Məşhur şirkətə 2 milyon manatlıq sanksiya tədbiq edilib
Tarix: 20-03-2019 18:29 | Bölmə: İqtisadiyyat
Məşhur şirkətə 2 milyon manatlıq sanksiya tədbiq edilib

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisində audit yoxlamaları aparıblar.

Səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınma faktları ortaya çıxıb.

Reyting.az-ın Demokrat.az-a istinadla verdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vəsaiti vergidən yayındırdıqları məlum olub.

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Mikayıl Cabbarovu vergilər naziri təyin etməsindən sonra bu sahədə islahatlar sürətlə davam edir. Təkcə bu fakt Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində ən yüksək iradənin nümayişidir. Bu islahatların bariz nəticəsi odur ki, artıq Azərbaycanda bir sıra böyük şirkətlərin inhisarçı fəaliyyətlərinə son qoyulur, ölkədə kiçik və orta sahibkarlığın imkanları daha da genişləndirilir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}