Mars kosmik tədqiqatlar üçün prioritetə çevrilir
Tarix: 09-04-2025 10:45 | Bölmə: Xəbərlər
Mars kosmik tədqiqatlar üçün prioritetə çevrilir

Mars planeti ABŞ-nın kosmosun tədqiqi üçün əsas prioritet olacaq.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp tərəfindən NASA-ya rəhbərlik etmək üçün namizədliyi irəli sürülən milyarder Jared İsaakman bildirib.

Onun sözlərinə görə, prezidentin dediyi kimi, ABŞ-nın prioriteti amerikalı astronavtların Marsa göndərilməsi olacaq.

J. İsaakman deyib ki, Marsa gedən yolda Amerika tərəfi Aya qayıtmaq imkanı əldə edəcək. Yerin təbii peykində həll olunacaq vəzifələr arasında iş adamı xüsusilə milli təhlükəsizlik məsələlərini qeyd edib.

Fevral ayında İsaakman demişdi ki, Marsa uçuşlar üçün texnologiya inkişaf etdirilməlidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər