20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dörd rusiyalı vətəndaşlıqdan məhrum edilərək ölkədən çıxarılacaq
Tarix: 28-12-2023 00:40 | Bölmə: Cəmiyyət
Dörd rusiyalı vətəndaşlıqdan məhrum edilərək ölkədən çıxarılacaq

Rusiyanın dörd regionunda törədilən cinayətlərə görə insanların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı ilk qərarlar qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Məlumata görə, artıq ilk qərarlara Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi, Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə idarələr və Tver vilayəti üzrə Baş İdarə tərəfindən aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyi əlavə edib ki, keçmiş rusiyalılar həbsxanada cəzalarını çəkdikdən sonra ölkədən çıxarılacaqlar.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin xüsusi hərbi əməliyyatda iştirakdan imtina edən miqrantların vətəndaşlıqdan məhrum olunmasını təklif edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər