atıb.

Reyting.az
xəbər verir ki, bu barədə Amerikanın Theaviationist.com saytı məlumat yayıb.

Məlumata görə, şirkət bu dəfə “Mako” hipersəsli raketini təqdim edib. Çoxfunksiyalı raket həm quruda, həm də dənizdə hücumlarda istifadə üçün nəzərdə tutulub ki, bu da raketi müxtəlif missiyaları dəqiq yerinə yetirməyə qadir olan çoxyönlü silaha çevirir.

Qanadlarının altında dörd “Mako” raketini daşıyan “F-35” döyüş təyyarəsinin bu qutu maketi və kompozit şəkli "Sea Air Space 2024" sərgisində nümayiş etdirilib.

ABŞ hökumətinin baş podratçısı, həm də subpodratçı olan "CoAspire" şirkətininin tərəfdaşlığı vasitəsilə "Lockheed Martin" şirkəti ilk dəfə mütəxəssislər üçün önəmli hesab edilən belə bir böyük sərgidə, yəni "Sea Air Space 2024"-də yenicə istehsal etdiyi, lakin hələ nümunə olaraq təqdim olunan “Mako” hipersəsli raketinin nümayişi zamanı hamını təəccübləndirib.

Əvvəlcə nəzərdə tutulduğu kimi, prosesə dəstək olmaq şərti ilə bu hipersəsli raket Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin Hücum Silahı Proqramının yerli maliyyəsi ilə hazırlanıb. Artıq “Mako” raketi mövcuddur. Əsas daşıyıcı vasitə isə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətinə və səlahiyyətinə verilib.

Amerikanın Hərbi Dəniz Qüvvələrinin baş proqram meneceri Rik Loy bununla bağlı deyib:

“ABŞ Hərbi Dəniz Qüvvələri üçün bu raket vasitə kimi çox missiyalı və yüksək qabiliyyətə malik sistemdir, eləcə də yüksək səviyyədə vacib situasiyalarda sağ qalmağı bacara bilən sərfəli qiymətə malikdir. Beləliklə, artıq hazır olan belə bir silah sistemi ilə siz eyni vaxtda birdən çox hədəfin qarşısını ala bilərsiniz".



"Lockheed Martin" şirkəti bildirir ki, “Mako” hipersəsli raketi əksər təyyarələrdə və Amerikada istehsal olunan “F-35”, “F-22”, “F-15”, “F-16”, “F/A-18”, “P-8” kimi bir çox hərbi təyyarələrdə də istifadə oluna bilər.

Qeyd olunur ki, “Mako” raketi daşıyıcılar üçün də böyük problem törətməsin deyə 30 düym diametrli qapaqlarla təchiz edilib.

Maraqlıdır ki, “F-35” təyyarəsi belə sərbəst şəkildə altı “Mako” tipli hipersəsli raketini daşımaq qabiliyyətinə malikdir və bu isə həm də hipersəs silahlarına uyğun gələn ilk beşinci nəsil döyüş təyyarəsidir.

Mütəxəssislər isə qeyd edirlər ki, mövcud hipersəs raketlərinin əksəriyyəti “F-35”-in silah anbarlarına yerləşdirilə bilməz, belə riski xüsusi hesablamaq şərti ilə ehtiyatla qarşılamaq lazımdır.

Lakin belə bir fikir də var ki, "Lockheed Martin"-in “Mako” raketi bu sinif daşıyıcısı üçün etibarlı variant ola bilər. Bu raketin inteqrasiyası “F-35” təyyarəsinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, həm də təyyarənin real döyüş meydanında effektivliyini xüsusilə artıracaq.

Yeni silahla bağlı bir çox təfərrüatlar indi gizli qalsa da, “Mako” raketinin "Mach-5" raketindən belə çox böyük yüksək sürətə malik olduğu, zərbə dəqiqliyini artırmaq üçün çoxlu hədəfləmə üsullarından dəqiq istifadə etdiyi məlumdur. Rik Loy təsdiq edir ki, “Mako” qabaqcıl texnologiyalardan istifadə etməklə həm virtual mühitlərdə, həm də real təyyarələrdə, eləcə də döyüş təyyarələri, dəniz patrul təyyarələrində geniş şəkildə sınaqdan keçirilib.

Yeni istehsal olunan “Mako” raketinin “F-35” təyyarəsi ilə inteqrasiyası beşinci nəsil qırıcılarının uzun məsafədən yüksək hədəfləri vurmaq üçün çox təsirli effektivli silahla təmin etmək imkanlarını yaradır ki, bu da Amerika hərbi aviasiyası inkişafında mühüm addım hesab olunur. Bu yöndə aparılan, hərbi sahədə görülən uğurlu işlər həm də "Lockheed Martin" şirkətinin innovasiyalara, qabaqcıl silah texnologiyalarının inkişafına sadiqliyini sübut edir.

Mütəxəssislərin fikrincə, “Mako” hipersəs raketi aerokosmik sənayedə əhəmiyyətli irəliləyişdir və bu hərbi yenilik həmçinin ABŞ ordusunun müasir, çox güclü silahla təmin edilməsi deməkdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}