Güclü külək Bakıda 3 nəfərin xəsarət almasına səbəb olub
Tarix: 28-12-2023 12:15 | Bölmə: Cəmiyyət
Güclü külək Bakıda 3 nəfərin xəsarət almasına səbəb olub

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Reyting.az
xəbər verir ki bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: "Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub".




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}