21:08 / 29-04-2024
Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik edib
19:25 / 29-04-2024
Üç ölkə həyəcan təbili çalır: Rusiya GPS siqnallarını pozur!
19:09 / 29-04-2024
Ukrayna Azərbaycana yeni səfir göndərib
19:05 / 29-04-2024
Daha təhlükəli sualtı silahlar istifadəyə verilir - Foto
18:12 / 29-04-2024
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
18:11 / 29-04-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
18:09 / 29-04-2024
Sabiq rəis generalı ittiham edir: "800 min manatı ona verdim"
18:01 / 29-04-2024
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"
17:41 / 29-04-2024
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 fəaliyyət istiqaməti olacaq
17:23 / 29-04-2024
Titanikdə batan biznesmenin qızıl saatı rekord qiymətə satılıb
17:23 / 29-04-2024
Əli Əsədov Dövlət Su Ehtiyatları Agentliyi barədə qərar imzalayıb
17:19 / 29-04-2024
Türk kəşfiyyatı 15 nəfərlik terror qrupunu məhv edib
17:14 / 29-04-2024
Çin lideri Avropaya səfərə hazırlaşır
16:47 / 29-04-2024
ABŞ səfiri Qubanın Qırmızı qəsəbəsində olub
16:43 / 29-04-2024
Şimali Koreya ABŞ-ı Ukraynaya görə ittiham edir
16:20 / 29-04-2024
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
16:12 / 29-04-2024
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
16:07 / 29-04-2024
Qəzzada can itkisi 34488 nəfərə çatıb
15:55 / 29-04-2024
İsa Qəmbər Müsavat başqanı postuna namizəd olub
15:49 / 29-04-2024
Mərkəz rəhbəri Anar Məmmədli saxlanılıb
15:47 / 29-04-2024
Hakan Fidan ilə Antoni Blinken Ər-Riyadda görüşüb
15:43 / 29-04-2024
Rusiya cəbhədəki böyük itkilərini kompensasiya edə bilmir
15:33 / 29-04-2024
Qazaxıstan: Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə vasitəçi kimi çıxış etmirik
15:23 / 29-04-2024
Qarabağ zonasında daha 1245 hektar ərazi minalardan təmizlənib
15:05 / 29-04-2024
Hərbçimiz Qazaxda minaya düşüb - Yenilənib
14:54 / 29-04-2024
Ukrayna ilə bütün keçid məntəqələri blokdan çıxarılıb
14:32 / 29-04-2024
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - (Yenilənib)
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
10:48 / 25-04-2024
Fatih Terimin komandası darmadağınla uduzub
14:35 / 25-04-2024
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
07:32 / 26-04-2024
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
09:43 / 25-04-2024
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
Təhsil innovasiyalarının təşəbbüskarı... - Professor yazır
Tarix: 16-06-2021 18:25 | Bölmə: Xəbərlər
Professor Əbülhəsən Abbasov
Pedaqoji elmin və müasir təhsil problemlərinin məhsuldar tədqiqatçılarından sayılan p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-dakı 4 illik tələbəliyini də əlavə etsək, onun həyatının 44 ili ADPU ilə bağlıdır.
O, 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası, professor Bəşir Əhmədov, respublikanın görkəmli pedaqoqu, pedaqogika və azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alim, nümunəvi bir ziyalı idi.
İlham Əhmədov 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2 saylı məktəbi bitirib. Həmin dövrlərdə SSRİ-nin tanınmış universitetlərinin nəznində yuxarı sinif şagirdləri üçün dərinləşdirilmiş proqramlarla tədris aparan qiyabi riyaziyyat, qiyabi fizika kimi məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən, paralel olaraq, M. Lomonosov adına MDU-nin nəznində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil alıb. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə, V. İ. Lenin adına APİ-nin (indiki ADPU) riyaziyyat fakultəsinə daxil olub, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbə 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib.
1978-1981-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi kimi fəaliyyət göstərən İ. Əhmədov 1981-ci ildə V. İ. Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1982-1983-cü illərdə hərbi xidməti başa vurduqdan sonra, 1984-1986-cı illərdə, aspiranturada təhsilini davam etdirib. Aspirantura təhsilinin sonunda, 1986-cı ildə, Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” adlı namizədlik dissertasiyasını müdafiə edib.
İlham müəllim 1988-1993-ci illərdə ADPU gənc alimlər şurasının sədri olmuş, 1986-1991-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışıb. 1998-2007-ci illərdə isə ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışıb.
2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illərdə ADPU-nun böyük Elmi şurasının üzvü olub.
İlham Əhmədov
İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatlara layiq görülmüşdür. Onun elmi-metodiki yaradıcılığı əsasən təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemləri ilə bağlıdır. Respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən çox elmi-metodik məqaləsi dərc olunmuşdur. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 2010-2017- cü illərdə, müxtəlif vaxtda, TC Anadolu Universitetinin, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olub.
2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuşdur. YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycandan olan milli eksperti kimi (2011-2013) fəaliyyət göstərmiş, bu İnstitutun təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr edib.
Respublika TN-nin “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının, habelə, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il ADPU-nun elmi-metodik şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Hal-hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində işləyir. O, 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.
Bildiyimiz kimi, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərarı verildi. Pedaqoji ictimaiyyət, şagird və valideynlər üçün bu yenilik gözlənilməz oldu, sanki, bir çaşqınlıq yaranmışdır, o vaxt ölkədə çox az adam test sistemi haqqında yetərli məlumata malik idi. Həmin ərəfədə İlham müəllimin rəhbərliyi ilə ADPU-da “Abituriyentlər üçün elekron test sinaq imtahanları sistemi” layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da kompüter vasitəsi ilə test sınaq imtahanı verərək, test nümunələri ilə tanış olur, bilyini yoxlayır, test imtahanı ilə əlaqəli mövcud psixiloji gərginliyi qismən aradan qaldıra bilirdi. İlham Əhmədovun təşəbbüsu ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi təsis edildi və ADPU rektorunun əmri ilə o, universitetin dosentliyi ilə parallel, həm də bu firmanın direktoru vəzifəsini daşımışdır. Bu firma 10 ildən artıq müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərmiş, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail olmuşdur (bu sahədəki fəaliyyət, əslində, başqa bir yazının mövzusudur).
Həmin vaxtlarda NK universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmiş, universitetlərdə iqtisadiyyat üzrə prorektor vəzifələri təsis olunmuşdur. “Ziya-İ” universitetlərimizdə yaradılan ilk firmalardan idi ki, ən uzunömrlüsü və faydalısı kimi fəaliyyət göstərmişdir. Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanmış bu lazımlı iş sonralar dayandırıldı. Belə ki, elmtutumlu bu innovasion firmaların universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu ola bilərdi, universitetlər üçün pul qazanmağa əlavə imkan verərdi.
İlham Əhmədov vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü (o cümlədən, ADPU-nun universitetdaxili) layihələrdə layihə rəhbəri, menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:
1. “Abituriyentlər üçün elekron test sinaq imtahan sistemi” layihəsi. 1992-ci il. ADPU universitetdaxili layihə – layihə rəhbəri.
2. “Abituriyentlərin peşəyönümü üzrə elektron test psixodiaqnostik sisteminin yaradılması”. 1992-ci il, ADPU universitetdaxili layihə – layihə rəhbəri.
3. “TUSİ-PROFİ elekrton peşəseçmə və peşə məsləhəti sistemi” – ƏƏSMN və BMT İnkişaf proqramı ilə birgə layihə – layihə meneceri. 2003-cü il.
4. Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi (layihənin eksperti olaraq). 2005-ci il.
5. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi – layihə rəhbəri. Universitetdaxili layihə. 2007-ci il.
6. “ADPU-universitetin informasiya-təhsil portalı”, layihə rəhbəri. Universitetdaxili layihə. 2008-ci il.
7. “ADPU-“Təhsildə İKT” elmi-metodik jurnalının yaradılması” layihəsi. (Son 10 ildə jurnal sistematik nəşr edilir) – layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili layihə. 2008-ci il.
8. “AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması”, layihə rəhbəri. 2010-cu il.
9. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənc Ailə Akademiyası” Portalı, layihə meneceri. 2013-2014-cü ilər.
10. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənc seçici” Portalı, layihə meneceri. 2015-ci il.
11. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi” layihəsi, layihə rəhbəri. 2017-ci il v.s. layihələr.
İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından, bu istiqamətdə yeni ideyalarla, təklif və tövsiyələrlə zəngin məqalələrin müəllifi olmuş, təhsil innovasiyalarının öz novatorluğu ilə fərqlənən tədqiqatçısı və təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni, 1985-ci ildə, İlham müəllim yazmışdır (“Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə pedaqoji mətbuatımızda ilk dəfə “distant təhsil” anlayışı istifadə olunmuşdur). Sonralar təhsilin informatlaşdırılması mövzusunda o, onlarca innovativ məzmunlu məqalələr yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris olunan “Təhsildə İKT” fənni İlham müəllimin təklifi ilə, 2007-ci ildə, təhsil nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir. Bu fənn üzrə ilk tədris proqramının tərtibi də TN tərəfindən ona həvalə olunmuşdur. O, az bir vaxtda bu fənn üzrə həmin proqramı hazırlayıb TN-ə təqdim etmişdir.
Distant təhsilə dair ölkəmizdə ilk Beynəlxalq konfrans 2001-ci ildə ADİU-nin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə distant təhsilə dair 2 məruzə etmiş, bu mövzuda ilk 2 məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti məhz distant təhsil problemləri olmuşdur. Vurğulayım ki, distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının İKT vasitələri ilə yeni müstəvidə reallaşması demək idi. İlham müəllimin elmi tədqiqarları, namizədlik dissertasiyası da proqramaşdırılmış təlimə aid olduğu üçün bu məsələlər ona çox yaxın olmuşdur.
İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, təkliflərə vaxtında və lazımınca reaksiya verməmişlər. Bu gün distant təhsillə əlaqəli ölkədə yaranmış gərgin vəziyyət onun haqlı olduğunu bir daha təsdiq etməkdədir.
İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant və rəqəmsal təhsilə, ali məktəb problemlərinə həsr olunmuş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc etdirmiş, habelə, o, müvafiq mövzularla bağlı TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən məqalələri, daha çox tənqidi məzmunda olsa da, konstruktivlik ruhu-məramı, yenilik elementlərinin zənginliyi ilə fərqlənir. Onun yazıları müəllifin yüksək peşəkarlığının, elmi-pedaqoji kamilliyinin ifadəsi və təsdiqidir. Təhsilimizin inkişafı üçün maraqlı və əhəmiyyətli ideyalar, təklif və tövsiyələr mənbəyidir.
Nəhayət, İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına bu yaxınlarda Türkiyə milli təhsil naziri Ziya Selcuqun ölkəmizə səfəri zamanı da diqqət yetirilmişdir.
Qeyd edim ki, İlham müəllimin vaxtaşırı bir çox məqalələrini maraqla oxumuş, TV-lərə verdiyi müsahibələrini diqqətlə dinləmişəm. Hər dəfə də özü ilə bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün dəyərli ideyalar, innovasion təkliflər irəli sürülüb. Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib, maraqlananlar onlarla yaxından tanış ola bilərlər.
Alicənab şəxsiyyət, dəyərli-məhsuldar alim-pedaqoq İlham müəllimin bu ay 65 yaşı tamam olur. Əziz dostumuzu-həmkarımızı bu münasibətlə təbrik edir, ona ailə həyatında və gələcək elmi fəaliyyətində, mütərəqqi təhsil ideyalarının ölkəmizə gerçəkləşməsində yeni-yeni uğurlar, bol-bol sevinclər arzulayıram. Mənalı ziyalı ömrü davamlı, sağlam və xoşbəxt olsun!
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:08
Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik edib
Bu gün, 18:01
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"
Bu gün, 17:14
Çin lideri Avropaya səfərə hazırlaşır
Bu gün, 15:49
Mərkəz rəhbəri Anar Məmmədli saxlanılıb
Bu gün, 12:30
Mayın 5-də növbəti imtahan keçiriləcək
Bu gün, 10:52
Bakıda 70 yaşlı kişi adam öldürüb
Bu gün, 09:06
Abşeronda ər 48 yaşlı arvadını öldürüb
Bu gün, 00:01
Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb
Dünən, 11:09
Ukraynaya məxsus 17 PUA vurulub
27-04-2024, 18:49
Abşeronda qətl törədilib
27-04-2024, 18:15
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
27-04-2024, 17:09
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27-04-2024, 15:53
Ali Məhkəmənin hakimi özünü öldürüb
27-04-2024, 12:45
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
27-04-2024, 10:14
Xankəndidə silah və sursatlar aşkarlanıb
26-04-2024, 18:08
Erməni deputatlar saxlanılıb
26-04-2024, 11:05
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
26-04-2024, 09:51
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
26-04-2024, 09:27
Keçmiş icra başçısı mülk davasına başlayıb
26-04-2024, 08:47
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
26-04-2024, 08:26
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
26-04-2024, 07:32
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
25-04-2024, 18:02
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
25-04-2024, 17:25
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar
25-04-2024, 14:29
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
25-04-2024, 12:39
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
25-04-2024, 12:25
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
25-04-2024, 11:03
İordan çayının qərb sahilində gərginlik böyüyür
25-04-2024, 09:52
Xankəndidə yenə silah-sursat tapılıb
25-04-2024, 07:39
Tramp: “Bayden yəhudilərə nifrət edir”
25-04-2024, 07:34
Fransızların ardınca amerikalılar...
24-04-2024, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
24-04-2024, 17:04
Keçmiş nazirin meyiti tapılıb
24-04-2024, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
24-04-2024, 15:26
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
24-04-2024, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
24-04-2024, 13:00
Prezident generalı təltif edib - Sərəncam
24-04-2024, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
24-04-2024, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
24-04-2024, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
24-04-2024, 08:23
Pekin taykonavtların adını açıqlayıb
24-04-2024, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
24-04-2024, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
24-04-2024, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib