“Quş qripi”ndən ölüm halı qeydə alınıb
Tarix: 09-04-2025 12:56 | Bölmə: Xəbərlər
“Quş qripi”ndən ölüm halı qeydə alınıb

Meksikanın şimalındakı Koahuila ştatında üç yaşlı qız H5N1 (quş qripi) virusundan dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu ölüm ölkədə H5N1 səbəbiylə ilk insan ölümü kimi qeydə alınıb.

Koahuila ştatının səhiyyə naziri Eliud Aquirre bildirib ki, ştatının şimalında üç yaşlı qız yüksək patogenli “quş qripi” səbəbiylə ölüb.

“Biz xəstə ilə yaxın təmasda olan bütün şəxsləri izləyirik və onların yoluxmadığını müəyyən etmək üçün addımlar atırıq. İndiyə qədər heç kim müsbət test etməyib”, - nazir qeyd edib.

Səlahiyyətlilər, mümkün yeni hallara qarşı bölgədə sağlamlıq tədbirlərini artırıb və vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər