12:36 / 12-02-2025
Sabah yağış yağacaq
Sərnişin təyyarədən uçuş-enmə zolağına atılıb
Tarix: 12-02-2025 12:51 | Bölmə: Xəbərlər
Sərnişin təyyarədən uçuş-enmə zolağına atılıb

Fransadan İspaniyaya uçmağa hazırlaşan sərnişin təyyarəsində sərnişin əvvəlcə stüardessaya hücum edib, daha sonra təcili çıxış qapısını açaraq 3,5 metr hündürlükdən uçuş-enmə zolağına atılıb.

Reyting.az
bildirir ki, səbəbi məlum olmayan olay İberia Hava Yollarına məxsus “Airbus A320” model sərnişin təyyarəsinin “Parisin Orli” hava limanından İspaniyanın paytaxtı Madridin “Barajas” hava limanına uçmağa hazırlaşması zamanı baş verib.

Bir nəfər IB578 reysi ilə havaya qalxmazdan əvvəl stüardessaya hücum edib və sonra təyyarənin təcili çıxışına doğru istiqamətlənib. Qapının dəstəyini çəkərək 3,5 metr hündürlükdən uçuş-enmə zolağına tullanan şəxsə əvvəlcə tibbi yardım göstərilib, sonra isə nəzarətə götürülüb. Sərnişinlər təşviş içində olublar və uçuş dörd saat yarım gecikmədən sonra həyata keçirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər