Bakıda qətl hadisəsi törədilib
Tarix: 27-12-2023 10:07 | Bölmə: Cəmiyyət
Bakıda qətl hadisəsi törədilib

Dekabrın 27-si saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı E.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}