20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya viza miqrantları üçün kvota təyin edib
Tarix: 30-12-2023 09:53 | Bölmə: Cəmiyyət
Rusiya viza miqrantları üçün kvota təyin edib

Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü ildə miqrantlara viza üçün 155 min icazə miqdarında kvota təyin edib.

Reyting.az
xəbər verir ki, Rusiya üçün kvota ehtiyatı 51,9 min nəfər olacaq. Bu kvota Rusiyaya viza ölkələrindən gələn işçilərə aiddir, bu, bütün əmək miqrantlarının təxminən 4 faizini təşkil edir. Bu mexanizmdən əsasən Çin, Türkiyə, Vyetnam, Hindistan, Serbiyadan işçi cəlb edən işəgötürənlər ölkə daxilində mütəxəssis tapmaq mümkün olmayan hallarda istifadə edirlər.

Qeyd edək ki, keçmiş sovet respublikalarının Rusiyaya daxil olması zamanı viza tələb edilmir və xaricdən Rusiyaya daxil olan əmək miqrantlarının mütləq əksəriyyəti də MDB ölkələrinin vətəndaşları olur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər