Qaxda külək məktəbin dam örtüyünü uçurub
Tarix: 28-12-2023 14:53 | Bölmə: Cəmiyyət
Qaxda külək məktəbin dam örtüyünü uçurub

Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub.

Məlumata görə, hadisə rayonun Ağçay kəndində baş verib.

Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib.

Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb(Report).




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}