Azərbaycanlı tələbə Gürcüstanda itkin düşüb
Tarix: 08-04-2025 09:58 | Bölmə: Xəbərlər
Azərbaycanlı tələbə Gürcüstanda itkin düşüb

Gürcüstanda 21 yaşlı qız itkin düşüb.

Azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.

Ailə üzvləri "Baku TV"-yə bildiriblər ki, 21 yaşlı Aytac Tbilisi Dövlət Üniversitetinin ikinci kurs tələbəsidir və təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi ilə bağlı olub. O, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını bildirib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Anasının sözlərinə görə, qızının telefonu, çantası və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.




Bölməyə aid digər xəbərlər