Azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Tarix: 30-12-2023 19:59 | Bölmə: Cəmiyyət
Azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib

Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcburetmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sabirabad Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}