Bakıda avtomobil məscidin hasarına çırpılıb, ölən və xəsarət alanlar var
Tarix: 29-12-2023 09:35 | Bölmə: Cəmiyyət
Bakıda avtomobil məscidin hasarına çırpılıb, ölən və xəsarət alanlar var

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var.

Reyting.az
xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}