20 min manatlıq oğurluq edənlər saxlanılıb
Tarix: 09-04-2025 15:40 | Bölmə: Xəbərlər
20 min manatlıq oğurluq edənlər saxlanılıb

Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildiriblər.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E. Cabbarov və 27 yaşlı S. Nəsirov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər