20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş icra başçısının məhkəməsi təxirə salınıb
Tarix: 28-12-2023 17:24 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının məhkəməsi təxirə salınıb

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb.

Məlumata görə, növbəti məhkəmə prosesi yanvar ayının 23-nə təyin edilib(Report).

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər