Sərnişin təyyarəsi hava limanı əvəzinə donmuş çaya enib
Tarix: 28-12-2023 15:03 | Bölmə: Cəmiyyət
Sərnişin təyyarəsi hava limanı əvəzinə donmuş çaya enib

Yakutiyada “An-24” sərnişin təyyarəsi donmuş çaya enib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, təyyarədə ikisi uşaq olmaqla 30 sərnişin, həmçinin dörd ekipaj üzvü olub.

Yakutsk-Zıryanka-Srednekolımsk - Yakutsk marşrutu ilə uçan təyyarə Zıryanka kəndinə eniş zamanı uçuş-enmə zolağından çıxaraq donmuş Kolıma çayına düşüb.

İlkin ehtimala görə, təyyarə pilotun səhvi ucbatından uçuş-enmə zolağından çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}