Qubad İbadoğlu: “Əngəlli tələbələrin təhsili ilə bağlı müvafiq infrasturktur yaradılsın”
Tarix: 12-03-2019 00:15 | Bölmə: İqtisadiyyat
Qubad İbadoğlu: “Əngəlli tələbələrin təhsili ilə bağlı müvafiq infrasturktur yaradılsın”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 73 min nəfərdir. Onlar üçün sosial müavinətlər aprelin 1-dən 82 manatdan 150 manata qaldırılacaq. Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat aylıq təqaüdü də veriləcək. Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait ümumilikdə 200 manat təşkil edəcək.

İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, bu müavinətin artımını müsbət qarşılamaqla yanaşı, əlaqədar orqanlar qarşısında Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayının çox olması məsələsini də qaldırmaq istəyir: “Çünki, ölkəmiz bu göstəriciyə görə MDB-də liderdir. Hazırda ölkə əhalisinin hər 10 min nəfərinə düşən 18 yaşınadək əngəlli uşaqların sayı 75 nəfərdir. Bu katostrofik dərəcədə dəhşətli statistikadır”.

Q. İbadoğlu bildirib ki, digər vacib bir məqam həmin uşaqların təhsili ilə bağlıdır: “Belə uşaqlarla məktəblərdə nadir hallarda, universitetlərdə isə demək olar ki, qarşılaşmırıq. ABŞ-ın Rutgers Universitetində tədris etdiyim hər 3 kurs üzrə bir neçə əngəlli tələbə oxuyur. Hesab edirəm ki, bu gün onlara dövlətin sosial qayğısı yalnız müavinətlərin artırılması ilə məhdudlaşmamalı, bu sahədə dövlət siyasəti həm də sağlamlıq və təhsil sahələrini də əhatə etməklə genişlənməlidir. Bu sahədə ailə və cəmiyyət də dövlətə yardımını əsirgəməməlidir”.

Q. İbadoğlu təəssüflə qeyd edib ki, vaxtilə belə uşaqların reablitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan onlarla QHT-nin əksəriyyəti mövcud hüquqi mühitə və tənzimləyici vasitələrin sərtləşdirilməsi səbəbindən fəaliyyətlərini dayandırıb. Bu səbəbdən də ölkədə uşaqlar üçün vacib olan qeyri-dövlət əsaslı sosial proqramlar demək olar ki, həyata keçirilmir.

İqtisadçı alim təklif edir ki, Azərbaycan universitetlərində əngəlli tələbələrin təhsilinin təşkili ilə bağlı müvafiq infrasturktur yaradılsın. Eyni zamanda Təhsil Nazirliyi və özəl şirkətlər əngəlli tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi təqaüd proqramlarına start versinlər.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}