Məktəblərdə və universitetlərdə gender bərabərliyi mövzusu tədris olunacaq
Tarix: 30-12-2023 13:14 | Bölmə: Cəmiyyət
Məktəblərdə və universitetlərdə gender bərabərliyi mövzusu tədris olunacaq

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər genişləndirilir.

Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}